Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1135/2021 11.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 06 mart 2018-ci il tarixli AL-249 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2017-ci il buraxılışlı, “QAZ 2705-744” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, A27400H1003207 mühərrik, X96270500J0841756 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdehdən 06 mart 2018-ci il tarixli AL-249 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 may 2021-ci il tarixə 1412,77 manat gecikdirilmiş əsas, 294,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 145,31 manat dəbbə pulu, ümumilikdə 1852,74 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, 04 iyun 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası 29 iyun 2021-ci il tarixdə keçirilmiş, sonuncu məhkəmə baxış iclası bu günə, yəni 11 avqust 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. 03 avqust 2021-ci il tarixdə İddiaçı MMC-nin direktoru məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1135/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1135/2021
11.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver