Məhkəmə qərarları › İş №2(075)-2407/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2407/2021

29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2407/2021 29.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 1994-cü il tarixdə Şəki rayonunda anadan olmuş və 24 iyul 1995-ci il tarixdə ölmüş X6 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1972-ci il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuşdur. 18 oktyabr 1990-cı il tarixdə Şəki rayonu Baş Zəyzid kənd sakini X7 ilə rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahlarından 25 sentyabr 1994-cü ildə X8 adlı övladları anadan olmuşdur. X3 xəstəlik səbəbindən 24 iyul 1995-ci il tarixdə vəfat etmiş və Baş Zəyzid kənd qəbiristanlığında dəfn edilmişdir. 28 sentyabr 2021ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək X3nun ölümünün qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 28 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxsndə X3nun ölümünün qeydə alınması mümkün deyildir. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, sənədləşmə işləri zamanı müxtəlif dövlət orqanlarından övladına məxsus ölüm haqqında şəhadətnamə tələb olunur. Həmin şəhadətnamə mövcud olmadığından hüquqlarının həyata keçirilməsində çətinliklər yaranır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4 göstərdi ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. Ərizəçi X7 ilə ailə qurmuşdur. Onların 1994-cü ildə Toğrul adlı uşaqları doğulmuşdur. Uşaq 9 aylığında ikən, yəni 1995-ci ilin iyulunda ishaldan vəfat etmişdir. Onu ailə qəbiristanlığında dəfn etmişlər. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Salamova (Məmmədova) Rəna Həsən qızı arasında 18 oktyabr 1990-cı il tarixdə bağlanmış nikah 40 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X8 27 sentyabr 1994-cü il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş 05/Q- 3926/15 nömrəli arayışdan görünür ki, X6 Maraqlı şəxsndə ölümünün qeydə alınmasından imtina edilmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi «Şəki Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən 15 oktyabr 2021-ci il tarixdə verilmiş 1276/1 nömrəli arayışdan görünür ki, X6 Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, xəstəliyinin olması, o cümlədən 1995-ci ildə vəfat etməsi barədə hər hansı məlumat mövcud deyil. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi anası 1914-cü il təvəllüdlü X9 1974-cü ilin dekabr ayında vəfat etmiş, Şəki şəhərində ailə qəbiristanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi oğlu X6 1995-ci ilin iyul ayında vəfat etməsi hüquqi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X6 1995-ci ilin iyul ayında vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar