Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2438/2021 19.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X5 04 avqust 2021-ci il tarixdə Şəki rayonu, Cəfərabad kənd ərazisində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, həyat yoldaşı 05.06.1962-ci il təvəllüdlü Şəki rayonu, Orta Zəyzid kənd sakini X10 ilə birgə nikahları Şəki ŞİHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyində 06.02.1998-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından övladı olmamışdır. X8 uzun müddət şəkərli diabet və təziq xəstəliyindən əziyyət əziyyət çəKmişdir. Sonuncu dəfə Bakı şəhərindən qardaşı X12 ilə Bakı şəhərindən Şəki rayonuna qayıdarkən rayonun Cəfərabad kənd ərazisində maşında 04 avqust 2021-ci il tarixdə 59 yaşında vəfat etmişdir. Mərhumun cənazəsi yaşadığı Şəki rayonu, Orta Zəyzid kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn edilmişdir. Həyat yoldaşının ölümü ilə əlaqədar çox gərgin bir vəziyyət keçirdiklərindən və artıq yoldaşı öldüyündən Şəki MRX Təcili yardımını çağırmamışlar. Bu səbəbdən bu günədək həyat yoldaşının ölüm haqqında şəhadətnamə ala biləmişdir. Ölüm haqqında şəhadətnamə olmadığından onun ölümündən sonra digər hüquqi hərəkətlərin (vərəsəlik və s.) aparılması mümkün olmamışdır. Həyat yoldaşının ölüm faktının qeydə alınması üçün bir sıra instansiyalara müraciət etsə də bu mümkün olmamışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu, Orta Zəyzid kəndində molla kimi fəaliyyət göstərir. 04 avqust 2021-ci il tarixdə mərhum X5 həyat yoldaşı Ərizəçi ona zəng edərək, Qulyeva Niyarın vəfat etdiyini və bununla bağlı dəfn olacağını bildirmişdir. Daha sonra isə mərhum Qulyeva Niyarın qardaşları ona zəng edərək, mərhumu Cəyirli kəndində aparmaq orada dəfn etmək istədiklərini ona bildirmişlər. O isə qeyd edilən məsələnin ailə daxili məsələ olduğundan qarışa bilməyəcəyini, lakin hər bir halda məclisi apara bilcəyini demişdir. Ona bildirmişlər ki, mərhum Bakı şəhərindən Şəki rayonuna qayıdarkən rayonun Cəfərabad kənd ərazisində maşında 04 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Daha sonra mərhum X1 rayonu, Orta Zəyzid kəndində dəfn edilmişdir. Mərhumun 2,3 və cümə axşamları yas mərasimlərini o aparmışdır. Pandemiya olduğundan mərasimlər məhdud qaydada keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X9 da şahid X3 ilə eyni məzmunda ifadə vermişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 05/Q-709/70 nömrəli nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X4 nikah haqqında 06.02.1998-ci il tarixdə 01 nömrəli akt qeydi tərtib olnumuşdur. Nikah qeyd edildikdən sonra arvada Qaffarova soyadı verilmişdir. İşdə olan Şəki RMX publik hüquqi şəxsi tərəfindən Ərizəçi verilmiş 15 sentyabr 2021ci il tarixli, 454/2 nömrəli məktubdan görünür ki, həyat yoldaşı 1962-ci il təvəllüdlü X4 ölümünə aid Şəki RMX publik hüquqi şəxsində hər hansı qeydiyyat mövcud deyil. İşdə olan Şəki ŞİHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli, 586 saylı arayışdan görünür ki, Orta Zəyzid kəndində daimi qeydiyyatda olmuş və 2021 -ci ildə vəfat etmiş X2 yoldaşı- Ərizəçi varisi qalmışdır. İşdə olan Şəki ŞİHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli, 587 saylı arayışdan görünür ki, Orta Zəyzid kənd sakini X7 xəstələnərək 04 avqust 2021-ci il tarixdə 59 yaşında Cəfərabad kəndi ərazisində vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X10 Ərizəçi həyat yoldaşıdır. Ərizəçinin həyat yoldaşı X10 04 avqust 2021-ci il tarixdə Şəki rayonu, Cəfərabad kənd ərazisində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 05 iyun 1962-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş X5 04 avqust 2021-ci il tarixdə Şəki rayonu, Cəfərabad kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 05 iyun 1962-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş X5 04 avqust 2021-ci il tarixdə Şəki rayonu, Cəfərabad kəndi ərazisində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2438/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2438/2021
19.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver