Məhkəmə qərarları › İş №2(075)-472/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-472/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-472/2025 27.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs3 nümayəndəsi X2 iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixdə anadan olmuş X1 8 ay sonra yəni 1989-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 mənim qızım olmaqla o, xx.xx.1988 -ci il tarixdə Şəki şəhərində anadan olmuş, körpə olan zaman, yəni 8 ay sonra 1989-cu il tarixdə yaşadıqları ünvan 1 ünvanda vəfat etmişdir. Lakin qanuni bilmədiklərindən onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni günü bu günədək almamışlar. Mərhum qızının ölüm haqqında şəhadətnaməsinə zərurət yarandığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs3 nümayəndəsi X6 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun həm qohumudur, həmdə əvvəllər qonşusu olmuşdur. Övladları körpə olan zaman işləmə-qusmadan vəfat etmişdir. Hal-hazırda iki övladı var. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçi onun həm qohumudur, həmdə əvvəllər qonşusu olmuşdur. Onların üç övladları olmuşdur. Onlardan Sevinc adlı övladları körpə olan zaman vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. İşin halları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs3 tərəfindən Ərizəçi ünvanlanmış 17 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Maraqlı şəxs3 arxivində xx.xx.1988-ci il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar edilmədi. Həmçinin, Maraqlı şəxs3ndə onun ölümünün qeydə alınması mümkün deyildir. Ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Maraqlı şəxs3 13 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X8 barəsində Maraqlı şəxs3 arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Akt qeydi kitabları 1988-1991-ci illər üzrə yoxlanılmışdır. Ölüm haqqında akt qeydi kitabları xx.xx.1990-xx.xx.2024-cü il tarixədək yoxlanılmışdır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Şəki Rayon Mərkəzi Xəstəxanası" X16 tərəfindən Ərizəçi ünvanlanmış ölüm aktının verilməsinə dair 20 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, “Qüvvədə olan mövcud qanunvericiliyə görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X16n fəaliyyəti nəticəsində yaranmış köhnə illər o, cümlədən 1989-cu ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti pereçen üzrə 1.3.20-ci bəndə əsasən 1 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, ərizəsində qeyd etdiyi X1 ölüm aktının yəni (106) nömrəli formanın verilməsi mümkün deyildir”. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Qurdlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 1 dekabr 1988-ci ildə X9 adlı 1 qızı olmuşdur. Ananın dediyinə görə işləmə qusma xəstəliyi ilə 1989-cu ilin avqust ayında vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi, övladı X3 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01 dekabr 1988-ci il tarixdə anadan olmuş X8 1989-cu il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 01 dekabr 1988-ci il tarixdə anadan olmuş X8 1989-cu il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar