Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-298/2025 23.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 yanvar 1970-ci il tarixdə anadan olmuş və 15 aprel 2022-ci il tarixdə ölmüş X2 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mən Ərizəçi xx.xx.1968-ci il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuşdur. xx.xx.1994-cü il tarixdə X3 ilə rəsmi qaydada ailə qurmuşdur. X1 xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdə ölmüş və Şəki kənd qəbirstanlığında dəfn edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək X2 ölümünün qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1970-ci il təvəllüdlü X2 ölümü haqında akt qeydi aşkar edilməmişdir. Həmçinin Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Şəki rayonu Şəki Bələdiyyəsinin 14 nömrəli xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, mərhum X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Şəki rayonu Şəki kənd qəbirstanlığında dəfn edilmişdir. Bundan başqa, Şəki rayon mərkəzi xəstəxanası publik hüquqişəxsin 05 noyabr 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, həyat yoldaşı X3 2022-ci il tarixində vəfat edərkən Şəki rayon mərkəzi xəstəxanasına müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Ona görə də ərizədə göstərilmiş ölüm aktının verilməsi mümkün olmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, mərhum onun əmisidir. Əmisi ürək xəstəliyindən 15 aprel 2022-ci il tarixdə rəhmətə gedib. Kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. İşin halları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 14 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinizə əsasən bildiririk ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1970-ci il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilmədi. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasl Şəki rayonu Şəki kənd bələdiyyəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü ik tarixli, 14 nömrəli arayışdan görünür ki, mərhum X3 xx.xx.2022 cü il tarixində vəfat etmişdir, Şəki rayon Şəki kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun dəfnini oğlu İminov ilqar özü aparmışdır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 "Şəki Rayon Mərkəzi Xəstəxanası" X7 tərəfindən Ərizəçi ünvanlanmış ölüm aktının verilməsinə dair 05 noyabr 2024-cü ik tarixli məktubundan görünür ki, həyat yoldaşı X3 2022-ci il tarixində vəfat edərkən "Şəki Rayon Mərkəzi Xəstəxanası" X7nə müraciət edilməmiş və hər-hansı qeyd aparılmamışdır. Odur ki, ölüm aktının ona verilməsinin mümkün olmadığı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi, X1nun ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 23 yanvar 1970-ci il tarixdə anadan olmuş X3 15 aprel 2022-ci il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 23 yanvar 1970-ci il tarixdə anadan olmuş X3 15 aprel 2022-ci il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-298/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-298/2025
23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver