Məhkəmə qərarları › İş №2(075)-1314/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1314/2020

01.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1314/2020 01.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdehlər X1 və Cavabdeh2 Orucali qızının iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlərX3, Cavabdeh1 və Cavabdeh2 Orucali qızına qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsində cavabdehlər tərəfindən qanunsuz çəkilmiş tor setka hasarın sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin 14 metr uzunluğunda, 50 sm enində olan hissəsini zəbt etməklə həmin hissədə çəkdikləri tor setka hasarın cavabdehlərin özləri tərəfindən sökülməsi və həmin torpaq hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, digər İddiaçı1 onun həyat yoldaşı, cavabdehlər isə onun 60 illik qonşularıdır. Göstərmişdir ki, cavabdehlərin torpaq sahəsi ilə yanaşı olan Şəki rayonu, Oraban kəndində yerləşən 0,23 ha torpaq sahəsi Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən 40408038, JN-117A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə nənəsi X4 və onun mülkiyyətlərinə verilmişdir. Cavabdehlər onlardan 10 il sonra həmin torpaq sahəsində məskunlaşmışlar. Uzun illərdir ki, həmin mübahisəli torpaq sahəsinə onlar istifadə və sahiblik etmiş və tərəflərindən orada ağaclar əkilmişdir. Bu günədək də aralarında heç bir söz-söhbət olmamışdır. Cavadehlərin torpaq sahəsi ilə onların torpaq sahələrini ayıran sərhəd əvvəllər kol çəpərlə hörülmüşdür. Təqribən 3 il bundan qabaq cavabdehlərlə aralarındakı razılaşmaya əsasən torpaqlarını ayıran 27 metr sərhəd xəttinin yarısına onlar, digər yarısına isə cavabdehlər tor setka hasar çəkməli olmuşlar. Onlar özlərinə düşən hissəyə tor setka hasar çəkmişlər. Lakin cavabdehlər özlərinə düşən hissəni hasarlamamışlar. Bu səbəbdən də cavabdehlərin iti həmin hissədən onlar tərəfə keçərək mütəmadi olaraq şəxsi təsərrüfatlarına, ailəyə, uşaqlarına ziyanlıq vurmuşdur. Hətta həyat yoldaşı itin hücumlarından qorxduğuna görə xəstəliyə tutulmuş və hazırda müalicə olunur. Göstərmişdir ki, cavabdehlər tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin 14 metr uzunluğunda, 50 sm enində olan hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Buna görə də cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin hüdudlarına çəkdikləri tor setkadan hasar onların özləri tərəfindən sökülməli və həmin torpaq hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə qadağa qoyulmalıdır. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı1 da İddiaçı2 ilə eyni izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 izahat verərək göstərdi ki, onlar iddiaçılarla təxminən 60 ildir ki qonşudurlar. İddiaçıların torpaq sahəsi ilə onların torpaq sahələrini ayıran sərhəd əvvəllər kol-kos çəpərdən çəkilmişdir. Təqribən 3 il bundan qabaq iddiaçılarla aralarındakı razılaşmaya əsasən torpaqlarını ayıran 27 metr sərhəd xəttinin yarısına onlar, digər yarısına isə iddiaçılar tor setka hasar çəkmişlər. Onlarla iddiaçıların sərhədinə aralıq kəsilsin deyə setka çəkərkən, guya iddiaçıların sahələrinə keçərək onların torpaq sahəsini zəbt edilməsi səbəbi ilə aralarında mübahisə yaranmışdır. Halbuki o, JN-0xx xxx 40408038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinə əsasən onlar iddiaçıların hər hansı torpaq sahəsini zəbt etməmişlər. Buna görə də hesab edir ki, iddia əsassızdır. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Orucali qızı digər cavabdehX1 izahatına oxşar olan məzmunca eyni izahat vermişdir. Cavabdeh1məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş JN-117A KOD 40408038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən X7 vı X5 mülkiyyətinə 0,23 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş JN-060F KOD 40408038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən X3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə 0,27 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli,32015 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi H.Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki.Məhkəmə tərəfindən təqdim olunmuş tərəflərə məxsus hüquqmüəyyənedıci sənədlərdə (Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) mülkiyyətlərində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən sənəd üzrə olan torpaq sahələrini naturada, iş üzrə qeyd olunan 0.35 metr dəqiqliklə müəyyən etmək texniki imkanlarımız xaricindədir. Bu səbəblə də məhkəmə tərəfindən mütəxəssisin qarşısına qoyulmuş hər iki sualın cavablandırılması mümkün olmamışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-119/2020 saylı qərardadından görünür ki, iddiaçılar X3, Cavabdeh1 və Cavabdeh2, cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin və cavabdehlər İddiaçı2 və İddiaçı1 iddiaçılar X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində qanunsuz çəkilmiş tor setka hasarın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, mülki iş üzrə keçirilmiş 50 manat ekspertiza xərcinin 25 manatının iddiaçılar X3, Cavabdeh1 və Cavabdeh2, 25 manatının isə cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiçılarla cavabdehlər arasında bundan əvvəldə eyni tələb üzrə mülki iş olmuş, məhkəmə tərəfindən tərəflərdən hansının bir-birinin torpaq sahəsini zəbt edib-etməməsi barədə məhkəmə tikinti-texniki ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 32015 nömrəli rəyi ilə tərəflərə məxsus hüquqmüəyyənedıci sənədlərdə (Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) mülkiyyətlərində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən sənəd üzrə olan torpaq sahələrini naturada, iş üzrə qeyd olunan 0.35 metr dəqiqliklə müəyyən etmək texniki imkanlarıxaricində olması göstərilmiş və bu səbəblə də məhkəmə tərəfindən mütəxəssisin qarşısına qoyulmuş hər iki sualın cavablandırılması mümkün olmaması göstərilmişdir. Buna görə də tərəflər onlara verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə çıxarış almaları zərurəti ilə əlaqədar məhkəmədən işin geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişlər. Buna görə də Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)- 119/2020 saylı qərardadı ilə qeyd olunan mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə hesab edir ki, tərəflərə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən tərəflərdən hansının bir-birinin torpaq sahəsini zəbt etməsini müəyyən etmək mümkün deyildir. Buna görə də məhkəmə hər iki tərəfə qeyd olunan torpaq sahələri üzrə müvafiq çıxarışın alınmasını və bundan sonra eyni tələblə məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X11 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh edilənlərə əsasən İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı mülkiyyətlərində olan torpaq sahəsinin 14 metr uzunluğunda, 50 sm enində olan hissəsini zəbt etməklə həmin hissədə çəkdikləri tor setka hasarın cavabdehlərin özləri tərəfindən sökülməsi və həmin torpaq hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı mülkiyyətlərində olan torpaq sahəsinin 14 metr uzunluğunda, 50 sm enində olan hissəsini zəbt etməklə həmin hissədə çəkdikləri tor setka hasarın cavabdehlərin özləri tərəfindən sökülməsi və həmin torpaq hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar