Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-226/2025 19.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X5 10 sentyabr 1997-ci il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X3 ilə 1989-cu il tarixdə el adəti ilə toy edərək ailə qurmuşlar. Birgə nikahlarından 10 mart 1997-ci il tarixdə X7 adlı qızları anadan olmuşdur. X1 6 aylıq olan zaman, yəni xx.xx.1997-ci il tarixdə qəfil vəfat etmiş və yaşadıqları kənddə yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt başları qarışıq olduğundan mərhum qızının ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. Mərhum qızı X4 miras əmlak olaraq torpaq sahəsi qalmışdır. O, mirası qəbul etmək üçün notariat orqanına müraciət etdikdə bildirdilər ki, X1nın ölüm faktı qeydə alınmadığından qızının mirasını qəbul edə bilmir. O qızı X5 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumudur. Onun 3 övladı var. 1997-ci ildə Zənfirə adlı övladı anadan olmuşdur. Lakin anadan olduqdan 6 ay sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumudur. Zənfirə adlı övladı 1997-ci ildən anadan olmuşdur. Anadan olduqdan 6 ay sonra, yəni 10 sentyabr 1997-ci ildə vəfat etmişdir. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24i 12 saylı Şəki Ərazi İdarəsinin “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124.20 kv.m fərdi yaşayış evi X13 və X5 mülkiyyətindədir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X24i Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1997-ci il tarixində yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X20 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır, həmin illərə aid tibb sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə hazırda mövcud olan “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Ona görə də X6 adına “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün deyildir. Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 01 may 2024-cü il tarixli arayışdan görünür ki, X7 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1997-2000-ci illər üzrə, bərpa akt qeydi kitabları isə xx.xx.1998-xx.xx.2024-cü illər üzrə yoxlanılmışdır. Azərbaycan Respublikasının Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 12 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsi və həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Biləcik Kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 289 nömrəli arayışdan görünür ki, X2 rayonu, Baqqal kəndində yaşamışdır. Mərhumun Ərizəçi, X3, X13, X11, X14 adlı vərəsələri qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi qızı X5 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10 mart 1997-ci il tarixdə anadan olmuş X7 10 sentyabr 1997-ci il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 10 mart 1997-ci il tarixdə anadan olmuş X7 10 sentyabr 1997-ci il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-226/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-226/2025
19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver