Məhkəmə qərarları › İş №2(075)-1343/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1343/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1343/2020 16.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçılar xxx qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 QSC, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Şəki rayon 1 saylı Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan torpaq sahələrinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar xxx qızı və İddiaçı2iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni xx xxxxxxxx 2020-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. Lakin xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçılar xxx qızı və İddiaçı2 məhkəməyə ərizə göndərərək iddianı müdafiə etmədiklərini bildirmiş, iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 məhkəmə iclasında iştirak etməməklə, digər cavabdehlər Cavabdeh2 QSC, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Şəki rayon 1 saylı Notariat ofisi isə məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. İddiaçılar xxx qızı və İddiaçı2 ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçılar xxx qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 QSC, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Şəki rayon 1 saylı Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan torpaq sahələrinin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar