Məhkəmə qərarları › İş №2(075)-194/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-194/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-194/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil Fəzalı oğlunun, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin anası mərhum Mustafayeva Hicran Səftər qızından miras qalan Şəki şəhəri, 121-ci kvartalda yerləşən torpaq sahəsinə görə vərəsəlik şəhadətnaməsini əldə etmək üçün iddiaçının anasının digər vəfat etmiş vərəsəsi olan mərhum bacısı 1978-ci il təvəllüdlü X2 1978-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi mərhum Mustafayeva Hicran Səftər qızının vərəsələrindən (qızı) biridir. Ərizəçinin anası mərhum Mustafayeva Hicran Səftər qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bundan sonra ərizəçi anasından miras qalan Şəki şəhəri, 121-ci kvartalda yerləşən torpaq sahəsini qəbul etmək üçün vərəsəlik şəhadətnaməsini əldə etmək istəmiş, Şəki şəhəri, Pirimlər məhəllə nümayəndəliyindən vərəsəliyə dair arayış əldə edərək, digər zəruri sənədləri toplamış və Şəki Asan Xidmət Mərkəzində yerləşən Notariat Kontoruna müraciət etmişdir. Vərəsəlik arayışında adları qeyd olunan mərhum Mustafayeva Hicran Səftər qızının digər vərəsələri 1980-ci il təvəllüdlü X10 və 1975-ci il təvəllüdlü X5 vərəsəlik şəhadətnaməsi almaq üçün ərizəçinin xeyrinə razılıq ərizələri də notariat orqanında təqdim etmişlər. Notariat orqanın sistemində vərəsə olaraq 1978-ci il təvəllüdlü X2 da adının göründüyü bildirilmiş, lakin ərizəçi həmin bacısının doğumundan bir müddət sonra 1978-ci ildə öldüyünü bildirmiş, lakin notariat kontorundan ona ölüm faktı barədə sənədin təqdim edilməsi bildirilmişdir. Ərizəçi bu səbəbdən mərhum bacısı X2 ölümü haqqında sənədinin əldə olunması üçün Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ərizəçinin müraciətindən imtina edilmiş və mərhum bacısı X2 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd etmək lazımdır ki, ərizəçinin mərhum anasının mirası olan torpaq sahəsi hazırda mərhumun adında qalmışdır və ərizəçi həyatda olan vərəsələrin razılığını ala bilsə də ölmüş bacısının ölüm faktının müəyyən edilməsi barədə sənədini notariat orqanına təqdim edə bilməməsinə görə qeyd olunan əmlakın ərizəçinin adına keçirilməsini qeyri mümkün etmişdir. Hazırkı fakt müəyyən edilməlidir ki, ərizəçi anasının adına olan torpaq sahəsini öz adına vərəsəlik qaydasında qəbul edə bilsin. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil Fəzalı oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 3165/8-15-M-1188/2024 saylı məktubundan görünür ki, 1978-ci ildə vəfat etmiş bacısı X2 ölümü haqqında akt qeydi Şəki Rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Həmçinin, Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. - Şəki şəhər Pirimlər məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışdan görünür ki, Mustafayeva Hicran Səftər qızı xx.xx.2024-cü ildə vəfat etmiş və onun vərəsələri - X7, X5 və Ərizəçidır. - 01 aprel 2004-cü il tarixli,AZ-İ 085542 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 01 aprel 2004-cü il tarixdə vəfat etmişdir. - 15 avqust 1978-ci il tarixli, V-ЖГ 459731 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 22 iyul 1978-ci il tarixdə anadan olmuşdur. - Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X2 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadı. - Şəki Rayon Mərkəzi X15 Şəxsi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli, 18- 1-71/2-Q-409-42-136/2024 saylı məktubundan görünür ki, bacısı 1978-ci il təvəllüdlü X2 ölümü səbəbi onlara məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”-nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə”-nin verilməsi mümkün deyil. - 23 aprel 2018-ci il tarixli, **********14 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, 121-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Mustafayeva Hicran Səftər qızının tam mülkiyyətində qeydiyyata alınmışdır. - X10 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2024-cü ildə ölmüş anası Mustafayeva Hicran Səftər qızından irs qalmış mirasın ona çatası hisəsindən Ərizəçi xeyrinə imtina etmişdir. - X6 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2024-cü ildə ölmüş anası Mustafayeva Hicran Səftər qızından irs qalmış mirasın ona çatası hisəsindən Ərizəçi xeyrinə imtina etmişdir. - xx.xx.1978-ci il tarixli 459731 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1978-ci il tarixdə anadan olmuş X2 atası X11, anası Mustafayeva Hicran Səftər qızıdır. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, uşağın adın xatırlaya bilmir. Lakin təxminən 30 il əvvəl bir qızının rəhmətə getdiyini bilir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Ərizəçi bibisi oğludur. Bahargil ailədə beş uşaq olublar. Bacısı Mehriban təxminən üç aylıq olanda rəhmətə gedib. 1979-cu ildə narlı qəbiristanlığında dəfn olunub. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun baldızının qızıdır. İftixar adlı bir oğlu və Mehriban adlı bir qızı rəhmətə gedib. Mehriban 1978-ci ildə anadan olub. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, Ərizəçi mərhum Mustafayeva Hicran Səftər qızının vərəsələrindən (qızı) biridir. Ərizəçinin anası mərhum Mustafayeva Hicran Səftər qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum bacısı X2 ölümü haqqında sənədinin əldə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi mərhum bacısının vəfat etməsi faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, ərizəçi anasından miras qalan Şəki şəhəri, 121-ci kvartalda yerləşən torpaq sahəsini qəbul etmək üçün vərəsəlik şəhadətnaməsini əldə etmək istəsə də, ərizəçinin mərhum anasının mirası olan torpaq sahəsi hazırda mərhumun adında olduğundan onun ölüm faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, mərhum bacısı 1978-ci il təvəllüdlü X2 1978-ci ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin mərhum bacısı 1978-ci il təvəllüdlü X2 1978-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar