Məhkəmə qərarları › İş №2(075)-30/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-30/2020

08.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-30/2020 08.01.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Mikayılova İntima Namiq qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı «fərdi yaşayış evindən payın ayrılması və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 194.8 kv.m olan fərdi yaşayış evindən ona məxsus 4/8 hissə payın ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 194.8 kv.m olan fərdi yaşayış evindən ona məxsus 4/8 hissə payın ayrılaraq verilməsi, həmin hissədən istifadə üçün həyət qapısının açılaraq ona təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Mikayılova (Bəkirova) İntima Namiq qızı, Cavabdeh3 və X9 tərəfindən yaradılan maneələrin onlara qadağa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Mikayılova (Bəkirova) İntima Namiq qızı, Cavabdeh3 və X9 cavabdeh qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin ona məxsus 4/8 hissəsinin yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililərin ayrılaraq mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısının açılaraq İddiaçı təhvil verilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin Cavabdeh2, Cavabdeh3, X9 və Cavabdeh4 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının razılığı ilə cavabdeh X9 əsl Cavabdeh5 ilə əvəz olunmuşdur. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən birmərtəbəli ümumi sahəsi 194.8 kv.m olan fərdi yaşayış evi 4/8 hissədə onun, 1/8 hissədə Əhməd Nurməmməd oğlu, 1/8 hissədə İdris Nurməmməd oğlu, 1/8 hissədə X3 və 1/8 hissədə isə X1 paylı mülkiyyətindədir. Yuxarıda qeyd edilən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yarı hissəsi onun mülkiyyətində olmasına baxmayaraq həmin evdə yaşayan cavabdehlər onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur, həyəti metal tor ilə əhatələyərək birgə mülkiyyətdə olan evin müəyyən otaqlarını bağlayaraq onun həmin hissədə mülkiyyətindən maneəsiz istifadə etməyinə mane olur. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən payın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, ailəsi ilə uzun müddətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/8 hissəsi İddiaçı, 1/8 hissəsi Əhməd Nurməmməd oğlu, 1/8 hissəsi İdris Nurməmməd oğlu, 1/8 hissəsi X3 və 1/8 hissəsi isə X1 paylı mülkiyyətindədir. Onun və ailə üzvlərinin adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı çıxarış yoxdur. Digər 4/8 payın mülkiyyətçiləri isə çoxdan vəfat etmişlər. İddiaçı adına verilmiş çıxarış qanuni olmadığından, ailəsi ilə birgə yaşaması üçün başqa yaşayış yeri olmamaqla evdən onun və ailə üzvlərinin də payı olduğundan iddia tələbini tamamilə əsassız hesab edir. Odur ki məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdilər. Digər Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 dekabr 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Sarıtorpaq küçəsi ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əhməd Nurməmməd oğlu (1/8 hissə), İdris Nurməmməd oğlu (1/8 hissə), X3 (1/8 hissə), X4 (1/8 hissə) və İddiaçı (4/8 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyindən görünür ki, qərardadı birinci sualı üzrə rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Şəki şəhəri, Sarıtorpaq küçəsində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan 17 saylı fərdi yaşayış evindən İddiaçı 4/8 hissəsinin naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmalı, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmalıdır. Belə bölgü nəticəsində iddiaçının sərəncamında olan mənzilin ümumi sahəsi 91.5 m2 («A» literli evin 3, 10, 11, 12, 13 saylı tikililəri), o cümlədən yaşayış sahəsi 48.2 m2 («A» literli evin 3, 10 saylı tikililəri), yardımçı sahəsi 43.3 m2 («A» literli evin 11, 12, 13 saylı tikililəri) təşkil edə bilər. Bu zaman, iddiaçıya çatacaq 4/8 paydan 5.9 m2 (97.4-91.5) ümumi sahənin az, o cümlədən 7.05 m2 (55.25-48.2) yaşayış sahəsinin az və 1.15 m2 (42.15-43.3) yardımçı sahənin çox düşdüyü müəyyən olunur. Qərardadın ikinci sualı üzrə Şəki şəhəri, Sarıtorpaq küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 4/8 hissəsinin ayrılması zamanı əmlakdan istifadə edənlərin həmin əmlakdan istifadə olunmasına hər hansı maneçilik yaranması müəyyən edilmədi. Tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əhməd Nurməmməd oğlu (1/8 hissə), İdris Nurməmməd oğlu (1/8 hissə), X3 (1/8 hissə), X4 (1/8 hissə) və İddiaçı (4/8 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan əmlakdan öz payının naturada ayrılması və həmin əmlakdan istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Digər Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və yaicarəçisininşəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlarauyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa «İnsan Hüquqlarının və əsas X2» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evi Əhməd Nurməmməd oğlu (1/8 hissə), İdris Nurməmməd oğlu (1/8 hissə), X3 (1/8 hissə), X4 (1/8 hissə) və İddiaçı (4/8 hissə) paylı mülkiyyətlərindədir. Mübahisə predmeti olan əmlak iddiaçının mülkiyyətində və istifadəsində olduğundan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyinə əsasən iddiaçıya məxsus 4/8 payın naturada, təcrid mənzil şəklində ayrılması İnşaat Norma və Qaydalarına uyğun olduğundan, həmçinin fərdi yaşayış evinin 4/8 hissəsinin ayrılması zamanı əmlakdan istifadə edənlərin həmin əmlakdan istifadə olunmasına hər hansı maneçilik yaranması müəyyən edilmədiyindən iddia tələbi fərdi yaşayış evindən payın ayrılması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətində özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi iddiaçı mülkiyyətinə verilmiş və istifadəsində olan fərdi yaşayış evindən cavabdehlərin təqsiri ucbatından maneəsiz istifadə edə bilmir. Həmin fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətində olmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 dekabr 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən onun paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdehlər və digər şəxslər tərəfindən hər hansı hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyinə əsasən iddiaçının fərdi yaşayış evindən istifadəsinin cavabdehlərin hüquqlarını bu və ya digər formada pozmaması aşkar olunmuşdur. Əksinə işdə olan sənədlərdən də görünür ki, cavabdehlər həmin fərdi yaşayış evindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq istifadə edirlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililər ayrılaraq İddiaçı mülkiyyətinə verilməlidir. Həmin hissədən istifadə üçün həyət qapısı açılaraq İddiaçı təhvil verilməlidir. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələr Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. İddia təmin edildiyindən 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydadaalınaraq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililər ayrılaraq İddiaçı mülkiyyətinə verilsin. Həmin hissədən istifadə üçün həyət qapısı açılaraq İddiaçı təhvil verilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələr Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qadağan edilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar