Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-34/2020 26.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh2 KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 KB ASC-yə, Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3nə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41665.82 ABŞ dolları borcdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 KB ASC arasında guya kredit müqaviləsi bağlanmışdır. Hmin müqaviləyə əsasən həyat yoldaşı Tubu Səmədovanın adına olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Rəsmiləşdirmə aparılarkən o, iştirak etməmiş, nə kredit, nə də ipoteka müqaviləsindən xəbəri olmuşdur. Belə ki, müqavilələrdə kredit məbləği şişirdilmiş göstərilmişdir. Həmçinin, ipoteka müqaviləsi də həyat yoldaşı Tubu Səmədova tərəfindən imzalanmadığından məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Cavabdeh2 KB ASC ilə arasında rəsmiləşdirilmiş kredit müqaviləsi onun iradə ifadəsini əks etdirmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh2 KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh2 KB ASC ilə borclu İddiaçı arasında xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2014-cü il tarixli, 05EMk/14 saylı əlavə kredit müqaviləsinə əsasən 31 ay müddətinə, xx xxxxxxx 2016-cı il tarixədək, illik 22 % ödəmək şərtilə, 51000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı paylı mülkiyyətində olan Şəki şəhəri, X5 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh2 KB ASC-də ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyindən Cavabdeh2 KB ASC “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 KB ASC-nin xeyrinə cəmi 41665.82 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan Şəki şəhəri, X5 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyriyaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 94000 manat müəyyən edilməsi və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh2 KB ASC-nin iddia tələbi üzrə cavabdehlər İddiaçı və T.Səmədovanın apelyasiya şikayəti üzrə mülki iş Şəki Apelyasiya Məhkəməsinin icraatında olan zaman X3 Şəki Rayon Məhkəməsində ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair qaldırdığı iddia üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilmiş və T.Səmədovanın iddiası üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəylərindən sonra məlum olmuşdur ki, borclu və eyni zamanda ipoteka qoyan İddiaçı ipoteka müqaviləsi bağlanarkən həyat yoldaşı (arvadı) X3 adından təqdim etdiyi notarial təsdiqli əmlakın ipoteka qoyulmasına razılıq verilməsi barədə ərizədə olan imza və yazı qeydləri həmin şəxsə məxsus deyil. Bunun nəticəsində ipotekanın mülkiyyətçisi İddiaçı olmasına baxmayaraq, həyat yoldaşı Tubu Səmədovanın qanunamüvafiq razılığı alınmaması əsası ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə isə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Cavabdeh2 KB ASC-nin iddia tələbi üzrə işə baxan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi iddia üzrə tutmanın ipoteka predmeti olan Şəki şəhəri, X5 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 94000 manat müəyyən edilməsi və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə isə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Müqavilədəki imzalar və qeydlər iddiaçıya məxsusdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki proses tərəflərini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)- 806/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 KB ASC ilə üçüncü şəxs İddiaçı arasında xx.xx.2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən borc alana 65100 manat məbləğində 60 ay müddətinə xx.xx.2016-cı il tarixinədək bu müqavilə çərçivəsində əlavə kredit müqaviələri bağlanılmaqla kredit verir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinin surətindən görünür ki, əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 KB ASC ilə üçüncü şəxs İddiaçı arasında xx.xx.2011-ci il tarixli 24EM/11 saylı ipoteka müqaviləsi bağlanılmış və Şəki 1 saylı DNK tərəfindən 3m-2/356 saylı notariat işi ilə təsdiq edilmiş, DƏDRX-nın X7 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 1 mərtəbəli 61.7 kv.m sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh2 KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 05Emk/14 nömrəli əlavə kredit müqaviləsi ilə İddiaçı 31 ay müddətinə illik 22 % olamaqla 51000 ABŞ dolları kredit verilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 KB ASC ilə İddiaçı arasında xx xxxxxxx 2011-ci ildə bağlanılmış və Şəki 1 sayı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24Emi/11 №-li ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4/148 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh2 KB ASC-nin Şəki filialı ilə İddiaçı arasında bağlanmış 24EM/11 nömrəli, xx xxxxxxx 2011-ci il tarixli əsas kredit müqaviləsinin 1-ci vərəqinin aşağısında İddiaçı sözlərinin önündəki imza və 2-ci vərəqindən “8.2. Borcalan” qrafasındakı imzada – İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqaşəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Göründüyü kimi İddiaçı ilə Cavabdeh2 KB ASC-nin Şəki filialı arasında 24EM/11 nömrəli, xx xxxxxxx 2011-ci il tarixli əsas kredit müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin sərbəst iradə ifadəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa iddiaçı həmin müqavilədən, ümumiyyətlə, xəbərinin olmadığını və heç bir sənədə imza atmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4/148 saylı ekspert rəyi ilə həmin imzaların məhz iddiaçıya məxsus olduğu təsdiqlənmişdir. Göründüyü kimi iddiaçı onunla Cavabdeh2 KB ASC arasında bağlanmış, 24EM/11 nömrəli, xx xxxxxxx 2011-ci il tarixli əsas kredit müqaviləsinin etibarsızlığını və ya həmin əqdləri bağlamağa məcbur edildiyini (zorakılıq və ya hədələmə) sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, İddiaçı ilə Cavabdeh2 KB ASC-nin Şəki filialı arasında bağlanmış 24EM/11 nömrəli, xx xxxxxxx 2011-ci il tarixli əsas kredit müqaviləsi etibarsız hesab edilmədiyindən, iddiaçının 41665.82 ABŞ dolları borcdan azad edilməsi tələbi də özü-özlüyündə əsaslı deyildir. Şərh olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh2 KB ASC-yə, Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3nə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41665.82 ABŞ dolları borcdan azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-34/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-34/2020
26.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver