Məhkəmə qərarları › İş №2(075)-2815/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2815/2021

14.12.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2815/2021 14.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi Sadiq qızının, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Sadiq qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Sadiq qızı ərizə ilə Maraqlı şəxs qarşı məhkəməyə ərizə ilə müraciət edərək onunla Maraqlı şəxs arasında 01.09.2021-ci il tarixdə bağlanmış N-2021-000414 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Sadiq qızı ərizəsini müdafiə edərək göstərmişdir ki, o, Maraqlı şəxs ayrıldıqdan sonra əmlak bölgüsü üçün mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş, mediator X3 iştirakı ilə barışıq sazişi bağlamışlar. Həmin sazişdə Mərdanov Bəlyərin adına olan ünvan 1 ünvanda yerləşən evin və Şəki şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 46,29 m 2 mərtəbəli qeyriyaşayış binasının Maraqlı şəxs düşən ½ hissəsi tam şəkildə Ərizəçi Sadiq qızının mülkiyyətinə keçməsi (adına rəsmiləşdirilməsi) haqda saziş bağlanılmışdır. Hər iki əmlakın (evin və obyektin) Maraqlı şəxs adından öz adına keçməsi üçün (sənədləşməsi) reyestr xidmətinə və notarius xidmətinə müraciət etmişdir və ona bildirmişdilər ki, həmin barışıq sazişinin hüquqi əsası yoxdur. Bu sazişlə sənədləşdirmə mümükün deyildr. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən onunla Maraqlı şəxs arasında 01.09.2021-ci il tarixdə bağlanmış N-2021-000414 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs göstərmişdir ki, Ərizəçi Sadiq qızı onun keçmiş həyat yoldaşıdır. 01.09.2021-ci il tarixdə onunla keçmiş həyat yoldaşı arasında N- 2021-000414 saylı barışıq sazişi bağlaqnmışdır. Həmin barışıq sazişinin təsdiq edilməsinə hər hansı etirazı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan 07 sentyabr 2021-ci il tarixli AZ-İ 384450 nömrəli X4 Şəhadətnamənin surətindən görünür ki, ilə Maraqlı şəxs ilə Ərizəçi Sadiq qızı arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi pozulmuşdur. Nikaha 22 iyul 2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 01 sentyabr 2021-ci il tarixli, DYŞ-2021-000414 nömrəli barışıq sazişindən görünür ki, Şəki Rayonlararası Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 30 iyun 1992-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Maraqlı şəxs mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,7 kvadrat metr olan iki otaqdan ibarət fərdi yaşayış evi tam şəkildə Ərizəçi Sadiq qızının payı kimi tanınır və payı kimi tanınmış həmin əmlakın Ərizəçi Sadiq qızının mülkiyyətinə keçməsinə (adına rəsmiləşdirilməsinə) Maraqlı şəxs gələcəkdə hər hansı bir iddiası (şikayəti, tələbi) olmamasına, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 29 mart 2007-ci il tarixdə verilmiş **********05-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Şəki şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0,007 hektar torpaq sahəsində yerləşən 73A nömrəli 1 girişli, 55,8 kvadrat metr ümumi, 34,4 kvadrat metr əsas, 21,4 kvadrat metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) 1/4 hissəsi Mərdanova Sevda Sadiq qızının payı kimi tanınır və payı kimi tanınmış əmlakın həmin hissəsinin Ərizəçi Sadiq qızının mülkiyyətinə keçməsinə (adına rəsmiləşdrilməsinə) və yaxud həmin əmlakın Ərizəçi Sadiq qızının payına düşən hissəsinin dəyərinin əvəzi olaraq 25000 manat pulun Ərizəçi qızına verilməsinə, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 29 dekabr 2010-cu il tarixdə verilmiş **********93- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs və X1 paylı mülkiyyətlərində olan (hərəsinin 1/2 hissə olmaqla) Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 46.29 kvadrat metr olan 2 mərtəbəli qeyri-yaşayış binasının Maraqlı şəxs payına düşən 1/2 hissəsi tam şəkildə Ərizəçi Sadiq qızının payı kimi tanınır və payı kimi tanınmış əmlakın həmin hissəsinin Ərizəçi Sadiq qızının mükiyyətinə keçməsinə, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 29 mart 2007-ci il tarixdə verilmiş **********05-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Şəki şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0,007 hektar torpaq sahəsində yerləşən 73A nömrəli 1 girişli, 55,8 kvadrat metr ümumi, 34,4 kvadrat metr əsas, 21,4 kvadrat metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) 3/4 hissəsi Maraqlı şəxs payı kimi tanınılmasına, ƏMDK yanırıda DƏDRX-ııiıı Şəki Ərazi İdarəsi tərəfindən 12 mart 2008 ci il tarixdə verilmiş **********45 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Şəki şəhəri, 99-cu kvartalda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş sənədi olmayan tikililər tam şəkildə Maraqlı şəxs payı kimi tanınmasına, AA-433035 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Maraqlı şəxs mülkiyyətində olan **-BG-*** dövlət nömrə nişanlı, “VAZ-21074” markalı avtomobil tam şəkildə Maraqlı şəxs payı kimi tanınınmasına razılıq əldə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 333-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 333-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı ver, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu ver üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. X2 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Sadiq qızı ilə Maraqlı şəxs arasında 01.09.2021-ci il tarixdə bağlanmış N- 2021-000414 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar