Məhkəmə qərarları › İş №2(075)-1907/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1907/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1907/2025 20.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 145 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan 145 manata kitab almış və bununla bağlı aralarında nisyə alqı-satqı münasibətləri yaranmışdır. Dəfələrlə cavabdehdən pulu tələb etməsinə baxmayaraq, 145 manat pul məbləğini ona ödəməmişdir. İddia ərizəsinə əlavə olunmuş diskdəki səs yazılarından da görünür ki, cavabdeh borcunu etiraf etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Ucar şəhərində dəftərxana ləvazimatları mağazasının sahibi olmuş, cavabdeh isə Ucar şəhərində uşaqlar üçünm hazırlıq kursuna rəhbərlik etmişdir. Cavabdeh əvvəllər də bir neçə dəfə ödənişi sonra etmək şərti ilə ondan şagirdlərin məktəb hazırlığı üçün dərs vəsaitlərini nisyə götürmüş, sonra borcunu ödəmişdir. Lakin sonuncu dəfə üzərindən uzun müddət keçməsinə baxmayaraq ödəniş etməkdən yayınmışdır. Əlaqə saxlayıb pulu tələb etməsinə baxmayaraq, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, ödəməmişdir. Cavabdehlə telefon danışıqlarını qeydə almış, danışıqlar zamanı cavabdeh 145 manat borclu olduğunu etiraf etmiiş, ödəcəyində söz versə də, vədini yerinə yetirməmişdir. Məcbur qalıb hazırki iddianı qaldırmışdır. Cavabdeh Məhəmməd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin üzürlü səbəbdən olması barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı 20 oktyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək 145 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona tam məbləğdə ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı bu müraciəti məhkəmə tərəfindən iddiadan imtina etməsi olaraq qəbul edilmiş və iş üzrə icraata xitam vermək üçün əsas sayılmışdır. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməli və iddiaçıya hazırkı cavabdehə qarşı hazırkı tələblə yenidən məhkəmədə iddia qaldırmasının mümkünsüzlüyü izah edilməli, dövlət rüsümumu iddiaçı tərəfindən iddia qaldırılarkən ödənildiyi və iddia ərizəsində cavabdehdən tələb edildiyi, ödənilmiş dövlət rüsumu da cavabdeh tərəfindən iddiaçıya ödənildiyi üçün iddiaçının iddiadan imtina eməsi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı 145 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. İddia qaldırılarkən ödənilmiş dövlət rüsümunun cavabdeh tərəfindən iddiaçıya ödənildiyi nəzərə alınsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar