Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-237/2025 01.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş qızı X5 16 mart 1985-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə X9 ilə Şəki şəhər VVAQ Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 12 oktyabr 1983-cü il tarixdə X10 adlı bir qız övladı anadan olmuşdur. Lakin doğuş zamanı ağır travma aldığı üçün qızı X10 16 mart 1985-ci il tarixdə Şəki şəhərində vəfat etmiş və şəhərin çöl yol adlanan qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt başları qarışıq olduğundan mərhum qızlarının ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. Hal-hazırkı vaxtda isə mərhum əri X3 miras qalan evi öz adına rəsmiləşdirilməsi üçün qızı X4 ölüm şəhadətnaməsinə zərurət yaranmışdır. Belə ki, əri X9 06 fevral 2024-cü il taridə rəhmətə gedəndən sonra ərindən qalan miras evi öz adına rəsmiləşdirmək üçün Asan xidmətə müraciət etmişdir. Həmçinin vərəsələri olan iki oğul övladlarından X11 və X12 da evin onun adına rəsmiləşdirilməsi üçün öz imtina ərizələrini Asan xidmətə təqdim etmişdirlər. Lakin qızının ölüm faktına dair şəhadətnamə olmadığından və Şəki Rayon Qeydiyyat Şöbəsində ölüm faktı qeyd edilmədiyindən vərəsəliyi qəbul edə bilmir. O, qızı X5 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmişdir. Buna görə də qızı X4 vəfat etməsinə dair şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Lakin Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X6 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Regional “Asan Xidmət” X8 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Şəki Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-İ-1968/2024 saylı arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli vərəsəliyə dair arayışdan görünür ki, X2 şəhəri, Şərbablar küçəsi, 26 A, 84 saylı evdə yaşamış, xx.xx.2024-cü ildə vəfat etmiş və onunla birgə nikah dövründə həmin ünvanda yaşamış aşağıdakı vərəsələri vardır: Ərizəçi, X11 və X12. - xx.xx.2024-cü il tarixli, İX-ЖГ seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X5 atası X9, anası isə Ərizəçidır. - xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 122.1 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində, ********** nömrə ilə qeyd alınmışdır. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, Rasimə xanımla qonşudur. Yoldaşının adı Ələddindir. O, iki il bundan əvvəl vəfat edib. Ələddin Çöl qəbiristanlığında dəfn olunub. Uşaqlarının adı Tural və Ruslandı. Onların bir qızı da olub. O, 1985-ci ildə rəhmətə gedib. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində bildirmişdir ki, ərizəçinin yeznəsidir. Qaynatası Ələddin keçən il vəfat edib. İsmayılova Nazilə ərizəçinin qızı olub. O, təxminən 1-2 yaşı olarkən vəfat edib. Dəfn olunanda iştirak ediblər. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ərizəçi tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ərizəçinin qızı X10 1983-cü il tarixdə anadan olmuş, 1985-ci il tarixdə vəfat etmişdir. X5 1985-ci il tarixdə vəfat etməsi arayışla, şahid ifadələri ilə, mərhumunun qəbrinə aid foto şəkillərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona bacısının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi bacısının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, daşınmaz əmlaka dövlət reyestrindən çıxarış ala bilmirlər. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi eyni zamanda tələbində mərhum X17 16 mart 195-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etsə də, X5 həqiqətən də, 16 mart tarixində vəfat etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən təmin edilməli, 12 oktyabr 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş qızı X5 1985-ci il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəm həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 12 oktyabr 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş X5 1985-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №2(075)-237/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-237/2025
01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver