Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-191/2021 23.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Baş Küngüt kəndində yerləşən, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0.1815 ha torpaq sahəsinin, habelə Şəki rayonu Baş Küngüt kəndində yerləşən, reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0.1258 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 kv.m olan fərdi yaşayış evinin paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışlar ki, Şəki rayonu Baş Küngüt kəndində yerləşən, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun və Cavabdeh ümumi paylı mülkiyyətində 0.1815 ha torpaq sahəsi, o cümlədən 0.1258 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 m2 olan 1 (bir) ədəd fərdi yaşayış evi vardır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən ümumi paylı mülkiyyətdəki 0.1815 ha torpaq sahəsi, habelə 0.1258 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 m2 olan 1 (bir) ədəd fərdi yaşayış evinin 1/3 hissəsi onun, 2/3 hissəsi Cavabdeh Zabit qızının mülkiyyətindədir. 0.1258 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 m2 olan 1 (bir) ədəd fərdi yaşayış evinə paylı mülkiyyət hüquqları məhkəmə qaydasında müəyyən edilmişdir. Lakin cavabdeh qapılara qıfıl vurmaqla mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmuş və onu təhqir etmişdir. Halbuki mübahisəli əmlaka hüquqları bəllidir. Dəfələrlə tərəfindən ümumi paylı mülkiyyətlərində olan həmin əmlakları paylara uyğun olaraq hissəyə bölünməsi cavabdehə təklif edilsə də, ümumi razılığa gələ bilməmişlər. Belə olan şəraitdə payların real bölünməsi zərurəti yaranmışdır. Cavabdehin qərəzli davranışları barədə Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD üzrə nümayəndəsinə ərizə və baş vermiş hadisə ilə əlaqədar məlumatı yazılı formada vermişdir. Buna görə də ümumi paylı mülkiyyətdə olan əmlakdan ona düşən payın naturada ayrılması ilə əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 bildirdi ki, həqiqətən də mübahisəli torpaq sahələri İddiaçı və Cavabdeh paylı mülkiyyətlərindədir. İddia ilə razılaşmır. Belə ki, Vüsalə Məmmədova atasını görməmişdir. Lakin əgər məhkəmə tərəfindən ədalətli bölgü müəyyən edilmişsə, bölgünün aparılmasına etiraz etmir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəki rayonu Baş Küngüt kəndində yerləşən 0.1815 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/3 hissə) və Cavabdeh (2/3 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəki rayonu Baş Küngüt kəndində yerləşən 0.1285 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/3 hissə) və Cavabdeh (2/3 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 19 saylı ekspert rəyindən görünür ki, Şəki rayonu Baş Küngüt kəndində yerləşən, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.1815 ha torpaq sahəsində İddiaçı aid 1/3 hissə payın naturada ayrılması mümkündür. Bölgü zamanı 1/3 paya uyğun 0.0605 ha torpaq sahəsi müəyyən edilir. Şəki rayonu Baş Küngüt kəndində yerləşən, Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.1285 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 kv.m olan fərdi yaşayış evindən 1/3 paya uyğun bölgünün aparılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun deyildir. Bölgünün aparılmamasına səbəb 1/3 paya uyğun yaşayış otağının olmaması, eləcə də 1/3 paya uyğun bölgü aparıldığı halda həmin torpaq sahəsinin təyinatı üzrə istifadəyə yararsız olmasıdır. Bölgü zamanı paylara uyğun sahələr AutoCAD proqramı vastəsiylə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. Rəyə təklif olunan bölgü plan-sxem və baxış aktı əlavə olunur. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Şəki rayonu Baş Küngüt kəndində yerləşən 0.1815 ha torpaq sahəsi, həmçinin Şəki rayonu Baş Küngüt kəndində yerləşən 0.1285 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 kv.m olan fərdi yaşayış evi iddiaçı (1/3 hissə) və cavabdehin (2/3 hissə) paylı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan əmlakdan öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdehin nümayəndəsi məhkəmədən ədalətli bölgü aparılmasını xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa «İnsan Hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətində özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin Məcəllənin 220.3-cü maddəsinə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə mübahisələndirilən Şəki rayonu Baş Küngüt kəndində yerləşən 0.1815 ha torpaq sahəsinə münasibətdə qeyd edir ki, torpaq sahəsi tərəflərin paylı mülkiyyətlərindədir. Mübahisə predmeti olan əmlakın naturada ayrılması texniki cəhətdən mümkündür. Odur ki, iddia tələbi həmin torpaq sahəsinə münasibətdə əsaslıdır. Məhkəmə mübahisələndirilən Şəki rayonu Baş Küngüt kəndində yerləşən 0.1285 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 54.3 kv.m olan fərdi yaşayış evinə münasibətdə qeyd edir ki, iddiaçı həmin əmlaklardan payına düşən 1/3 hissənin naturada ayrılmasını xahiş etsə də, aparılmış ekspertiza tədqiqatı nəticəsində həmin əmlaklarda 1/3 paya uyğun bölgünün aparılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Ekspertiza rəyində iddiaçıya məxsus payın naturada ayrılmasının mümkünsüzlüyü nəzərdə tutulmasına baxmayaraq iddiaçının özü tərəfindən ona məxsus payın naturada ayrılmasının mümkünlüyünü təsdiq edə biləcək digər hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə iddianı həmin əmlaka münasibətdə əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki rayonu Baş Küngüt kəndində yerləşən, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.1815 ha torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 0.0605 ha torpaq sahəsi ayrılaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumu tələb edilmədiyindən 10 (on) manat rüsumu İddiaçı özünə aid edilməlidir. Həmçinin, 300 (üç yüz) manat ekspertiza xərci İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki rayonu Baş Küngüt kəndində yerləşən, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.1815 ha torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 0.0605 ha torpaq sahəsi ayrılaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. 300 (üç yüz) manat ekspertiza xərci İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-191/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-191/2021
23.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver