Məhkəmə qərarları › İş №2(075)-172/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-172/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-172/2025 04.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1956-cı il tarixdə anadan olmuş Ərizəçi ilə 08 may 1993-cü il tarixdə ölmüş X3 (anası) və 04 iyun 2000-ci il tarixdə ölmüş Hacıyeva Münəvvər Bəybala qızının (nənəsi) qohum olmaları faktının müəyyən edilməsi, 04 iyun 2000-ci il tarixdə ölmüş Hacıyeva Münəvvər Bəybala qızından miras qalmış əmlakın onun tərəfindən qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 08 may 1993-cü il tarixdə ölmüş X3 xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş Ərizəçi anası və 04 iyun 2000-ci il tarixdə ölmüş Hacıyeva Münəvvər Bəybala qızının xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş Ərizəçi nənəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə Müki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şəki Regional Maraqlı şəxsndə notariat ofisinə müraciət edərək, mərhum nənəsi Hacıyeva Münəvvər Bəybala qızından qalmış miras əmlakdan ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinin 01 may 2022-ci il tarixli qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, miras qoyan şəxslərin qohumluq əlaqəsinin müəyyən edilməsi məqsədi ilə miras qoyanın qızı X3 doğumu barədə məlumat elektron notariat informasiya sistemində aşkar edilməmişdir. AR Dövlət X12 verilən sorğuya cavab verilmiş və Hacıyeva Təbiyət Müslət qızının doğumu barədə akt qeydi aşkar edilməmişdir. Onun doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyad, ad və ata adı ilə Hacıyeva Təbiyət Müslət qızının ölüm haqqında şəhadətnaməsində yazılan soyad, ad və ata adı uyğunsulzulğu aşkar edilmişdir. Belə olan halda miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, o, Hacıyeva Münəvvər Bəybala qızından qalmış miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə olan halda notariat hərəkətlərinin aparılması mümkün deyildir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinəəsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədəərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, mirasəmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Bu səbəbdən Şəki Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin 01 may 2022-ci il tarixli qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Hacıyeva Münəvvər Bəybala qızının mülkiyyətinə JN0033, KOD40412028 nömrəli Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə 1.84 kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Anasının adı Təbiyət, nənəsinin adı isə Münəvvərdir. Onlar vəfat etdikdən sonra Fazıl kəndində dəfn ediblər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun uzaq qohumudur. Anasının adı Təbiyət, nənəsinin adı isə Münəvvərdir. Anası 1993cü il tarixdə vəfat etmişdir. Mülki iş materiallarını araşdırıb, Ərizəçi və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı 0033 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində 1.84 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İşdə olan Şəki rayonu Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2000-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 iyun 2000-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki rayonu Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 15 iyun 1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 may 1993cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 01 may 2022-ci il tarixli qərarından görünür ki, Ərizəçi etibarnamə əsasında nümayəndəsi X8 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X10 05 mart 2022-ci il tarixli, 204 nömrəli məktubundan görünür ki, Nuxa VVAQ Şöbəsinin 1935-ci ilin 08 avqust ayından 1939-cu ilin 11 avqust ayına kimi olan Orconikidze adına qəsəbənin “Doğulanların qeydiyyat” kitabına əsasən X14 (Müseyib) qızının həmin illərdə doğumu barədə qeydiyyatı aparılmamışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivinin 19 sentyabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, Ağsu rayon Qeydiyyat şöbəsinin 1934-1944-cü illərini əhatə edən qeydiyyat kitablarında X3 doğumu barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X15 Filialının 28 iyun 2024-cü il tarixli məktubundan görünür ki, X15 Filialında mühafizə olunan Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədləri, o cümlədən 1939-cu ilə aid (Qarabağlı kəndi üzrə) doğum aktı qeydləri araşdırılmış, lakin Əhmədova (Hacıyeva) Təbiyət Müslət qızının doğum tarixi qeydi aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İHB-nın İbrahimkənd kənd İƏD-si üzrə nümayəndəli tərəfinən verilmiş 08 avqust 2024-cü il tarixli, 169 nömrəli arayışdan görünür ki, Şəki rayonunun, Fazıl kənd sakini Ərizəçi və Şəki Regional “ASAN xidmə” Mərkəzi tərəfindən verilən 13 may 2024-cü il tarixli, 3-16-5/8-69-Ə-1031/2024 nömrəli arayışda adı qeyd olunan X11 həqiqətən eyni şəxsdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 08 may 1993cü il tarixdə ölmüş X3 xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş Ərizəçi anası və 04 iyun 2000-ci il tarixdə ölmüş Hacıyeva Münəvvər Bəybala qızının xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş Ərizəçi nənəsi olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. 08 may 1993-cü il tarixdə ölmüş X3 xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş Ərizəçi anası və 04 iyun 2000-ci il tarixdə ölmüş Hacıyeva Münəvvər Bəybala qızının xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş Ərizəçi nənəsi olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar