Məhkəmə qərarları › İş №2(075)-456/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-456/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-456/2025 13.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X4maqla “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X4maqla ərizə ilə məhkəməyə müraciət edərək, babası (Rəfiyev) Lətif Rəfi oğlunun 1922-ci ildə Şəki şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və babası (Rəfiyev) Lətif Rəfi oğlunun ümumi birgə mülkiyyətindədir. Babası (Rəfiyev) Lətif Rəfi oğlu 1922-ci ildə, atası X5 isə xx.xx.2002-ci ildə vəfat etmişlər. Qeyd etmək istəyir ki, mərhum babası (Rəfiyev) Lətif Rəfi oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakla bağlı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinə müraciət etmişdir. Mərhum babasından qalmış miras əmlakla bağlı vərəsəlik işinin açılması və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün notariat ofisində ondan babası (Rəfiyev) Lətif Rəfi oğlunun ölümünə dair şəhadətnamə tələb olunmuşdur. 1922-ci il tarixində vəfat etmiş babası (Rəfiyev) Lətif Rəfi oğlunun ölümü ilə bağlı tibb müəssisəsindən ölüm haqqında tibbi şəhadətnamə verilməmiş, qeydiyyat şöbəsində isə ölümü qeydiyyata alınmamışdır. Göründüyü kimi tələb olunan babasının ölümünə dair şəhadətnamə onda yoxdur və başqa qaydada da əldə edə bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Regional “Asan Xidmət” X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1992-ci ildə vəfat etmiş (Rəfiyev) Lətif Rəfi oğlunun ölümü haqqında akt qeydi Azərbaycan Respublikası Dövlət X12, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadı. Həmçinin, Şəki regional Maraqlı şəxsndə Ədliyyə Şazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. - Şəki Regional “Asan Xidmət” X9 tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-69-M-2948/24 saylı arayışdan görünür ki, (Rəfiyev) Lətif Rəfi oğlu barəsində Azərbaycan Respublikası Dövlət X12, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadı. - 01 aprel 1973-cü il tarixli İ-ЖГ456801 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 02 dekabr 1913-cü il tarixdə anadan olmuş, atası Lətif Rəfi oğlu, anası isə Muxsa Hacırəhim qızıdır. - 28 yanvar 1952-ci il tarixli 827179 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Abdurahman oğlu xx xxxxxx 1952-ci il tarixdə anadan olmuş, atası X8, anası isə X1r. - 04 noyabr 2002-ci il tarixli, AZ-İ 017946 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 27 oktyabr 2002-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 451 nömrə ilə qeyd edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yeni qaydalarla ünvan 4ayış evi Ərizəçi və Lətif Rəfi oğlunun daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində, ********** nömrə ilə qeyd alınmışdır. - 09 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, anasının nənəsini tanıyır. Atasının bacı-qardaşı olmayıb. Lətifin qəbri yoxdur. Atasının 9 yaşı olanda Şəkidə rəhmətə gedib. - 09 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısıdır. X17 görməyib. Babası rəhmətə gedəndə atasının 9 yaşı olub. Atasının dediyinə görə, babası 1922-də rəhmətə gedib. Nənəsinin adı Muxsa olub. Onun adını da elə nənəsi qoyub. Atası ailədə tək uşaq olmuş, bacı-qardaşı olmamışdır. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ərizəçi tərəfindən iddia ərizəsinin verilməsi üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ərizəçinin babası X18 şəhərində vəfat etmişdir. X18 şəhərində vəfat etməsi şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona babasının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi babasının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, daşınmaz əmlaka dövlət reyestrindən çıxarış ala bilmirlər. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi eyni zamanda tələbində mərhum (Rəfiyev) Lətif Rəfi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini xahiş etsə də, Lətif Rəfi oğlunun həqiqətən də, 1922-ci il tarixdə vəfat etməsi, həmçinin soyadının Rəfiyev olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən təmin edilməli, ərizəçinin X17n Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəm həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Ərizəçinin X17n Şəki şəhərində ölməsi hüquqi fakt müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar