Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1585/2020 25.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh-nin müşahidə şurasının üzvü X2 və qanuni təmsilçisi Nümayəndə, Maraqlı şəxs: ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh-nə və maraqlı şəxs ƏƏSMN yanında DƏMX-nin Şəki regional ərazi şöbəsinə qarşı “ödənişsiz məzuniyyətə çıxması ilə bağlı əmrin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ödənişsiz məzuniyyətə göndərilməsi barədə xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, 1983-cü ildə Politexnik insitutunun avtonəqliyyatın istismarı fakultəsini bitirmişdir. 1989-cu ildən halhazıradək Cavabdeh-də növbətçi mexanik və mülki-müdafiə vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixdən ASC-də mülki-müdafiə mühəndisi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşlədiyi müddətdə cavabdeh tərəf dəfələrlə ona işdən çıxması ilə bağlı təkliflər etmişdir. Həmçinin cavabeh ona dəfələrlə onun işlədiyi mülki-müdafiə işinin ixtisara düşəcəyini bildirmişdir. Göstərmişdir ki, ölkədə baş vermiş Covid-19 pandemiyası ilə bağlı xx.xx.2020ci il tarixdə ASC-də iclas çağırılmış, o da həmin iclasda iştirak etmişdir. İclasda əsasən pandemiya dövründə işçilərin işə necə çıxması ilə bağlı məsələ müzakirə edilmişdir. Həmin vaxt sərt karantin rejimi müəyyən olunmasa da sərnişin daşımada müəyyən məhdudiyyətlər yarandığından ASC tam gücündə işləyə bilməmişdir. O, xx.xx.2020-ci il tarixədək işə çıxmışdır. Lakin sonradan ona bildirmişlər ki, ödənişsiz məzuniyyətə çıxması ilə bağlı ərizə yazmalıdır. Buna baxmayaraq bu barədə ərizə yazmamışdır. Lakin xx.xx.2020-ci il tarixli, 06 İ/T nömrəli əmrlə o, qanunsuz və əsassız olaraq ödənişsiz məzuniyyətə buraxılmışdır. Qeyd etmişdir ki, onunla bərabər 8 ASC əməkdaşı da ödənişsiz məzuniyyətə buraxılmışlar. Göstərmişdir ki, müəssisədə əmək haqqısı 250 manat olmuş, vergilər çıxıldıqdan sonra əlinə çatan təmiz 235 manat olmuşdur. Barəsində haqsızlıq olduqdan sonra ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsinə müraciət etmiş, araşdırma aparılmış və ASC İXM-nin 192.4-cü maddəsi ilə inzibati cərimə edilmişdir. Ödənişsiz məzuniyyətə buraxılsa da, pandemiya ilə əlaqədar dövlətin sahibkarlara dəstəyi ilə əlaqədar o, hər ay 125 manat məbləğində yardım almışdır. Hal-hazırda cavabdeh onu işə qaytarmır. Lakin onun barəsində işdən çıxarılma və ya vəzifəsinin ixtisara düşməsi ilə bağlı hər hansı əmr mövcud deyildir. Hesab edir ki, iddiası əsaslıdır. Bütün qeyd olunanları nəzərə alaraq onun ödənişsiz məzuniyyətə göndərilməsi barədə xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsini, həmçinin onun məcburi iş buraxma müddəti üçün əmək haqqısının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh-nin müşahidə şurasının üzvü X8 izahat verərək göstərdi ki, uzun müddətdir ki Cavabdeh-də işləyir. Göstərmişdir ki, hal-hazırda ASC-nin 8 sürücüsü, 3 gözətçisi, 5 nəfər isə aparat işçisi mövcuddur. ASC-nin əsas fəaliyyəti şəhərdaxili deyil, rayonlararası sərnşindaşımadır və o, öz maliyyəsini həmin sərnşindaşıma ilə formalaşdırır. Qeyd etmişdir ki, İddiaçı həmin ASC-də 1989-cu ildən işləyir. İddiaçı 2006-cı ildən ASC-də mülki-müdafiə mühəndisi vəzifəsində çalışır. Hazırda Respublikanın əksər özəl hüquqi şəxslərində mülki-müdafiə mühəndisi ştatı mövcud deyildir. Həqiqətən də bu barədə iddiaçıya, həmçinin digər 2 şəxsə də xəbərdarlıq etmişdir ki, onların ştatı ixtisar oluna bilər. Lakin indiyədək iddiaçını nə işdən çıxarmış nə də ki, onun ştatı ixtisar edilməmişdir. Göstərmişdir ki, ölkədə baş vermiş Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operati Qəragah yaradılmışdır. Həmin Qərargahın tövsiyyələrinə əsasən xx.xx.2020-ci il tarixdə ASC-nin iclasını çağırmış və həmin iclasda iddiaçının özü də iştirak etmişdir. Hətta həmin iclasda iddiaçı çıxış edərək Şəkinin ən böyük müəssisəsi olan “xxxxxxxxx” ASC-nin də işçilərinin işə müəyyən məhdudiyyətlərlə çıxdığını vurğulamışdır. Həmin iclasda qərara alınmışdır ki, iddiaçı da daxil olmaqla ASC-nin 8 əməkdaşı ödənişsiz məzuniyyətə göndərilsinlər. Göstərilən bütün 8 işçi, o cümlədən iddiaçı özü də 60 gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmasına razı olmuş və bununla bağlı xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmr verilmişdir. xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmr müddəti başa çatdığından xx.xx.2020-ci il tarixdə 09 İ/T nömrəli əmrlə ləğv edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operati Qəragahın tövsiyyələrinə əsasən tam fəaliyyət göstərməyərək vəziyyətləri ağır olsa da heç bir işçini işdən çıxarmamış və ixtisar etməmişlər. Pandemiyaya görə dövlətin sahibkarlara dəstəyi ilə əlaqədar ASC-nə vəsait ödənilmiş və həmin vəsait hər ay iddiaçı da daxil olmaqla ASC-nin işçiləri arasında bölüşdürülmüş və iddiaçıya hər ay 125 manat ödəniş edilmişdir. Bildirmişdir ki, iddiaçının ödənişsiz məzuniyyətə buraxılması işəgötürənin təqsiri ucbatından deyil, dünyada, o cümlədən ölkədə hələ də davam edən Covid-19 pandemiyası ilə əlaqədar olmuşdur. İddiaçının hazırki narazılığı ilə əlaqədar dəfələrlə onunla söhbətlər aparmışdır. Lakin iddiaçı onu heç bir halda başa düşmək istəməmişdir. İddiaçını işdən çıxarmamış, onun ştatını ixtisar etməmiş, onu və digər işçiləri qanuni olaraq ödənişsiz məzuniyyətə buraxmışdır. Göstərmişdir ki, xx.xx.2020-ci il tarixindən yenidən Şəki şəhərində karantin rejimi tətbiq edilmiş və həmin rejimin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. Halhazırda da müəssisə tam gücündə fəaliyyət göstərə bilmir. İşçilərin əmək haqqılarının verilməsində çətinlikləri vardır. Həmçinin göstərmişdir ki, hazırkı karantin rejimi ilə əlaqədar pandemiyaya görə dövlətin yenidən sahibkarlara dəstəyi ilə əlaqədar ASC-nə müəyyən pul vəsait ödənilməsi gözlənilir və həmin vəsaitdən pay alacaq işçilər arasında İddiaçı da adı vardır. Buna görə də hesab edir ki, iddiaçının iddiası əsaslı deyildir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh-nin nümayəndəsi-qanuni təmsilçisi Nümayəndə da X8 eyni məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsinin nümayəndəsi X5 izahat verərək göstərdi ki, İddiaçı şikayət ərizəsi xx xxx 2020-ci ıl tarixdə Şöbəyə daxil olmuşdur. Şikayət ərizəsi ilə bağlı “Cavabdeh" ASC-dən müvafiq sənədlər tələb edilmişdir. “Cavabdeh" ASC-dən daxil oian rəsmi məktuba və məktuba əiavə edilmiş sənədlərə əsasən məlum olmuşdur kı, iddiaçı ilə ASC arasında xx.xx.2006-ci ıl tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış və iddiaçı Şəkı-Sərnişın ASC-nə mülki müdafiə mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. ASC-nin əsas gəlir sahəsi sərnişindaşıma olmuş və ölkədə koronavırus (Covıd-19) infeksiyası ilə əlaqədar təhsil muəssısələırində dərslərin tədrisinin xx.xx.2020-cı ıl tarixdən dayandırılması və digər səbəblərdən sərnişin daşımanın azalması müəssisənin fəaliyyətinə ciddi təsir göstərmişdir. Məhz bu səbəbdən də müəssisənin fəaliyyətinə cıddı rolu olmayan 8 nəfər işçi o, cümlədən iddiaçı idarə heyətinin xx xxxx 2020-cı ıl tarixli iclasının qərarına əsasən müəssisənin xidməti fəaliyyəti bərpa olunan tarixədək ödənişsiz məzuniyyətə buraxılmışlar. İşçilər ödənişsiz məzuniyyətdə olduqları dövrdə onlara mart ayında əmək haqqı ödənilməmiş sonrakı dövrdə isə onlara koronavirus infeksiyası ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətm sahibkarlara ayırdığı maliyyə dəstəyi çərçivəsində əmək haqqı ödənişləri üçün müəssisəyə aprel ayında daxil olmuş 1673 87 manat vəsaitdən 17.04 2020-ci il tarixdə iddiaçıya 125.00 manat, may ayında daxil olmuş 1673.88 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125.00 manat və avqust ayında daxıl olmuş 1573.87 manat vəsaitdən xx.xx.2020-ci l tarixdə 125.0 manat əmək haqqı onun bankda olan plastik kart hesabına köçürülmüşdür. Həmçinin, aparılan əlavə araşdırma zamanı müəyyən olumuşdur ki, müəssisənin əsas gəlir sahəsi olan şəhərlərarası sərnişindaşıma Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xx.xx.2020-cı ıl tarixədək dayandırılmışdır. Qeyd olunan bu çətinliklərə gorə müəssisə hal-hazırda məhdud sayda işçini işə cəlb etmək məcburiyyətində qalmışdır. Eyni zamanda müəssisədən daxil olan məktubda xx.xx.2020-cı il tarixli 25 saylı məktubda sərnışindaşınmanın dayanması ilə əlaqədar maliyyə vəziyyətinin çox ağır vəziyyətə düşməsi səbəbindən əmək haqlarının ödənilməsində çətinlik olduğu və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən karantın rejimi xx.xx.2020-ci il tarixədək uzadıldığı uçun müəssisənin fəaliyyətinin də xx.xx.2020-cı ıl tarixədək dayandırıldığı qeyd edilmışdır. Həmçinin göstərmişdir ki, Cavabdeh-nin direktoru Nümayəndə İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi mübahisələndirilən xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrlə əlaqəli deyildir. Belə ki, ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsi hesab etmişdir ki, Cavabdeh-nin əməlində Əmək Məcəlləsinin 178.1ci maddəsinin tələbləri pozulmuşdur. Başa düşürlər ki, hazırkı vəziyyətdə Cavabdeh-nin özünü maliyələşdirməsi və işçilərin əmək haqqısının ödənilməsi çətindir. Lakin Əmək Məcəlləsinin 178.1-ci maddəsində göstərilmişdir ki, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Bu normaları əsas götürməklə Cavabdeh cərimə olunmuşdur. Məhkəmədən müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 1989-cu ildən “Cavabdeh" ASC-də əmək fəaliyyətinə başlamış və hal-hazırda da həmin müəssisədə çalışır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2006-ci ıl tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış və o, ASC-də mülki müdafiə mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. ASC-nin əsas gəlir sahəsi sərnişindaşıma olmuş və ölkədə koronavırus (Covıd-19) infeksiyası ilə əlaqədar təhsil muəssısələırində dərslərin tədrisinin xx.xx.2020-ci il tarixdən dayandırılması və digər səbəblərdən sərnişin daşımanın azalması müəssisənin fəaliyyətinə ciddi təsir göstərdiyindən müəssisənin fəaliyyətinə cıddı rolu olmayan 8 nəfər işçi o, cümlədən iddiaçı xx xxxx 2020-cı ıl tarixli əmrlə müəssisənin xidməti fəaliyyəti bərpa olunan tarixədək ödənişsiz məzuniyyətə buraxılmışlar. İddiaçı iclasda iştirak edərək buna etiraz etməmişdir. İşçilər ödənişsiz məzuniyyətdə olduqları dövrdə onlara mart ayında əmək haqqı ödənilməmiş sonrakı dövrdə isə onlara koronavirus infeksiyası ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətin sahibkarlara ayırdığı maliyyə dəstəyi çərçivəsində əmək haqqı ödənişləri üçün müəssisəyə aprel ayında daxil olmuş 1673 87 manat vəsaitdən 17.04 2020-ci il tarixdə iddiaçıya 125.00 manat, may ayında daxil olmuş 1673.88 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125.00 manat və avqust ayında daxıl olmuş 1573.87 manat vəsaitdən xx.xx.2020-ci l tarixdə 125.0 manat əmək haqqı onun bankda olan plastik kart hesabına köçürülmüşdür. İddiaçı bu halları məhkəmə iclasında təsdiq etmişdir. Həmçinin müəyyən olumuşdur ki, müəssisənin əsas gəlir sahəsi olan şəhərlərarası sərnişindaşıma Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xx.xx.2020-cı ıl tarixədək dayandırılmışdır. Qeyd olunan bu çətinliklərə gorə müəssisə hal-hazırda məhdud sayda işçini işə cəlb etmək məcburiyyətindədir. Eyni zamanda sərnışindaşınmanın dayanması ilə əlaqədar maliyyə vəziyyətinin çox ağır vəziyyətə düşməsi səbəbindən əmək haqlarının ödənilməsində çətinlik olduğu və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən karantın rejimi xx.xx.2020-ci il tarixədək uzadıldığı, həmçinin hal-hazırda da karantin rejiminin mövcudluğu müəssisənin tam gücündə fəaliyyət göstərilməməsinə səbəb olmuşdur. İddiaçı iddianın təmin, cavabdeh isə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan xx xxxxxxxx 1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1989-cu ildən X4 Birliyinə kolon mexaniki vəzifəsinə qəbul edilmiş, halhazırda mülki müdafiə mühəndisi vəzifəsində işləyir və işdən çıxarılması barədə hər hansı məlumat mövcud deyildir. İşdə olan əmək müqaviləsinin (kontraktı) təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixdən Cavabdeh-nə mülki-müdafiə üzrə mühəndis vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. Həmin müqavilədən görünür ki, İddiaçı əmək məzuniyyətinin ümumi müddəti 36 təqvim günü, əsas məzuniyyət müddəti kimi isə 30 təqvim günüdür. İşdə olan Cavabdeh-nin xx xxxx 2020-ci il tarixli, 06 İ/T nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, yanvar-mart aylarında hava şəraitinin əlverişsiz keşməsi və dünyada tüğyan edən “Koronavirus” epidemiyasının ölkdə yayılmasının qarşısının alınması, qış mövsümü ilə əlaqədar yanvar-mart aylarında havaların əlverişsiz keçməsini təhsil müəssisələrinin bağlnamasının sərnişin axınının azalmasına və bu səbəblərin bilavasitə işlərinə ciddi təsir göstərməsini nəzərə alaraq xx.xx.2020-ci il tarixdən etibarən səhmdar cəmiyyətin (şəhərətrafı marşrut sürücüləri istisna olmaqla) Nümayəndə, Səlimova Hicran Daşdəmir qızı, X3, X6, İddiaçı, X1, X10 və X12 adlı işçilərin ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. İşdə olan Cavabdeh-nin xx xxxxx 2020-ci il tarixli, 07 İ/T nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyət üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 06 1 İ/T saylı əmrin xidmət fəaliyyətləri bərpa edilənə qədər artırılması əmr edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 09 İ/T saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ qərargahın müvafiq qərarlarına əsasən ölkədə Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə (yanvar-fevral aylarında hava şəraiti səbəbli iqtisadi çətinliklər də nəzərə alınmaqla) xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrin müddətinin xx.xx.2020-ci il tarixdən bitməsi əmr edilmişdir. İşdə olan xx xxxxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli ödəniş tapşırıqlarından və ona əlavə edilmiş cədvəllərdən görünür ki, koronavirus infeksiyası ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətin sahibkarlara ayırdığı maliyyə dəstəyi çərçivəsində əmək haqqı ödənişləri üçün müəssisəyə aprel ayında daxil olmuş 1673 87 manat vəsaitdən 17.04 2020-ci il tarixdə iddiaçıya 125.00 manat, may ayında daxil olmuş 1673.88 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125.00 manat və avqust ayında daxıl olmuş 1573.87 manat vəsaitdən xx.xx.2020-ci l tarixdə 125.0 manat əmək haqqı onun bankda olan plastik kart hesabına köçürülmüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* seriya nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı ödənişsiz məzuniyyətə buraxılarkən Əmək Məcəlləsinin 146-cı maddəsinin tələbləri pozulmuşdur. Buna görə də Cavabdeh-nin direktoru Nümayəndə İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 443 saylı qərarından görünür ki, Şəki şəhəri ərazisində karantin rejimi tətbiq edilmiş və həmin karantin rejiminin müddəti Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 450 saylı qərarıxx.xx.2020-ci il tarixinədək üzadılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işə götürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 112-ci maddəsinin ç) bəndinə əsasən ödənişsiz məzuniyyət, məzuniyyətin növlərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 114-cü maddəsinin 1-ci hissəsinə görə əsas məzuniyyət məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Həmin maddənin 3-cü hissəsinin b) bəndinə əsasən məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilir. Həmin Məcəllənin 146-cı maddəsinin 1-ci hissəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Göründüyü kimi Cavabdeh-nin xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrinin verilməsinə əsasyanvar-mart aylarında hava şəraitinin əlverişsiz keşməsi və dünyada tüğyan edən “Koronavirus” epidemiyasının ölkdə yayılmasının qarşısının alınması, qış mövsümü ilə əlaqədar yanvar-mart aylarında havaların əlverişsiz keçməsini təhsil müəssisələrinin bağlnamasının sərnişin axınının azalmasına və bu səbəblərin bilavasitə işlərinə ciddi təsir göstərməsi olmuşdur. Yəni qeyd edilən əmrin verilməsi Əmək Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə uyğun olmuş, bu əmr işəgötürənin təqsiri ücbatından verilməmişdir. İddiaçıya məxsus əmək müqaviləsindən də göründüyü kimi o və digər işçilər ƏM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamaqla ödənişsiz məzuniyyətə buraxılmış və bəhs edilən əmr Cavabdeh-nin özünün digər əmri ilə ləğv edilmişdir. Bu müddət ərzində iddiaçı digər işçilər kimi koronavirus infeksiyası ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətin Cavabdeh-nə ayırdığı maliyyə dəstəyi çərçivəsində hər ay 125 manat pul məbləği ilə təmin edilmişdir. Bundan başqa iddiaçı bu günədək cavabdeh tərəfindən işdən çıxarılmamış və yaxudda ki, onun işlədiyi ştat ixtisara salınmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixindən yenidən Şəki şəhərində karantin rejimi tətbiq edilmiş və həmin karantin rejiminin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. Bu isə hal-hazırda da müəssisənin tam gücündə fəaliyyət göstərə bilməməsinə dəlalət edir. Bütün bunlara görə məhkəmə hesab edir ki, Cavabdeh-nin xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmri qanuni və əsaslıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sоnrа həmin sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yоxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsində göstərilir ki, işdə iştirаk edən şəxslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yоxlаnılmаlı və qiymətləndirilməlidir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh-nə qarşı onun ödənişsiz məzuniyyətə göndərilməsi barədə Cavabdeh-nin xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı onun ödənişsiz məzuniyyətə göndərilməsi barədə Cavabdeh-nin xx.xx.2020ci il tarixli 06 İ/T nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1585/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1585/2020
25.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver