Məhkəmə qərarları › İş №2(075)-1400/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1400/2021

11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1400/2021 11.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 05 dekabr 1974-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X7 1914-cü il tarixdə Şəki şəhərində doğulmuş, 05 dekabr 1974-cü il tarixdə vəfat etmişdir. Onu Şəki şəhərində yerləşən ailə qəbiristanlığında dəfn etmişlər. Sonradan onlara məlum olmuşdur ki, mərhum anasına məxsus ölüm haqqında şəhadətnamə yoxdur. Üzürlü səbəblərdən onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmiş, onlara məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, sənədləşmə işləri zamanı müxtəlif dövlət orqanlarından anasına məxsus ölüm haqqında şəhadətnamə tələb olunur. Həmin şəhadətnamə mövcud olmadığından hüquqlarının həyata keçirilməsində çətinliklər yaranır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X6 göstərdi ki, Ərizəçi onun bacısıdır. X1 1914-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. Anası uzun müddət xəstə olmuşdur. Anası onun 24 yaşı olarkən, yəni 1974-cü ilin dekabr ayının 5-i vəfat etmişdir. Onu ailə qəbiristanlığında dəfn etmişlər. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4 bildirdi ki, o, məhəllə nümayəndəsidir. Ərizəçi onun qonşusudur. Ərizəçinin atası Cabbar dayı, anası Xədicə xaladır. Xədicə xala o tələbə olarkən, eşitdiyinə görə, 1974-cü ilin dekabr ayında vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1948-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X2, anası isə X5r. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 11 iyun 2021-ci il tarixdə verilmiş 05/Q-2382/15 nömrəli arayışdan görünür ki, X3 Şəki rayon qeydiyyat şöbəsində ölümünün qeydə alınmasından imtina edilmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi «Şəki Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş 307 nömrəli arayışdan görünür ki, 1974-cü illərə dair tibbi sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qanunlarına əsasən məhv edilmişdir. Ona görə də X3 ölümü ilə bağlı hər hansı məlumatın verilməsi mümkün deyildir. İşdə olan qəbirüstü fotoşəkillərdən görünür ki, X7 1914-1974-cü illərdə yaşamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi anası 1914-cü il təvəllüdlü X7 1974-cü ilin dekabr ayında vəfat etmiş, Şəki şəhərində ailə qəbiristanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi anası X3 1974-cü ilin dekabr ayında vəfat etməsi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbloğlunun və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X3 1974-cü ilin dekabr ayında vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar