Məhkəmə qərarları › İş №2(075)-1614/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1614/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1614/2021 04.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı olmaqla, digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2, İddiaçı3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” **********27 reyestr nömrəli çıxarışla 23.3850 ha torpaq sahəsindən və **********28 reyestr nömrəli çıxarışla 1.43 ha torpaq sahəsindən 3/10 hissənin naturada bölünməsi, paylarının müəyyən olunaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində tələbini onunla əsaslandırmışlar ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha torpaq sahəsi reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərindədir. Həmçinin, Şəki rayonu Turan qəsəbəsində yerləşən 23.3850 ha torpaq sahəsi reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərindədir. Onlar torpaq sahələrindən paylarını ayırmaqla, özlərinə ayrıca çıxarış almaq istəyirlər. Buna görə də ümumi birgə mülkiyyətdə olan əmlakdan onlara düşən payın naturada ayrılması ilə əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı olmaqla, digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 digər İddiaçı2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 10 yanvar 2020-ci il tarixli, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan 10 yanvar 2020-ci il tarixli, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 23.3850 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, 10/4313 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şəki rayonu Turan qəsəbəsində yerləşən yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 1.4377 ha və 23.3850 ha torpaq sahələrindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid 3/10 hissə payın naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün hər iki torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni sahəsi 23.3850 ha təşkil edən torpaq sahəsindən 7.0155 ha, sahəsi 1.4377 ha təşkil edən torpaq sahəsindən isə 0.43131 ha sahə ayrılaraq həmin payların mülkiyyətçilərinə verilə bilər. Qeyd olunur ki, tədqiq olunan torpaq sahələri bərabər bucaqlı olmadığından, bölgü zamanı dəqiqliklə torpaq sahəsinin ayrılması, GPS sistemli ölçmə aparatı vasitəsilə müvafiq ölçmə işləri aparılmaqla mümkün ola bilər. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha və 23.3850 ha torpaq sahələri reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərindədir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan əmlaklardan öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddianı müdafiə edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa «İnsan Hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətində özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin Məcəllənin 220.3-cü maddəsinə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha və 23.3850 ha torpaq sahələri reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərindədir. Mübahisə predmeti olan əmlaklar iddiaçıların istifadəsində olduğundan iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 1.4377 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni 0.43131 ha torpaq sahəsi ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 23.3850 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni 7.0155 ha torpaq sahəsi ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Dövlət rüsumu tələb edilmədiyindən 10 (on) manat rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 1.4377 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni 0.43131 ha torpaq sahəsi ayrılaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 23.3850 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni 7.0155 ha torpaq sahəsi ayrılaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar