Məhkəmə qərarları › İş №2(075)-405/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-405/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-405/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1999-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X2 xx.xx.1953-cü il tarixdə anadan olmuş, xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Onu el adəti üzrə dəfn edib yas mərasimi təşkil etmişlər. Anasının vəfatından sonra onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Lakin sonradan həmin şəhadətnaməni almaq üçün Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-69-S-2302/2024 nömrəli arayışı ilə ona cavab olaraq bildirmişlər ki, “Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində, vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar edilmədi”. Bundan başqa həmin qurumun xx.xx.2024-cü il tarixli 3-165/8-15-S-1181/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1999-cu ildə vəfat etmiş anası X1 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində, Şəki rayon qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində aşkar edilməmişdir. Həmçinin Şəki regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Həmçinin “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8in xx.xx.2024-cü il tarixli 18-1-71/3-317/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Qüvvədə olan mövcud qanunvericiliyə görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8in fəaliyyəti nəticəsində yaranmış köhnə illər, ocümlədən 1953-cü ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti pereçen üzrə 1.3.20-ci bəndə əsasən 1il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, ərizəsində qeyd etdiyi X1 ölüm aktının yəni (106) nömrəli formanın verilməsi mümkün deyildir”. Bundan sonra həmin sənədi başqa cür əldə edə bilməyəcəyini anladıqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, mərhum onun bacısıdır. Bacısının iki övladı var. Bacısı onkoloji xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Anasının adı Səmayə olmuşdur. Təxminən 15 il qabaq vəfat etmişdir. Ərizəçinin Sadiq adlı bir qardaşı var. Valideynlərinin dəfn mərasimlərində iştirak etmişdir. İşin halları Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8i Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 18-1-71/3-317/2024 nömrəli cavab məktubundan görünür ki, “Qüvvədə olan mövcud qanunvericiliyə görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8in fəaliyyəti nəticəsində yaranmış köhnə illər, ocümlədən 1953-cü ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti pereçen üzrə 1.3.20-ci bəndə əsasən 1il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, ərizəsində qeyd etdiyi X1 ölüm aktının yəni (106) nömrəli formanın verilməsi mümkün deyildir”. Şəki Regonal “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 30 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X2 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1996-2002-ci illər, bərpa akt qeydi kitabları isə xx.xx.2000-xx.xx.2024-cü illər üzrə yoxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 31 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, 1999-cu ildə vəfat etmiş anası X1 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində, Şəki rayon qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində aşkar edilməmişdir. Həmçinin Şəki regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Şəki şəhəri “Çələbixan” məhəlləsi, Q.Məmmədov küçəsi, 30 saylı evdə yaşamış X2 29 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. Mərhumun oğlu Ərizəçi dəfn etmişdir. Fotoşəkillərdən görünür ki, X2 xx.xx.1953-cü il tarixdə anadan olmuş, xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi anası X1 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 14 mart 1953-cü il tarixdə anadan olmuş X2 29 sentyabr 1999-cu il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 14 mart 1953-cü il tarixdə anadan olmuş X2 29 sentyabr 1999-cu il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar