Məhkəmə qərarları › İş №2(075)-1301/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1301/2021

09.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1301/2021 09.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan atasının babası Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun 1941-ci ildə Şəki şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun onun atasının babası olması və 1941-ci ildə vəfat etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, X23, X28, X14 və X6 maraqlı şəxs qismində cəlb edilmişlər. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, öz ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Yaşadığı həmin fərdi yaşayış evi atasının babası Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun adınadır. Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun arvadı Əsmayə olmuşdur. Hazırda onların hər ikisi vəfat etmişlər. X1 adında bir oğlu və bir qızları olmuş, onların da hər ikisi vəfat etmişlər. X11 onun atasının atası, yəni babasıdır. X3 3 oğul və 2 qız olmaqla, 5 uşağı olmuşdur. Həmin uşaqlardan biri də onun atası X15 olmuşdur. X5 vəfat etmişdir. Atasının isə o və qardaşı Qabil olmaqla iki uşağı olmuşdur. Həmin mirası faktiki olaraq yalnız atası və o qəbul etmişlər. O, atasının babasından miras qalmış və hazırda yaşadığı evi öz adına rəsmiləşdirmək istəyir. Bununla bağlı digər vərəsələrin hər hansı bir mübahisəsi yoxdur. Lakin atasının babasının ölümü qeydə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra valideynlərindən miras qalmış əmlakla bağlı lazımi sənədləri hazırlayarkən ulu babası Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun ölüm şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun ölümü barədə Şəki rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Şəki rayon qeydiyyat şöbəsi, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, X23, X28, X14 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəki rayon qeydiyyat şöbəsi, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, X23, X28, X14 və X6 gəlməmişlər. Lakin Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi 09 avqust 2021-ci il tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X38 göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin atası Abduləli kişidir. Abduləli kişinin atası Əsabəli dayı, anası Kubra xaladır. Lakin Əsabəli dayının atasını görməmişdir. O, doğularkən Abdulkərim dayı vəfat etmiş olmuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 göstərdi ki, Ərizəçi onun böyük qardaşının böyük oğludur. Onun atası Əsabəli Səmədovdur. Atasının atasını (babası) görməsə də, atasından tez-tez onun haqqında eşitmişdir. Babası 1941-ci ildə vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X23 göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. Onun babası mərhum Abdulkərim Səməd oğlu müharibə dövründə, təxminən 1941-ci ildə vəfat etmişdir. Babası haqqında atasından və nənəsindən eşitmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli, 05/Q-2315/15 nömrəli məktubdan görünür ki, Ərizəçi ata babası Əskərov (Əliəsgərzadə) Abdulkərim Səməd oğlunun ölümünün qeydə alınması ilə bağlı müraciətinə baxılmaqdan imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X43 Filialı tərəfindən 16 mart 2021-ci il tarixdə verilmiş, 221 nömrəli arxiv arayışından görünür ki, Nuxa VVAQ şöbəsinin 1933-cü ilin “Doğulanların qeydiyyatı” kitabına əsasən 13 aprel 1933-cü il, 392 nömrəli qeydiyyatında Əsabəli Səmədzadənin 12 aprel 1933-cü ildə anadan olması qeyd edilmişdir: atası – X4, anası Əsmayə Həmid qızı. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X43 Filialı tərəfindən 23 aprel 2021-ci il tarixdə verilmiş, 338 nömrəli arxiv arayışından görünür ki, Nuxa VVAQ şöbəsinin 1941-ci ilin “Ölüm aktlarının qeydiyyatı” kitabına əsasən X9 həmin ildə ölümü barədə qeyd aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Qax Rayon İcra Hakimiyyətinin Qax Rayon Dövlət Arxivinin 08 aprel 2021-ci il tarixdə verilmiş, 89 nömrəli arxiv arayışından görünür ki, Qax rayon qeydiyyat idarəsinin arrxiv sənədlərində mərhum X2 doğumu ilə əlaqədar hər hansı sənəd aşkar edilməmişdir. Şəki şəhər İHB-nin «Gəncəli» məhəllə nümayəndəliyi tərəfindən 01 avqust 2021-ci il tarixdə verilmiş, 76 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşamış Əsgərov (Hacı-Ələsgərzadə) Abdulkərim Səməd oğlu 1941-ci ildə vəfat etmişdir. Şəki şəhər İHB-nin «Gəncəli» məhəllə nümayəndəliyi tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş, 70 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 3 ünvanında yaşamış X16 1941-ci ildə vəfat etmiş və aşağıdakı vərəsələri qalmışdır: oğlu – X11 (27.03.1982-ci ildə vəfat etmişdir) və qızı – X7 (30.10.2004-cü ildə vəfat etmişdir). Şəki şəhər İHB-nin «Gəncəli» məhəllə nümayəndəliyi tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş, 71 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 3 ünvanında yaşamış X11 27.03.1982-ci ildə vəfat etmiş və aşağıdakı vərəsələri qalmışdır: oğlu – X15 (22.06.2012-ci ildə vəfat etmişdir), oğlu – X23, oğlu – X28, qızı – X17, qızı – X6 və yoldaşı – X29. Şəki şəhər İHB-nin «Gəncəli» məhəllə nümayəndəliyi tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş, 72 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 3 ünvanında yaşamış X15 22.06.2012-ci ildə vəfat etmiş və aşağıdakı vərəsələri qalmışdır: yoldaşı – X30, oğlu – Ərizəçi və oğlu X24. 03 mart 1932-ci il tarixli torpaq qeydinin təsdiq edilmiş surətindən görünür ki, Nuxa şəhəri, H.Aslanov küçəsi 19A ünvanında yerləşən mənzil Abdul-Kərim Səməd oğluna məxsusdur. 20 noyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 30 oktyabr 2004-cü il tarixdə vəfat etmişdir. 30 oktyabr 1958-ci il tarixli evlənmək haqqında şəhadətnamədən görünür ki, X11 ilə X20 arasında 30 oktyabr 1958-ci il tarixdə bağlanmış nikah 318 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Səmədov, arvada Səmədova soyadı verilmişdir. 29 mart 1982-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 27 mart 1982-ci il tarixdə vəfat etmişdir. 19 may 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 atası X12, anası isə X21r. 23 aprel 1987-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X22 arasında 23 aprel 1987-ci il tarixdə bağlanmış nikah 114 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Səmədov, arvada Səmədova soyadı verilmişdir. 02 noyabr 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası X15, anası isə X25r. əslinə baxmaqla tədqiq edilərək işə əlavə edilmiş 27 iyun 2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 22 iyun 2012-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə görə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikasının MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Əskərov (Əliəsgərzadə) Abdulkərim (Abdul-Kərim) Səməd oğlu Ərizəçi atası Abduləli Səmədovun babasıdır. Ərizəçinin atasının babası Əskərov (Əliəsgərzadə) Abdulkərim (Abdul-Kərim) Səməd oğlu 1941-ci vəfat etmiş, Şəki şəhərində dəfn edilmişdir. Üzürlü səbəblərdən ulu babasına ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, mərhum Əskərov (Əliəsgərzadə) Abdulkərim (Abdul-Kərim) Səməd oğlunun 1941-ci ildə vəfat etməsi və onun Ərizəçi atasının babası olması hüquqi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 (on) manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Əskərov (Əliəsgərzadə) Abdulkərim (Abdul-Kərim) Səməd oğlunun 1941-ci ildə vəfat etməsi və onun Ərizəçi atasının babası olması hüquqi faktları müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar