Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2225/2021 27.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası - 1928-ci il təvəllüdlü X4 1994-cü il tarixdə Şəki rayonu Köbər Zəyzid kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X8 1928-ci il tarixdə Laçın rayonunda doğulmuşdur. Laçın rayonu işğal olunduqdan sonra Şəki rayonu Köbər Zəyzid kəndində məskunlaşmışlar. X14 1994-cü il tarixdə Şəki rayonu Köbər Zəyzid kəndində vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, mərhum anasına məxsus ölüm haqqında şəhadətnamə yoxdur. Üzürlü səbəblərdən onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, onlara məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, sənədləşmə işləri zamanı müxtəlif dövlət orqanlarından anasına məxsus ölüm haqqında şəhadətnamə tələb olunur. Həmin şəhadətnamə mövcud olmadığından hüquqlarının həyata keçirilməsində çətinliklər yaranır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X2 göstərdi ki, Ərizəçi onun əmisioğludur. Ərizəçi anası Məhbub xala 1994-cü oktyabr ayında Şəki rayonu Köbər Zəyzid kəndində vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X11 bildirdi ki, Ərizəçi onun uzaq qohumudur. Ərizəçi atası Məmmədxan dayı, anası Məhbub xaladır. Onlar 1994-cü ilin aprel ayında Şəki rayonu Köbər Zəyzid kəndinə köçmüşlər. Məhbub xala 1994-cü oktyabr ayında vəfat etmişdir. Onu Bərdə rayonunda dəfn etmişlər. Onun dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X3 digər şahid X7 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 07 sentyabr 1956-cı il tarixdə anadan olmuşdur. X1, anası isə X6r. İşdə olan Maraqlı şəxs tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş 05/Q-2428/15 nömrəli arayışdan görünür ki, X4 Maraqlı şəxsndə ölümünün qeydə alınmasından imtina edilmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 02 avqust 2021-ci il tarixdə verilmiş 05/76-396/15 nömrəli arayışdan görünür ki, X4 Maraqlı şəxsndə ölümünün qeydə alınmasından imtina edilmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi «Şəki Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən 21 oktyabr 2021-ci il tarixdə verilmiş 1301/1 nömrəli arayışdan görünür ki, X4 Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, xəstəliyinin olması, o cümlədən 1994-cü ildə vəfat etməsi barədə hər hansı məlumat mövcud deyil. İşdə olan qəbirüstü fotoşəkildən görünür ki, X8 1928-1994-cü illərdə yaşamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi anası X8 1994-cü ildə vəfat etmiş, Bərdə rayonunda dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi anası X4 1994-cü ildə vəfat etməsi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X4 1994-cü ildə Şəki rayonu Köbər Zəyzid kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2225/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2225/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver