Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-205/2025 12.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, X1nın 1967-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun X2 anası X30 ilə 19 dekabr 1959-cu il tarixdə Şəki rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 04 oktyabr 1966-cı il tarixdə X5 adlı qızları anadan olmuşdur. X1 3 aylıq olanda, yəni 1967-ci il tarixdə xəstələnərək vəfat etmiş və evlərinin yaxınlığında yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Mərhum bacısı uşaq vaxtı vəfat etdiyindən valideynləri mərhum bacısının ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. X2 09 dekabr 1999-cu il tarixdə, anası X26 isə 07 avqust 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum atasından fərdi yaşayış evi miras olaraq qalmışdır. O, mirası qəbul etmək üçün notariat orqanına müraciət etdikdə bildirmişlər ki, mərhum X1nın ölüm faktı qeydə alınmadığından atasının vərəsəliyini qəbul edə bilmir. O, X1nın ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - 06 avqust 2024-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X6 və X27 nikahı haqqında 19 dekabr 1959-cu il tarixə 418 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Zəkəryəzadə, arvada Zəkəryəzədə soyadı verilmişdir. - Şəki Rayon Qeydiyyat Şöbəsinin 16 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-15-2149/24 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - 19 mart 1967-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, 04 oktyabr 1966-cı il təvəllüdlü X3 X2, anası isə X18r. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X5 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabları 1991-1997-ci illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1967-xx.xx.2024-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. - Şəki Rayon Mərkəzi X24 Şəxsinin 18 sentyabr 2024-cü il tarixli 18-1-71/3-314/2024 saylı ölüm aktının verilməsinə dair məktubundan görünür ki,qüvvədə olan mövcud qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən 1966-cı ilə aid tibbi sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti 1 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, ərizədə qeyd edilmiş X3 adına ölüm aktının yəni (106) formanın verilməsi mümkün deyildir. - Şəki şəhər “Qurcana” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş 213 saylı, xx.xx.2024-cü il tarixli vərəsəliyə dair arayışdan görünür ki, X6 10 dekabr 1999-cu il tarixdə vəfat emiş və onun vərəsələri: X26, X7, X8, X13, X14, X9 və Ərizəçidur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, ərizəçilər ailədə 4 uşaq olublar. Uşaqlardan bir qız təxminən dörd-beş aylıq olarkən rəhmətə gedib. X7 da vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25-emin oğlu göstərmişdir ki, ərizəçinin valideynləri X6 və X15 4 uşaqları olub. Rəsmiyyə adlı qızları təxminən üç aylıq olarkən rəhmətə gedib. X7 da vəfat edib. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X5 Ərizəçi bacısı olmuşdur. O, 04 oktyabr 1966-cı il tarixdə anadan olmuşdur. Ərizəçinin X1 1967-ci il tarixdə vəfat etmişdir. Ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi bacısının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, mərhum atasından fərdi yaşayış evi miras olaraq qalmışdır. Mərhum X1nın ölüm faktı qeydə alınmadığından atasının vərəsəliyini qəbul edə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X3 1967-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 oktyabr 1966-cı il tarixdə anadan olmuş X3 1967-ci il tarixdə Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №2(075)-205/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-205/2025
12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver