Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-390/2022 01.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “şəxsin vəfat etməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart 1990cı ildə Kəlbəcər rayonu, Hopurlu kəndində anadan olmuş oğulları X3 15 noyabr 1998-ci il tarixdə Şəki rayonu, Bolludərə kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi1 ərizəni müdafiə edərək göstərmişdir ki, o, Ərizəçi1 ilə 18 sentyabr 1987-ci il tarixdə Kəlbəcər rayonu Zəylik kənd XDS İcraiyyə Komitəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onlarən birgə nikahlarından Mahirə, Ümid, Dağlar, Bahar, Mahir və mərhum Möhübbət adlı 6 övladları olmuşdur. Bildirmişdir ki, X2 13 mart 1990-cı ildə Kəlbəcər rayonu Hopurlu kəndində anadan olmuş, bu barədə 04 iyun 1990-cı ildə 20 saylı doğum akt qeydi tərtib edilmişdir. Məlum məsələlərlə bağlı, Kəlbəcər rayonu işğal edildikdən sonra, 1993-cu ilin aprel ayında, onlar bütün kəlbəcərlilər kimi məcburi köçkün olmuşlar. Hazırda da Şəki rayonu Bolludərə kəndində məskunlaşıb, yaşayırlar. X2 15 noyabr 1998-ci ildə, 8 yaşında üzərinə samovardan isti su dağılması səbəbindən vəfat etmişdir. X29 rayon Bolludərə kənd qəbirstanlığında dəfn etmişlər. Uşaq olduğu üçün, başdaşı quraşdırmamışlar. Bildirmişdir ki, məcburi köçkün olduqları üçün həmin vaxtlarda çətin vəziyyətdə yaşamışlar. Həmçinin onlara izah edən olmamışdır ki, ölüm şəhadətnaməsi almaq lazımdır. Hazırda Möhübbətin dəfn etdikləri məzar yerini müəyyən elmək mümkün deyil. Pensiya təyinatı və gələcəkdə mirasla bağlı məsələlər üçün mərhum X2na ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət eləmişlər, ancaq Qeydiyyat şöbəsindən onlardan həkim arayışı və digər sənədlər istəmişlər, məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Bundan sonra Şəki rayon X20 Hüquqi şəxsə müraciət etmişlər. Şəki rayon X20 Hüquqi şəxsin 19 oktyabr 2021-ci il tarixli məktubu ilə onlara oğlu Möhübbətin ölüm kağızının verilməsinin mümkün olmaması bildirilmişdir. Buna görə də onlar hazırki ərizə ilə X2nun 15 noyabr 1998-ci il tarixdə vəfat etməsini təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Ərizəçi2 Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçilərin vəsatəti ilə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Ərizəçi2la həm kəndçi, həm də qohumdurlar. Bildirmişdir ki, Məhərrəmin ailəsini yaxından tanımışdır. Onun Mahirə, Ümid, Dağlar, Bahar, Mahir və mərhum Möhübbət adlı uşaqları olmuşdur. Qeyd etmişdir ki, Möhübbət Kəlbəcər rayonunun Hopurlu kəndinə anadan olmuşdur. Kəlbəcər işğal olunandan sonra onların ailəsi Məhərrəmgilin ailəsi ilə birlikdə Şəki rayonunun Bolludərə kəndinə gəlmişlər. Hazırda da həmin kənddə yaşayırlar. Bildirmişdir ki, ərizəçilərin övladları X10 15 noyabr 1998-ci il tarixdə Şəki rayonu, Bolludərə kəndində vəfat etmişdir. Belə ki, uşağın üzərinə qaynar samovar aşmış və o aldığı yanıqdan ölmuşdur. Uşağı elə Bolludərə kənd qəbirstanlığında dəfn etmişlər. Lakin ona baş daşı qoymamışlar. Ona elə də böyük yas mərasimi verməmişlər. Yalnız eşidən bilən qohum əqraba yasa gələrək baş sağlığı vermişlər. Məhkəmə iclasında ərizəçilərin vəsatəti ilə şahid qismində dindirilmiş X22, X18 və X6 şahid qismində dindirilmiş X1 məhkəmə iclasında vermiş olduğu ifadəyə oxşar olan eyni məzmunlu ifadə vermişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi2 və Ərizəçi1 tələbləri əsaslıdır. Belə ki, işdə olan 16 noyabr 1987-ci il tarixli, Xİ-ЖГ 470970 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 02 oktyabr 1987-ci il təvəllüdlü X11 atası Ərizəçi2 və anası Ərizəçi1dır. İşdə olan 15 iyul 1988-ci il tarixli, Xİİİ-ЖГ 305623 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 01 iyun 1988-ci il təvəllüdlü X7 atası Ərizəçi2 və anası Ərizəçi1dır. İşdə olan 04 iyun 1990-cı il tarixli, XİV-ЖГ 392844 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 13 mart 1990-cı il təvəllüdlü X3 atası Ərizəçi2, anası Ərizəçi1dır. İşdə olan 10 may 1993-cü il tarixli, XVİİİ-ЖГ 339080 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 10 iyul 1993-cü il təvəllüdlü X13 atası Ərizəçi2 və anası Ərizəçi1dır. İşdə olan 22 aprel 2000-ci il tarixli, İ-AZ 106210 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 10 fevral 2000-ci il təvəllüdlü X8 atası Ərizəçi2 və anası Ərizəçi1dır. İşdə olan 25 iyul 2015-ci il tarixli, AZ-İİİ 586012 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 15 mart 1996-cı il təvəllüdlü X9 atası Ərizəçi2 və anası Ərizəçi1dır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin Şəki rayonu üzrə nümayəndəliyi tərəfindən verilmiş, 13 avqust 2021-ci il tarixli, 240 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonu köçkünü Ərizəçi1 Şəki rayonu, Bolludərə kəndində müvəqqəti olaraq məskunlaşmış və həmin ünvanda qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən ünvanlanmış 12 avqust 2021-ci il tarixli, 09/q- 3129/15 saylı məktubdan görünür ki, Maraqlı şəxsndə X3 ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Şəki-RMX tərəfindən ünvanlanmış məktubdan görünür ki, X3 Şəki-RMXnın və onun tabeliyində olan tibb müəssisələrində xəstəliyi ilə əlaqədar müalicə olunması, tibb müəssisələrində rəhmətə getməsi və ölüm kağızının alınması barədə qeyd aşkar edilməmişdir. İşdə olan Şəki şəhər İHB-nin Bolludərə İƏD nümayəndəliyi tərəfindən verilmiş, 11 fevral 2022-ci il tarixli, 39 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonu, Hopurlu kənd sakini Ərizəçi1 1993-cü ildən Şəki rayonu, Bolludərə kəndində məskunlaşmış və onun ailə üzvləri əri xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi2, oğlu 02.10.1987-ci il təvəllüdlü X19, qızı 01.06.1988-ci il təvəllüdlü X14, oğlu 10.07.1993-cü il təvəllüdlü X23, qızı 15.03.1996-cı il təvəllüdlü X15 və oğlu 10.02.2000-ci il təvəllüdlü X12r. İşdə olan İşdə olan Şəki şəhər İHB-nin Bolludərə İƏD nümayəndəliyi tərəfindən verilmiş, 11 fevral 2022-ci il tarixli, 40 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonu, Hopurlu kənd sakini Ərizəçi2 1993-cü ildən Şəki rayonu, Bolludərə kəndində məskunlaşmış və onun ailə üzvləri arvadı xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi1, oğlu 10.07.1993-cü il təvəllüdlü X23, qızı 15.03.1996-cı il təvəllüdlü X15 və oğlu 10.02.2000-ci il təvəllüdlü X12r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X10 ərizəçilər Ərizəçi2 və Ərizəçi1 oğludur. Ərizəçilərin X2 15 noyabr 1998-ci il tarixdə Şəki rayonu, Bolludərə kənd ərazisində vəfat etmişdir. Ərizəçilər ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 13 mart 1990-cı il tarixdə Kəlbəcər rayonu Hopurlu kəndində anadan olmuş X3 15 noyabr 1998-ci il tarixdə Şəki rayonu, Bolludərə kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 13 mart 1990-cı il tarixdə Kəlbəcər rayonunun, Hopurlu kəndində anadan olmuş X3 15 noyabr 1998-ci il tarixdə Şəki rayonu, Bolludərə kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-390/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-390/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver