Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1959/2021 21.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1 və İddiaçı nümayəndəsi (vəkili), eyni zamanda İddiaçı nümayəndəsi Nümayəndə1 vəkili X11, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh, cavabdehlər 1 saylı Maraqlı şəxs1 notariat ofisinə və Azərbaycan Respublikası İİNY ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 1 saylı Maraqlı şəxs1 notariat ofisində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********07-10301 olan dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, 1 saylı Maraqlı şəxs1 notariat ofisində 10.03.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********07-10301 olan dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 1969cu ildə Bakı şəhərində anadan olmuşdur. Ailədə 3 bacı, 1 qardaş olmuşlar. Belə ki, bacıları İradə və Reyhanə, qardaşının adı isə Bəxtiyardır. Atası Hüseyn 1982-ci ildə vəfat etmişdir. Anası sağdır, 86 yaşı var. Bakıda özünün evi vardır. Digər qardaş bacıları Bakıda atasından miras qalan evdə yaşayırlar. Bildirmişdir ki, anası İddiaçı adına ünvan 1 ünvanında fərdi yaşayış evi vardır. Həmin evin evin ¾ hissəsi anası İddiaçı, ¼ hissəsi onun adına olmuşdur. Belə ki, evin sənədlərini 2014-cü ildə düzəltmişlər. Həmin vaxt Bəxtiyar həmin evi satmaq istəmişdir. Buna görə də evin ¼ hissəsində özünə pay müəyyən etdirərək Bəxtiyarın həmin evi satmasına maneə olmuşdur. Bildirmişdir ki, 1963-cü ildən onlar Bakıya köçörək orada yaşamağa başlamışlar. Şəkidəki evə həmişə o gəlib baş çəkmişdir. Anası Bakıda Bəxtiyarın yanında yaşamışdır. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 3/4 hissəsini ona bağışlamaq niyyəti ilə Şəki regional "Asan xidmət " mərkəzinin notaraiat ofisinə müraciət edərkən ona məlum oldu ki, həmin ev onun adına deyil. O, bu məsələni araşdıran zaman bilmişdir ki, guya anası Nümayəndə2 Talib qızına etibarnamə verərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 3/4 hissəsi ilə bağlı hərəkətlər etməyə etibarnamə vermişdir. Hesab etmişdir ki, absurddur. Belə ki, anası İddiaçı ona məxsus sözügedən fərdi yaşayış evi ilə bağlı hərəkətlər etməklə bağlı heç kəsə etibarnamə verməmişdir. Bacısı Nümayəndə2 Talib qızı ona "yardım pulu almağa sənədləri hazırlamaq üçün" adı ilə hansısa kağıza imza etdirmişdir. İndi ona məlum olub ki, həmin kağız etibarnamə imiş. Bildirmişdir ki, anası 1-ci qrup əlil deyil ki, ona baxıcı təyin edilsin. Lakin bir daha bildirir ki, hətta anası İradəyə etibarnamə versə belə bu ona məxsus fərdi yaşayış evinin ¾ hissəsinin bağışlanması ilə əlaqədar olmayıb. Nümayəndə2 Talib qızı onun etibarnaməsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin anasına məxsus 3/4 hissəsini oğlu Cavabdeh Talib oğluna İddiaçı adından bağışlayıb. Göstərmişdir ki, əgər anası istəsə idi öz oğluna evi bağışlaya bilməzdi mi? Niyə bu bağışlamanı bacısı İradə onun adından həyata keçirib? Bacısı Nümayəndə2 onun qoca və yaşlı, savadsız olmasından, istifadə edərək ona məxsus evin 3/4 hissəsini oğlu Cavabdeh bağışlamışdır. Məsləhət olsaydı anası özü həmin evdən ona düşən payı oğluna bağışlayardı. Ona görə də hesab edir ki, İradə anasını aldadaraq 19.02.2021-ci ildə etibarnamə almış və evin anasına məxsus hissəsini Bakı şəhərində 10.03.2021-ci ildə onun adından oğlu Cavabdeh bağışlanması qanunsuzdur. Anası bunu biləndən sonra qızı Nümayəndə2 adına verdiyi 19.02.2021-ci il tarixli etibarnaməyə 22.07.2021-ci ildə xitam verdirmişdir. Bu səbəbdən də qızı Nümayəndə2 ilə oğlu Cavabdeh Talib oğlu arasında olan 10.03.2021-ci il tarixli bağışlama müqaviləsi ləğv edilərək evin sənədləri əvvəlki vəziyətinə qaytarılmalı, cavabdehin adına verilən çıxarış ləğv edilməlidir. Əlavə olaraq göstərmişdir ki, Bəxtiyarla anasının arası çox pisdir. Bəxtiyar anasına yaxşı baxmamışdır. Buna görə də 2021-ci ilin iyul ayına kimi anası Bəxtiyarın yanında qalmışdır. 2021-ci ilin iyul ayından anası Şəki şəhərində yerləşən mübahisəli evdə onunla birlikdə yaşayır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərmişdir ki, Bakı şəhəri 1 saylı Maraqlı şəxs1 notariat ofisində 10.03.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ¾ hissəsinin bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh adına verilmiş reyestr nömrəsi **********07-10301 olan dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X19 da İddiaçı nümayəndəsi Nümayəndə1 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı şəxsən məhkəmə iclasında iştirak edərək iddiaya münasibətinin öyrənilməsi zərurəti ilə əlaqədar məhkəmə iclasında iştirakının vacibliyi qeyd edilmiş və o 21.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasına gətirilmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən verilən suallara İddiaçı bildirmişdir ki, onun 3 qızı və 1 oğlu var. Bildirmişdir ki, onun oğlunun adı Bəxtiyardır. Qeyd etmişdir ki, o Şəki şəhərində olan evini Bəxtiyara bağışlamışdır. Həmin əmlakı Bəxtiyardan geri almaq kimi bir niyyəti yoxdur. Hansı səbəbə görə Şəki rayon məhkəməsinin inzibati binasında məhkəmə zalından olmasını bilmir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Onlar ailədə 3 bacı, 1 qardaş olmuşlar. O, Şəki şəhərində dünyaya gəlmişdir. 1-ci sinfi Şəkidə oxumuş və 1965-ci ildə ailəlikcə Bakı şəhərinə köçmüşlər. Atası 1982-ci ildə vəfat etmişdir. Bildirmişdir ki, qardaşı Bəxtiyarın bir böyrəyi yoxdur. Anası daima Bakı şəhərində Bəxtiyarın yanında qalmışdır. Anası Bəxtiyarı çox istəyir. Onlar özləri də Bəxtiyarı çox istəyirlər. Bəxtiyar onların hər şeyidir, urəyidir. Anası özü öz iradəsi ilə ona etibarnamə vermişdir ki, o, evin ¾ hissəsini qardaşına bağışlasın. O, heç bir halda anasını aldatmamışdır. Əgər anasını aldatmaq niyyəti olsa idi evi qardaşının deyil öz adına keçirərdi. O bunu əmlakı əldə etmək üçün etməmişdir. Bəxtiyar anasından sonra yeganə varisdir. Adətlərə görə də atadan miras qalan ev oğula qalmalıdır. Lakin Nümayəndə1 Bakı şəhərində şəxsi evi olmasına baxmayaraq, atasının Şəkidəki evindən də ¼ hissə pay almışdır. Belə ki, o atasından qalan miras əmlakdan ¼ hissə pay almışdır. Ancaq bununla da kifayətlənməyib 2021-ci ilin iyul-avqust ayında anasını gizlin olaraq götürüb Şəki şəhərindəki evlərinə gəlmiş və hal-hazıradək anasını onlara göstərmir. Belə ki, dəfələrlə bacısı Reyhanə ilə anasına görməyə getmişlər, lakin Xoşqədəm onları evə buraxmamışdır. Doğrusu hazırda anasının harada olmasından xəbərləri yoxdur. Bilmirlər ki, anaları Şəkidə, Bakıda və ya hansı şəhərdədir. Bildirmişdir ki, Xoşqədəm anasını götürüb Şəkiyə gəldikdən sonra ondan etibarnamə alaraq qardaşı Bəxtiyarı məhkəməyə vermişdir. Göstərmişdir ki, hazırda anası xəstədir, həm də onun 86 yaşı vardır. Xoşqədəm işləmədiyi üçün qardaşı Şəkidəki həmin evin təmir işlərini ona həvalə etmişdir. Ancaq təmir işlərinin ödənişlərini qardaşı özü ödəmişdir. Bildirmişdir ki, anası sağdır 86 yaşı var. 2021-ci ilin avqustuna kimi anasına qardaşı və Reyhanə baxımışdır. Onların maddi imkanlarını qardaşı Bəxtiyar qarşılayır. Qardaşı Cavabdeh 2-ci qrup əlildir. Cavabdeh böyrəyi yoxdur. Himayəsində 2 azyaşlı uşağı var. Bildirmişdir ki, anasının hazırda qaldırılan iddianın mahiyyətindən xəbəri yoxdur. Əgər o bilsə ki, Xoşqədəm Bəxtiyara bağışlanmış evin hissəsini geri qaytartdırmaq istəyir o bununla razılaşmaz. Bütün bunları nəzərəı alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və bacısı Nümayəndə2 məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan, eyni məzmunlu izahat vermiş və iddianı qəbul etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili X3 da iddianı əsassız hesab etmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şəki regional Maraqlı şəxs1 notariat ofisinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər və işin başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Nümayəndə2 ilə qohumluq əlaqəsi yoxdur. O, İddiaçı qızı ilə illərlə kirayədə bir yerdə yaşamışlar. Münasibətləri yaxşı olmuşdur. Tavad Bakıda qalanda o, tez-tez Tavada baş çəkməyə getmişdir. Təxmini 30 ilə yaxın olar ki, o, Xoşqədəmlə görüşməmişdir. Bildirmişdir ki, bir gün Nümayəndə2 ona anasına baş çəkməyə gedəcəyini bildirmişdir. O da İradə ilə birlikdə Şəkiyə getmək istəmişdir, Tavada baş çəksin. Onlar birlikdə Şəki şəhərindəki evlərinə gəldikdə görmüşlər ki, evin qapısı bağlıdır. Onlar qapını döydükdə qapını açan olmamışdır. Bir neçə dəqiqə sonra həmin evə kirayə yaşayan bir oğlan gəlmiş qapını açaraq içəri daxil olmuşdur. Bu zaman Xoşqədəm onların üstünə gələrək qışqırmış, onları evə daxil olmağa qoymamışdır. Onlar Xoşqədəmə bildirmişdilər ki, Tavadı görəməyə gəliblər. Bu zaman Xoşqədəm onlara qışqıra-qışqıra demişdir ki, “siz yalan deyirsiz, anamı aparmağa gəlmisiz”. Bildirmişdir ki, Tavad uzun müddətdir ki, Bakıda yaşayır. Tavad Bəxtiyarla, Reyhanənin yanında qalmışdır. O, Xoşqədəmi orada görməmişdir. Tavada Bəxtiyar, Reyhanə, gəlini və nəvələri baxmışdır. Təxminən 3 ay olardı ki, Tavad Xoşqədəmlə birlikdə Şəkiyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onlar ailədə 3 bacı 1 qardaşdırlar. Anası Şəkidəki evi qardaşı Cavabdeh bağışlamışdır. Bildirmişdir ki, anası Xoşqədəmlə birlikdə 2021-ci ilin avqust ayında Şəkiyə gəlmişlər. 2021-ci ilin sentyabr ayından sonra onlar analarına baş çəkə bilməmişlər. Hər dəfə analarına baş çəkməyə gedəndə Xoşqədəm onların üzərinə hücum çəkib evə daxil olmağa qoymayıb. Qardaşının qızı Türkiyədə təhsil alır nənəsi ilə görüntülü danışmaq istədikdə Xoşqdəm buna imkan yaratmamış, hər dəfə bəhanə gətirərək mane olmuşdur. Onlar hal-hazırdada analarını görə bilmirlər. Xoşqədəm onlara imkan vermir. Anasının Bəxtiyarla münasibəti yaxşı olmuşdur. Onlar bir-birilərinə qarşı mehriban ana oğul münasibətlərində olmuşlar. Ona görə də anası həmişə demişdir ki, Şəkidəki evi Bəxtiyara bağışlayacam. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, X6 onun uşaqlıq dostudur. Onlar 3-cü sinifdə oxuyanda bir-birilərini tanımışlar. Eyni məhəllədə böyümüşlər, bir-birilərinin evlərinə getmişlər, gəlmişlər münasibətləri yaxın olmuşdur. O, Tavadı da tanımışdır. Tavad həmişə demişdir ki, Şəkidəki evi Bəxtiyarın adına keçirəcəkdir. Bildirmişdir ki, bir dəfə o, Bəxtiyarla anasının küçədən keçərkən görmüşdür. Haradan gəldiklərini soruşanda Tavad ona demişdir ki, Asan Xidmət Mərkəzinin natarius ofisindən qayıdırlar, bildirmişdir ki, Şəkidəki evi Bəxtiyara bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Bəxtiyar onun yaxın dostudur. Ailəni də yaxşı tanıyır. Ailəvi dostluq münasibətləri var. Bir neçə dəfə onların evində olmuşdur. Eşitmişdir ki, X20 Xidmət Mərkəzinə getmiş, Tavad orada Şəkidəki evi Bəxtiyara bağışlamışdır. Bildirmişdir ki, Bəxtiyarla anasının münasibətləri yaxşı olmuşdur. Onlar bir-birilərinə qarşı mehariban olmuşlar. 2020-ci ilin sonlarında onların evində olanda Xoşqədəmin ailədə sözsöhbət salmağının şahidi olmuşdur. Buna görə də Bəxtiyarın ağladığını da görmüşdür. Bəxdiyar ona demişdir ki, Xoşqədəmlə aralarında mal-mülk üstündə narazılıqlar yaranmışdır. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı verilmiş 13 noyabr 2009-cu il tarixli M İİ seriyalı ******* saylı çıxarışdan görünür ki, Şəki şəhəri, X21 prospekti, dalan 24-də mülkiyyətində olan 0.0428 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 39.3 kv.m yaşayış, 71.9 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına olan Daşınmaz Əmlakın dövlət reystrdə 13 nömrəli reystr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 26 iyul 2014-cü il tarixli “hədiyyə verən” İddiaçı “hədiyyə alan” Nümayəndə1 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Şəki şəhəri, X21 prospekti, dalan 24 ev 3 ünvanında yerləşən, ümumi sahəsi, 111.2 kv/m, yaşayış sahəsi 39.3 kv/m, yardımçı sahəsi 71.9 kv/m olan fərdi yaşayış evinin on(lar)a məxsus olan hissəsindən 1/4 hissəsini Nümayəndə1 bağışlamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 02.12.2021-ci il tarixdə verilmiş 01 avqust 2014-cü il tarixli RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, X21 prospekti, dalan 24 ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin ¾ hissəsi İddiaçı, ¼ hissəsi Nümayəndə1 qızının xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 10 mart 2021-ci il tarixli “hədiyyə verən” İddiaçı “hədiyyə alan” Cavabdeh arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Şəki şəhəri, X21 prospekti, dalan 24 ev 3 ünvanında yerləşən, ümumi sahəsi, 111.2 kv/m, yaşayış sahəsi 39.3 kv/m, yardımçı sahəsi 71.9 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyəti üzrə on(lar)a məxsus olan hissəsindən ¾ hissəsini, Şəki şəhəri, X21 prospekti, dalan 24 ev 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0428 ha olan torpaq sahəsinin paylı mülkiyət üzrə on(lar)a məxsus hissəsindən ¾ hissəsini Cavabdeh bağışlamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 06 aprel 2021-ci il tarixli reystr nömrəsi **********07-10301 olan Texniki Pasportdan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 24, ev 3 (yeni qaydalarla: AZ-5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ¾ hissəsi Cavabdeh, ¼ hissəsi Nümayəndə1 xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli reyestr nömrəsi **********07-10301 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 24, ev 3 (yeni qaydalarla: AZ-5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ¾ hissəsi Cavabdeh, ¼ hissəsi Nümayəndə1 xüsusi mülkiyyətindədir. İşdə olan A3 ******* nömrəli X4 təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü Ramazanova Xoşqədəm Talıb qızının atası X7, anası İddiaçıdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional Maraqlı şəxs1ndən daxil olmuş sənədlər toplusunda olan 10 mart 2021-ci il tarixli aryışdan görünür ki, Şəki şəhəri, X21 prospekti, dalan 24 ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin ¾ hissəsi İddiaçı, ¼ hissəsi Nümayəndə1 qızının xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional Maraqlı şəxs1ndən daxil olmuş sənədlər toplusunda olan 19 fevral 2021-ci il tarixli ******* nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X21 prospekti, dalan 24 ev 3 ünvanında yerləşən fərdi yaşayış evində heç bir şəxs qeydiyyatda olmamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional Maraqlı şəxs1ndən daxil olmuş sənədlər toplusunda olan AZ-T 151559 nömrəli X4 təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1974-cü il təvəllüdlü Cavabdeh atası X7, anası isə İddiaçıdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional Maraqlı şəxs1ndən daxil olmuş sənədlər toplusunda olan 10 may 1957-ci il tarixli İİİ E 050328 nömrəli X1 təsdiq olunmuş surətindən görünür ki, X7 ilə İddiaçı 10 may 1957-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki regional Maraqlı şəxs1ndən daxil olmuş sənədlər toplusunda olan 4 mart 1982-ci il tarixli İİ-ЖГ 308493 saylı X8 təsdiq olunmuş surətindən görünür ki, X7 4 mart 1982-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 13 noyabr 2009-cu il tarixli M İİ seriyalı ******* saylı çıxarışla Şəki şəhəri, X21 prospekti, dalan 24-də mülkiyyətində olan 0.0428 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 39.3 kv.m yaşayış, 71.9 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı 26 iyul 2014-cü il tarixdə qeyd edilən evin ¼ hissəsini qızı Nümayəndə1 bağışlamış və bununla bağlı onlara RX seriyalı ******* saylı Çıxarış da verilmişdir. Bundan sonra İddiaçı etibarnaməsi əsasında 10 mart 2021-ci il tarixdə qeyd edilən mübahisəli evin qalan ¾ hissəsi iddiaçının oğlu Cavabdeh bağışlanmış və bununla bağlı 06 aprel 2021-ci il tarixli çıxarış da verilmişdir. Hazırda Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 24, ev 3 (yeni qaydalarla: AZ-5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ¾ hissəsi Cavabdeh, ¼ hissəsi Nümayəndə1 xüsusi mülkiyyətindədir. İddiaçının nümayəndəsi anasının aldadılaraq bağışlanmanın həyata keçirildiyini iddia edərək mübahisəli evlə əlaqədar 10.03.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onun oğlunun adı Bəxtiyardır. Qeyd etmişdir ki, o Şəki şəhərində olan evini Bəxtiyara bağışlamışdır. Həmin əmlakı Bəxtiyardan geri almaq kimi bir niyyəti yoxdur. Hansı səbəbə görə Şəki rayon məhkəməsinin inzibati binasında məhkəmə zalından olmasını bilmir. Cavabdeh isə iddianı qəbul etməmiş və mübahisəli evlə əlaqədar 10.03.2021-ci il trixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair heç bir əsasın olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Göründüyü kimi iddiaçı nümayəndəsi vasitəsilə 1 saylı Maraqlı şəxs1 notariat ofisinə gedərək orda təmsil olunaraq İddiaçı notariat ofisində 10.03.2021-ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirməklə öz mülkiyyətində olan əmlakını Cavabdeh bağışlayaraq özgəninkiləşdirmişdir. Notariat Kontoru da qanunvericiliyə müvafiq olaraq bağışlama müqaviləsini rəsmiləşdirməklə mülkiyyətçinin iradə ifadəsinin həyata keçirilməsinə şərait yaratmışdır. Yəni mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığına səbəb olacaq hər hansı hala yol verilməmiş və iddiaçının nümayəndəsi tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə İddiaçı məhkəmə iclasında iştirak edərək məhkəməyə hər hansı iddia ilə müraciət etmədiyini, oğlu Bəxtiyara bağışladığı əmlakı geri qaytarmaq istəmədiyini göstərmişdir. Təbii ki, qeyd edilən bağışlama müqaviləsi əsasında cavabdeh DƏDRX-dən çıxarış almışdır. Buna görə də məhkəmə hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən onun əsasında verilmiş çıxarış etibarlı hesab olunur və həmin çıxarış ləğv edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni deyildir. Buna görə də İddiaçı Cavabdeh, cavabdehlər 1 saylı Maraqlı şəxs1 notariat ofisinə və Azərbaycan Respublikası İİNY ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı Bakı şəhəri 1 saylı Maraqlı şəxs1 notariat ofisində 10.03.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh adına verilmiş **********07-10301 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, cavabdehlər 1 saylı Maraqlı şəxs1 notariat ofisinə və Azərbaycan Respublikası İİNY ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı Bakı şəhəri 1 saylı Maraqlı şəxs1 notariat ofisində 10.03.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh adına verilmiş **********07-10301 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-1959/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1959/2021
21.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver