Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-4/2020 18.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı ASC «İddiaçı Bankı»nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh2, cavabdeh olmaqla digər cavabdehlər Cavabdeh1 və Zamanova Röya Mustafa qızının etibarnamə üzrə nümayəndələri Cavabdeh3 Ənvər oğlunun iştirakları ilə, İddiaçı ASC «İddiaçı Bankı»nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X4 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması”, iddiаçı Cavabdeh1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X3 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC İddiaçı Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü il tarixli, **********9914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri Mikayıl Cəbrayıl küçəsində yerləşən 0,05 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 150,5 kvadrat metr ümumi, 50,6 kvadrat metr yaşayış, 99,9 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli mənzilə tutmanın yönəldilməsi, xx xxxx 2014-cü il tarixli, **********55914 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21060,17 ABŞ dolları məbləğində əsas, 3082,58 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxxxx 2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 439,48 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 24582,43 ABŞ dolları və xx xxxxxx 2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulması, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin xx xxxx 2014-cü il tarixli, **********9914/1 nömrəli ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi, məhkəmə qətnaməsinin Cavabdeh2 hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq onun Cavabdeh1 tərəfindən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib xx xxxx 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 5557,54 (beş min beş yüz əlli yeddi ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi), xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 8336,22 (səkkiz min üç yüz otuz altı ABŞ dolları 22 sent) cərimə faizləri olmaqla, cəmi 45705,93 (qırx beş min yeddi yüz beş ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib xx xxxx 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 6622.25 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi), xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 9134.75 cərimə faizləri olmaqla, cəmi 47569.17 ABŞ dolları və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib xx xxxx 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 2009.49 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 9670.03 cərimə faizləri olmaqla, cəmi 43491.68 ABŞ dolları və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 4-ci bəndinin aşağıdakı redaksiyada verilərək fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X8, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 01 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yetkinlik yaşlarına çatmayaq ailə üzvləri X5, X10, X11, X6 və X9 ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh2, Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X8 cavabdeh qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ödəniş edildiyindən iddia ərizəsində göstərilən tələblərin birinci bəndində aşağıdakı dəyişiklikləri edərək iddia ərizəsində göstərilən tələblərin birinci bəndində əsas borc məbləğinin 14000.17 ABŞ dolları, adi faizlər üzrə borc məbləğinin 10752.02 ABŞ dolları, əldən çıxmış fayda üzrə 2158.72 ABŞ dolları və penya borcu üzrə 9670.94 ABŞ dolları olmaqla, cəmi 36580.94 ABŞ dolları kimi oxunmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2016-cı il tarixdə, 2(075)- 4/2020 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiаçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tаixdə Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X7 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmа və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürmələri bаrədə ərizələrini məhkəməyə göndərərək, cavabdehlər “İddiaçı Bank” ASC, Cavabdeh2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı Şəki şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2014cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X1 xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizələri Azərbaycan Respublikası MPM-nin 55-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X12 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində işə cəlb оlunmuşdur. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxx 2020-ci il tarixdə, 2(075)-860/2020 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-4/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-4/2020 saylı və 2(075)- 860/2020 saylı mülki işlər birləşdirilmişdir. İddiaçı ASC İddiaçı Bankı iddia ərizəsində tələbi onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə Cavabdeh2 arasında **********99914 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxx 2014cü il tarixli, **********99914/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bundan sonra ipoteka predmetinin qeydiyyata alınmasına dair ASC İddiaçı Bankının adına xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Odur ki, ASC İddiaçı Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı ASC İddiaçı Bankının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini və ipoteka predmeti olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiаçı Cavabdeh1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X3 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrinə mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, xx xxxx 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə onun arasında **********99914 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən cavabdeh ona illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün o və Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuş, ASC İddiaçı Bankının adına xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Əvvəllər ödənişləri vaxtıvaxtında həyata keçirsə də, sonradan maddi imkanı yaxşı olmadığından ödəniş edə bilməmişdir. İşin məhkəmədə baxıldığı dövrdə 7000 ABŞ dolları ödəniş etmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Məhkəmədən cərimə borcunun azaldılmasını xahiş edir. Bundan başqa ipoteka predmeti olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsinə razıdır. Əlavə olaraq bildirdi ki, iddiаçı Cavabdeh1 ona və digər cavabdehlər ASC «İddiaçı Bankı» və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X3 cavabdehlər ASC «İddiaçı Bankı» və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrinin mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh olmaqla digər cavabdehlər Cavabdeh1 və Zamanova Röya Mustafa qızının etibarnamə üzrə nümayəndələri Cavabdeh3Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək qanuni qərar edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda nümayəndəsi olduğu iddiаçı Cavabdeh1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, həmçinin onun və digər müstəqil tələb irəli sürən üçüncü şəxslər Zamanova Röya Mustafa qızı və X3 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrini müdafiə etmirlər. Məhkəmədən həmin iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş edir. Digər cavabdehlər X8 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsiməhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan xx xxxx 2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işdə olan xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı Bankına Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış eviipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 55000 manat, likvid dəyəri 50000 manat müəyyən edilmişdir. Mülki işdə olan xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı Bankının xeyrinə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış eviipoteka ilə yüklü edilmişdir. Mülki işdə olan xx xxxxx 2016-cı il tarixli, 268 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. Mülki işdə olan ASC İddiaçı Bankı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2016-cı il tarixli, 268 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair ASC İddiaçı Bankının ərizəsi DƏDRXnin 12 saylı Ərazi idarəsində xx xxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki işdə olan «xxxxxxx» MMC tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş 17-45 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 70000 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 29986 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, **********99914 saylı müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh2 (bankın faizlərin hesablanmasını dayandırması nəzərə alınmaqla) xx.xx.2016cı il tarixə, xx.xx.2018-ci il tarixə və xx.xx.2018-ci il tarixə (sualda göstərilən tarixlərə) banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 2680.23 ABŞ dolları. İş materiallarında olan Cavabdeh2 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmış. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 31236 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı Bank ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin iş materiallarında olan bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında (səh 201) bank cərimə hesablamamış və ödənişlərdən cəriməyə silinmə aparmamışdır. Bundan başqa hazırkı rəyin təsviri hissəsində qeyd olunduğu kimi iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə vəsatət göndərilmiş, həmin vəsatətə əsasən hesabdan çıxarışlar təqdim olunmuşdur. Bununla bağlı qeyd edilir ki, həmin çıxarışlarda da cərimə hesablanmamışdır. Belə ki, həmin çıxarışlarda öz əksini tapmış hesablar cərimə hesabı ilə bağlı deyildir. Bu səbəbdən də hazırkı tədqiqatla hesablamaq mümkün olmadı. Göstərilənlərdən əlavə qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi ekspertiza qarşısında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarda göstərilmiş hallar da nəzərə alınmaqla iddiaçı ASC İddiaçı Bankı ilə üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ASC İddiaçı Bankına hansı məbləğdə ödəməli olan əsas, faiz və cərimə borcu vardır sualı qoyulmuşdur ki, həmin xx xxxxxx 2014-cü il tarixli qərarda cərimə hesablanması nəzərdə tutulmamışdır. Təqdim edilmiş iş materiallarında səhifə 137-də olan hesabdan çıxarışın əvvəlində 21224 saylı faiz hesabı, təyinatı vaxtı keçmiş faiz borcu göstərilsədə səhifə 210-da olan və sonradan təqdim edilən hesabdan çıxarışların əvvəlində 21224 saylı faiz hesabı göstərilmiş və təyinatında cərimə faizi göstərilmişdir. Yəni eyni faiz hesabından çıxarışlarda təyinatlar fərqlidir. Bundan başqa həmin hesabdan çıxarışların üçündə də hesablanma hissəsində 64720 saylı hesab üzrə hesablanma aparılmışdır ki, bu hesab fiziki şəxslər və fərdi sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə xarici valyutada faiz gəlirləri hesabıdır. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda (səh-137, səh-210) 64720 saylı hesabın qarşısında təyinat göstərilməsə də sonradan təqdim edilmiş hesabdan çıxarışda təyinat cərimə faizlərinin hesablanması kimi göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 30555 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, **********99914 saylı müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh2 (bankın faizlərin hesablanmasını dayandırması nəzərə alınmaqla) xx.xx.2016cı il tarixə, xx.xx.2018-ci il tarixə və rəyin tərtib edildiyi xx.xx.2020-ci il tarixə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 2680.23 ABŞ dolları. İş materiallarında olan Cavabdeh2 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmış. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 9/68 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, **********99914 saylı müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh2 müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə banka olan borcu 31727.2 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 10442.6 ABŞ dolları. Cavabdeh2 xx.xx.2020-ci il tarixə banka olan borcu 43459.85 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 10442.6 ABŞ dolları, əldən çıxmış fayda - 6704.65 ABŞ dolları, penya borcu - 5028.0 ABŞ dolları. Cavabdeh2 xx.xx.2020-ci il tarixə banka olan borcu 44722.63 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 10442.6 ABŞ dolları, əldən çıxmış fayda – 7425.96 ABŞ dolları, penya borcu – 5569.47 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçı ASC İddiaçı Bankından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh2 ASC İddiaçı Bankından kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı ASC İddiaçı Bankı Cavabdeh2 ASC İddiaçı Bankının xeyrinə 14000.17 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % dərəcəsi ilə hesablanmış 10752.02 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 9670.03 cərimə faizləri olmaqla pulun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə-mühasibalıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 9/68 saylı rəyi ilə Cavabdeh2 ASC İddiaçı Bankına olan əsas borcunun 21284.60 ABŞ dolları məbləğində əsas borc, 10442.6 ABŞ dolları məbləğində faiz borcu olması müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş borc məbləğinin iddia tələbində göstərilən məbləğdən əsas borc üzrə 7284.43 ABŞ dolları çox, faiz borcu üzrə isə 309.42 ABŞ dolları az olması müəyyən edilmişdir. İddiaçı ASC İddiaçı Bankı tərəfindən ərizədə faiz borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən məbləği daha əsaslı və cavabdehin banka olan borcun müəyyənləşdirilməsində məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Lakin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 2158.72 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində məhkəmə hesab edir ki, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və cərimənin məbləğini də hazırda müəyyən etmək qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəfindən 2158.72 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçıASC İddiaçı Bankının cavabdehə qarşı hazırkı iddia tələbinin 9670.03 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. «İpoteka haqqında Azərbaycan Respublikası Qanunu»nun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadının 21-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Göründüyü kimi xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 55000 manat, likvid dəyəri 50000 manat, «xxxxxxx» MMC tərəfindən isə Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 70000 manat müəyyən edilmişdir. Lakin ipoteka predmetinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdir. Odur ki, məhkəmə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 70000 manat məbləğində müəyyən edilməklə hərraca çıxarılmasını daha ədalətli, əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, xx xxxx 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək ilkin satış qiyməti 70 000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 14000.17 (on dörd min ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10442.6 (on min dörd yüz qırx iki ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 100 (bir yüz) ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542.17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları on yeddi sent) ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə), həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən ASC İddiaçı Bankının xeyrinə tutulmalı, əsaslı olmadığından iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 585 (beş yüz səksən beş) manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. İddiaçı Cavabdeh1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X3 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-4/2020 nömrəli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsasən məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək ilkin satış qiyməti 70 000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Əmlakların satışından əldə olunmuş vəsait hesabına xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 14000.17 (on dörd min ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10442.6 (on min dörd yüz qırx iki ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 100 (bir yüz) ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542.17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları on yeddi sent) ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə), həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən ASC İddiaçı Bankının xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 585 (beş yüz səksən beş) manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Cavabdeh1 ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Zamanova Röya Mustafa qızı və X3 ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)- 4/2020 nömrəli qərardadı nəzərə alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-4/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-4/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver