Məhkəmə qərarları › İş №2(075)-332/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-332/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-332/2021 11.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) X11, Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1932-ci il tarixdə Şəki şəhərində anadan olmuş, anası X6 xx.xx.1994-cü il tarixdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən ərizəçinin nümayəndəsi (vəkili) tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1932-ci ildə anadan olmuş X6 xx.xx.1994-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi nümayəndəsi (vəkili) X15 ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi, xx.xx.1966-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. X7, anası isə X10 olmuşdur. Ərizəçinin anası X10 xx.xx.1932-ci il tarixdə anadan olmuş, xx.xx.1994-cü il tarixdə isə ölmüşdür. Ərizəçinin anası qeyd edilən tarixdə ölmüş və ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı ərizəçi Maraqlı şəxsnə müraciət etmişdir. Ancaq Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Maraqlı şəxsndə X6 ölümünün qeydə alınması mümkün deyildir. Belə ki, Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmişdir. Ona görə də X6 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan əlavə X6 xx.xx.1994-cü il tarixdə ölüməsi faktı ərizəsinə əlavə etdiyi məzar daşından çəkilən fotoşəkilərdən də görünür. X1 miras qalmış əmlakın ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsinin təsdiq edilməsi ilə bağlı lazımi sənədləri hazırlayarkən X6 ölüm şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. X6 ölüm faktı təsdiq edilməli olduğundan, ərizəçi həmin tələblə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin onun ölümü barədə Maraqlı şəxsndə qeydiyyat aparılmamışdır. Ona görə də, ərizəçi X6 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətndə qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X3 izahatında göstərdi ki, ərizəçi X6 ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxsndə X6 ölümünün qeydə alınması mümkün olmamışdır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir. Odur ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Əsədov Lütvəli Şövkət oğlu ifadəsində göstərdi ki, o, Ərizəçi və onun anası X6 qonşusu olmuşdur. X12, Svetlana və İlqar adlı 3 övladı olmuşdur. Nəsirova Hamilə xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. O da Nəsirova Hamilənin dəfn və yas mərasimlərində iştirak etmişdir. Həmçinin göstərmişdir ki, X18 Çöl yol adlanan əraziyə yaxın qərstanlıqda dəfn edilmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 05/Q-135/70 nömrəli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X14 ilə X4 nikah haqqında xx.xx.1954-cü il tarixdə 217 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah qeyd edildikdən sonra arvada Nəsirova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 138 nömrəli arxiv arayışından görünür ki, Nuxa VVADQ Şöbəsinin 1932-ci ilin “Doğulanların qeydiyyat” kitabına əsasən x xxxxxx 1932-ci il 156 nömrəli təvəllüd barəsində sənəd qeydiyyatında H.Mysdafayeva Hamilə x xxxxxx 1932-ci ildə anadan olması qeyd edilmişdir. İşdə olan AZ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1966-cı il təvəllüdlü Ərizəçi X7, anası isə X8r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X10 Ərizəçi anasıdır. Ərizəçinin anası X10 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, xx.xx.1932-ci il tarixdə anadan olmuş X6 xx.xx.1994-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1932-ci il tarixdə anadan olmuş X6 xx.xx.1994-cü il tarixdə ölməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar