Məhkəmə qərarları › İş №2(075)-292/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-292/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-292/2024 13.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X4, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Şəki rayon Qeydiyyat şöbəsi, Şəki Rayon Mərkəzi X3maqla “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxslər Şəki rayon Qeydiyyat şöbəsi, Şəki Rayon Mərkəzi X3maqla, ərizə ilə məhkəməyə müraciət edərək, atası X7 xx.xx.2020-ci il tarixdə ölmünün qeyd edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, atası X10 xx.xx.1961-ci ildə Şəki şəhərində doğulmuşdur. Şəki rayonu, Baş Göynük kəndində yaşamış və xx.xx.2020-ci il tarixində Şəki rayonu, Baş Göynük kəndində vəfat etmişdir. O, hərbiçi olduğu üçün və həmin dövrdə müharibə şəraiti davam etdiyindən onun ölümü barədə sənədləşmə işlərini etdirə bilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə verilməsi üçün Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də 3-16-5/8-H-15- 2422/23 saylı, 26 oktyabr 2023-cü il tarixli məktubla Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 ölümü haqqında akt qeydinin aşkar edilmədiyi, həmçinin onun ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Buna görə də o, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X22 ərizə ilə müraciət edərək, atasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” X23 31 oktyabr 2023-cü il tarixli məktubunda cavab olaraq bildirmişdir ki, atası X10 xx.xx.2020-ci il tarixində yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Ona görə də ölüm aktını təqdim etmək mümkün deyildir. O, atasından miras qalan əmlakla bağlı sənədləşmə işlərini bu səbəbdən icra edə bilmir. İşin hallarından göründüyü kimi o, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən ərizəçinin nümayəndəsi X8 ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mərhum X10 onun atası, Ərizəçi isə onun qardaşıdır. Qardaşı hərbiçi olduğu üçün məhkəmə iclaslarında o iştirak edir. Atası müharibə və pandemiya dövründə vəfat etdiyi üçün, qardaşı da müharibədə iştirak etdiyi üçün ölüm haqqında şəhadətnamə almaq imkanları olmamışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 Mirzəli Cəmil oğlunun ölümü haqqında akt qeydinin aşkar edilmədiyini, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər maraqlı şəxs Şəki Rayon Mərkəzi X13 Şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-H-15-2422/23 saylı məktubundan görünür ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 ölümü haqqında akt qeydi aşkar edilməmiş, həmçinin, Şəki rayon Qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X21 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X10 xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən ölüm aktının verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1213 nömrəli arayışında qeyd edilmişdir ki, Baş Göynük kənd sakini olmuş mərhum X10 xx.xx.1961-ci il tarixində Şəki rayon Baş Göynük kəndində doğulmuş və xx.xx.2020 tarixində Şəki rayon Baş Göynük kəndində vəfat etmişdir. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, o, mərhum X7 qonşusu olmuşdur. Mərhum onkoloji xəstə idi. 2020-ci ildə vəfat etmişdir. Dəqiq tarix yadında deyil. Onun atası molla olmuşdur və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası Mirzəli kişinin yasında iştirak etmişdir. Ölən vaxtı o, Mirzəli kişinin yanında olmuşdur. Koronavirus vaxtı olduğundan təcili yardıma müraciət edilməmişdir. Baş Göynük kəndinin aşağısında dəfn edilmişdir. O, dəfndə də iştirak etmişdir. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, o, mərhum X7 qardaşı oğludur. O da Baş Göynük kəndində yaşayır. Əmisi rəhmətə gedəndə müharibə vaxtı və pandemiya dövrü idi. O, dəfndə iştirak etmişdir. Dəfn xx.xx.2020-ci il tarixdə olmuşdur. - X7 qəbir və baş daşı rəsmlərindən görünür ki, X9 xx.xx.1961-ci il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, qida borusunun xərçəngi xəstəliyi olan ərizəçinin atası X10 xx.xx.1961-ci il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X7 xx.xx.2020-ci il tarixdə vəfat etməsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışla, şahid ifadələri ilə, mərhumunun qəbrinə aid foto şəkillərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona atasının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi atasının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, atasından qalmış mirası rəsmiləşdirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X7 xx.xx.2020-ci il tarixdə ölümünün qeyd edilməsi hüquqi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X7 xx.xx.2020-ci il tarixdə ölümünün qeyd edilməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar