Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-387/2021 12.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 və vəkili X15 oğlunun, maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə Ərizəçi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 xx xxxxxxx 1993-cü il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X11 ilə xx xxxxxxx 1989-cu il tarixdə Şəki şəhər Nikah evində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 1993-cü il tarixdə X6 adlı qızları anadan olmuşdur. Uşaq xəstə olduğundan xx xxxxxxx 1993-cü ildə vəfat etmişdir. Körpə yaşda vəfat etdiyindən onun ölümünün qeydiyyata alınması üçün Şəki şəhər VVAQ şöbəsinə müraciət etməmişlər. Həyat yoldaşı X11 da xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Ərindən miras kimi hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. O, ərindən miras qalmış həmin evlə bağlı vərəsəliyin qəbulu üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etdikdə ondan mərhum qızı X4 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Qızının ölüm faktını qeydə aldırmadıqlarından avtomatlaşdırılmış notariat elektron informasiya sistemindən həmin məlumatın əldə edilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ərizəni müdafiə edərək bildirdi ki, sənədləşmə işləri zamanı müxtəlif dövlət orqanlarından bacısına məxsus ölüm haqqında şəhadətnamə tələb olunur. Həmin şəhadətnamə mövcud olmadığından hüquqlarının həyata keçirilməsində çətinliklər yaranır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili X1 Xəyal Müslüm oğlunun verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin etibarnamə üzrə nümayəndəsi X16 göstərdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 xx xxxxxxx 1993-cü il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirdi ki, ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 göstərdi ki, Ərizəçi onun eltisidir. Ərizəçinin 1993-cü ildə qızı olmuş, lakin uşaq üç aylığında ikən qızdırmış və xx xxxxxxx 1993-cü ildə vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X12 göstərdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Onların xx xxxx 1993-cü il tarixdə “Aytac” adlı qızları anadan olmuşdur. Lakin uşaq həmin ilin oktyabr ayında xəstələnmiş və 25 oktyabrda vəfat etmişdir. Qardaşının hazırda iki oğlu var. İşdə olan Şəki şəhər Nikah evi tərəfindən xx xxxxxxx 1989-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X8 arasında xx xxxxxxx 1989-cu il tarixdə bağlanmış nikah 298 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Həbiyev, arvada Həbiyeva soyadı verilmişdir. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X6 xx xxxx 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası isə X10r. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 05/Q-1255/70 nömrəli arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1990-xx.xx.1996-cı illər üzrə yoxlama aparılmış, X4 ölüm faktı aşkar olunmamışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin və vəkilinin izahatlarından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi qızı xx xxxx 1993-cü il təvəllüdlü X6 xx xxxxxxx 1993-cü il tarixdə vəfat etmiş, Şəki şəhərində ailə qəbiristanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi övladı X4 xx xxxxxxx 1993-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbloğlunun və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx xxxxxxx 1993-cü il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-387/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-387/2021
12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver