Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-24/2020 11.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı «xxxxxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və X7 qarşı “borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması və onun açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qətnamə üzrə «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsi məqsədi ilə Cavabdeh1 ilə X4 birgə nikahı dövründə əldə olunmuş, Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasına (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutmanın yönəldilməsi üçün onların paylarının ½ hissəyə ayrılması, tələbin Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasından (mağaza) və onun yerləşdiyi torpaq sahəsindən ona ayrılmış ½ paya yönəldilməsi, onun hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borclu Cavabdeh1 «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. İddiaçı«xxxxxxx» KB ASC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmaqla, 2(075)-1181/2019 saylı mülki iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək sözügedən qeyri-yaşayış sahəsi üzərində bütün hərəkətlərin dayandırılması və həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1181/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, hazırkı iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmaqla, 2(075)-1181/2019 saylı mülki iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək sözügedən qeyri-yaşayış sahəsi üzərində bütün hərəkətlər dayandırılmış və həmin qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçı «xxxxxxx» KB ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh1 arasında xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2014-cü il tarixli, 05EMk/14 saylı əlavə kredit müqaviləsinə əsasən 31 ay müddətinə, xx xxxxxxx 2016-cı il tarixədək, illik 22 % ödəmək şərtilə, 51000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxxxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi «xxxxxxx» KB ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyindən «xxxxxxx» KB ASC “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 «xxxxxxx» KB ASC-nin xeyrinə cəmi 41665.82 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyriyaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 94000 manat müəyyən edilməsi və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbi təmin edilmişdir. Bundan sonra «xxxxxxx» KB ASC-nin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və T.Səmədovanın apelyasiya şikayəti üzrə mülki iş Şəki Apelyasiya Məhkəməsinin icraatında olan zaman X5 Şəki Rayon Məhkəməsində ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair qaldırdığı iddia üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilmiş və T.Səmədovanın iddiası üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəylərindən sonra məlum olmuşdur ki, borclu və eyni zamanda ipoteka qoyan Cavabdeh1 ipoteka müqaviləsi bağlanarkən həyat yoldaşı (arvadı) X5 adından təqdim etdiyi notarial təsdiqli əmlakın ipoteka qoyulmasına razılıq verilməsi barədə ərizədə olan imza və yazı qeydləri həmin şəxsə məxsus deyil. Bunun nəticəsində ipotekanın mülkiyyətçisi Cavabdeh1 olmasına baxmayaraq, həyat yoldaşı Tubu Səmədovanın qanunamüvafıq razılığı alınmaması əsası ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə «xxxxxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə isə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, «xxxxxxx» KB ASC-nin iddia tələbi üzrə işə baxan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi iddia üzrə tutmanın ipoteka predmeti olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 94000 manat müəyyən edilməsi və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə isə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Cavabdeh1 sözügedən ipotekadan azad olunan 41665.82 ABŞ dolları məbləğində kredit öhdəliyi üzrə icra vərəqəsi məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi borclu Cavabdeh1 tələbin könüllü icrası haqqında bildiriş ilə müəyyən olunmuş vaxtdan sonra məcburi icra tədbirləri qismində ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə, ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinə, DİN BDYPİ-yə və banklara sorğu ilə müraciətlər ünvanlamış, lakin heç bir nəticəsi olmamışdır. Bundan əlavə «xxxxxxx» KB ASC-də borclu Cavabdeh1 adına hər hansı bir daşmar və daşınmaz əmlakların olub-olmaması barədə məlumat verilməsi məqsədilə ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinə, DİN BDYPİ-yə və ƏMDK yanında DƏDRX-nə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciətlər ünvanlamış, sorğuya verilən cavablarda Cavabdeh1 adına hər hansı bir daşmar əmlakın olmadığı müəyyən olunmuşdur. «xxxxxxx» KB ASC-nin borclu Cavabdeh1 adına hər hansı bir daşınmaz əmlakların olub-olmaması barədə məlumat verilməsi barədə ƏMDK yanında DƏDRX-ə sonuncu vəkil sorğusu ilə müraciəti isə xx xxxx 2019-cu il tarixdə ünvanlanmasına baxmayaraq, hazırkı tarixədək sorğuya cavab verilməmişdir. Lakin, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh1 adına daşınmaz əmlaın dövlət reyestrində qeydə alınmış və onun tərəfindən ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi mövcuddur. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə tələbin yönəldilməsinin mümkün olmaması o demək deyil ki, borclu Cavabdeh1 paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən ibarət olan sözügedən əmlakın hərraca çıxarılmaqla satılması və borclunun borcunun ödənilməsinə yönəldilməsi qanunvericiliyə ziddir. Əksinə, Cavabdeh1 mülkiyyətində olan əmlak onun yeganə yaşayış yeri deyil, məhz mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsidir. Bu səbəbdən də «xxxxxxx» KB ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı «xxxxxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəonların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsi ilə “xxxxxxx” KB ASC ilə Cavabdeh1 arasında xx xxxxxxx 2011-ci ildə bağlanmış və Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24Emi/11 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)-2078/2017 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3354/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışına əsasən Şəki şəhəri, X15 prospektində yerləşən ümumi sahəsi 88,4 kv m olan qeyri-yaşayış binası Cavabdeh1 və X2 paylı mülkiyyətində olmuşdur. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şəki İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-74/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16 üzərinə iddiaçı Cavabdeh1 mülkiyyətində olan 24 Emi/11 nömrəli ipoteka müqaviləsi əsasında “xxxxxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən bir mərtəbəli 61,7 kv.m sahədən ibarət qeyriyaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə dair dövlət reyestrində aparılmış yüklülüyə dair qeydin ləğv edilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2- 1(107)-238/209 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-74/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Notariat ofisinə yazdığı notarial qaydada təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli ərizəsinə əsasən ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ********** nömrəli çıxarış əsasında Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının və torpaq sahəsinin ona məxsus hissəsini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması barədə məlumatın real vaxt daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş edir. Qeyd olunan əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri ərizəsinə əlavə edir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, X6 Notariat ofisinə yazdığı notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının və torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə əri Cavabdeh1 məxsus olan hissəsinin bağışlanmasına etiraz etmir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxx 2019-cu il tarixli “hədiyyə verən” Cavabdeh1 və “hədiyyə alan” X12 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Cavabdeh1 Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən yerləşən ümumi sahəsi 61.7 kv m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsini X8 bağışlamışdır. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli çıxarışa əsasən Şəki şəhəri, X15 prospektində yerləşən ümumi sahəsi 88,4 kv m olan qeyri-yaşayış binası X12 və X2 paylı mülkiyyətindədir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1957/2019 saylı qətnaməsinin surətindən görünür ki, “xxxxxxx” KB ASC-nin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının paylı mülkiyyətdə olan 61.7 kv.m sahəsi üzrə Cavabdeh1 ilə X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1394 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının 61.7 kv.m sahəsinə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın və onun əsasında X8 verilmiş xx xxxx 2019-cu il tarixli “Çıxarış”ın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 390/2020 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1957/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 «xxxxxxx» KB ASC-nin xeyrinə cəmi 41665.82 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 94000 manat müəyyən edilməsi və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbi təmin edilmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışına əsasən Şəki şəhəri, X15 prospektində yerləşən ümumi sahəsi 88,4 kv m olan qeyriyaşayış binası Cavabdeh1 və X2 paylı mülkiyyətində olmuşdur. Daha sonra Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza)nı X8 bağışlamışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli çıxarışa əsasən Şəki şəhəri, X15 prospektində yerləşən ümumi sahəsi 88,4 kv m olan qeyri-yaşayış binası X12 və X2 paylı mülkiyyətindədir. «xxxxxxx» KB ASC məhkəməyə yenidən müraciət edərək Cavabdeh1 qətnamə üzrə «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsi məqsədi ilə Cavabdeh1 ilə X4 birgə nikahı dövründə əldə olunmuş, Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasına (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutmanın yönəldilməsi üçün onların paylarının ½ hissəyə ayrılması, tələbin Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasından (mağaza) və onun yerləşdiyi torpaq sahəsindən ona ayrılmış ½ paya yönəldilməsi, onun hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borclu Cavabdeh1 «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasənəgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. İddiaçı «xxxxxxx» KB ASC Cavabdeh1 qətnamə üzrə «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsi məqsədi ilə Cavabdeh1 ilə X4 birgə nikahı dövründə əldə olunmuş, Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasına (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutmanın yönəldilməsi üçün onların paylarının ½ hissəyə ayrılması, tələbin Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasından (mağaza) və onun yerləşdiyi torpaq sahəsindən ona ayrılmış ½ paya yönəldilməsi, onun hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borclu Cavabdeh1 «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsini məhkəmədən xahiş etsə də, iddia predmeti olan Şəki şəhəri, X15 prospektində yerləşən ümumi sahəsi 88,4 kv m olan qeyri-yaşayış binası ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli çıxarışa əsasən X12 və X2 paylı mülkiyyətindədir. Bundan başqa «xxxxxxx» KB ASC tərəfindən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının paylı mülkiyyətdə olan 61.7 kv.m sahəsi üzrə Cavabdeh1 ilə X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1394 saylı bağışlama müqaviləsi mübahisələndirilmiş, iddia tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Odur ki, hazırkı iddia tələbi əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və X7 qarşı “borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması və onun açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddianın təmini tədbirinin tətbiqinə zərurət aradan qalxmışdır və bu səbəbdən də qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)-1181/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilməli və Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza)nın üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: «xxxxxxx» KB ASC-nin Cavabdeh1 və X9 qarşı Cavabdeh1 qətnamə üzrə «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsi məqsədi ilə Cavabdeh1 ilə X4 birgə nikahı dövründə əldə olunmuş, Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyriyaşayış binasına (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə tutmanın yönəldilməsi üçün onların paylarının ½ hissəyə ayrılması, tələbin Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasından (mağaza) və onun yerləşdiyi torpaq sahəsindən ona ayrılmış ½ paya yönəldilməsi, onun hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borclu Cavabdeh1 «xxxxxxx» KB ASC-yə olan 41665.82 ABŞ dolları məbləğində borcunun ödənilməsi tələbinə dair barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)- 1181/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilsin və Şəki şəhəri, X15 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza)nın üzərinə qoyulmuş həbs götürülsün. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-24/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-24/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver