Məhkəmə qərarları › İş №2(075)-315/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-315/2024

29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-315/2024 29.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi1, Maraqlı şəxs: Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi1 “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1927-ci il tarixdə anadan olmuş X2 xx.xx.1991-ci il tarixdə vəfat etməsi (ölüm) faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 onun anası olmaqla o, XX.XX. 1927 -ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla xx.xx.1991-ci il tarixdə qeydiyyatda olduğu ünvanda, vəfat etmişdir. Lakin qanunu bilmədiklərindən onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni günü bu günədək almamışlar. Hazırda mərhum anası X2 ölüm haqqında şəhadətnaməsinə zərurət yarandığına görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi1 ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X4 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi1 onun dayısıdr. X5 onun nənəsidir. Nənəsi 15 noyabr 1991-ci il tarixdə vəfat etmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. X5 onun anasıdır. Anası 1990-1992-ci illər arasında vəfat etmişdr. Öldüyü tarixi tam dəqiq xatırlamır. İşin halları 11 iyul 1973-cü il tarixli, 9289/4609 nömrəli (zemelnaya zapis) torpaq qeydinin təsdiq olunmuş surətindən görünür ki, 27-ci rayon, Əkinçilər küçəsi, ev 16 ünvanında yerləşən torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci ildə Şəki şəhərində vəfat etmiş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1988-1994-cü illər, ölüm haqqında bərpa akt qeydi kitablar isə 1992-2023-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 Ərizəçi1 ünvanlanmış 10 oktyabr 2023-cü il tarixli nömrəli məktubundan görünür ki, anası X5 xx.xx.1991-ci il tarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 müraciət edilməmiş və hər-hansı qeyd aparılmamışdır. Odur ki, ölüm ərizədə göstərdiyi ölüm aktının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhəri “Qurdlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 8 nömrəli arayışda göstərilmişdir ki, X6 15 noyabr 1991-ci ildə vəfat etmişdir. Sovet Sosialist Respublikaları X3 surətindən görünür ki, X5 1927-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi1 tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi1 X2 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1927-ci ildə anadan olmuş X5 15 noyabr 1991-ci ildə ölmüş elan edilməlidir. Ərizəçi1 dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. XX.XX.1927-ci ildə anadan olmuş X5 15 noyabr 1991-ci ildə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar