Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-5/2022 21.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh oğunun iştirakı ilə, İddiaçı Şəki rayon Tural Bələdiyyəsinin cavabdehlər Cavabdeh və DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Şəki rayonu Turan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Turan Bələdiyyəsi adından Cavabdeh 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 02 saylı qərarının və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2007-ci il tarixli 01 saylı Torpağın İcarəyə verilməsi haqqında Müqavilənin etibarsız sayılması, Cavabdeh adına 23 noyabr 2018-ci il tarixdə verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 19 may 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 02 iyun 2020-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclasları 25 iyun 2020-ci, 04 avqust 2020-ci, 10 sentyabr 2020-ci və 24 sentyabr 2020-ci tarixlərdə keçirilmiş, 24 sentyabr 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(075)-833/2020 saylı qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin icraatında olan 2-1(107)-112/2020 saylı işə baxılaraq qəbul edilmiş yekun qərar qanuni qüvvəsini alanadək Şəki rayon Məhkəməsinin icraatında olan Şəki rayon Tural Bələdiyyəsinin cavabdehlər Cavabdeh və DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(075)-833/2020 nömrəli mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-5/2022 saylı qərardadı ilə mülki işin icraatı təzələnmiş və mülki işin məhkəmə baxışı iclası bu günə, yəni 21 sentyabr 2022-ci il tarixə, saat 10:20-ə təyin edilmişdir. İddiaçı Şəki rayonu Turan Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Şəki rayonu Turan Bələdiyyəsinin X2 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Şəki rayon Tural Bələdiyyəsinin cavabdehlər Cavabdeh və DƏDRXnin Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsindən imtina etdiyini bildirmişdir. İddiaçı Şəki rayonu Turan Bələdiyyəsinin X1 iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçı Şəki rayonu Turan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 02 saylı qərarının, onunla 05 fevral 2007-ci il tarixli 01 saylı Torpağın İcarəyə verilməsi haqqında Müqavilənin etibarsız sayılması və 23 noyabr 2018-ci il tarixdə verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı iddia müddətini ötürərək 13 il sonra məhkəməyə müraciət etmişdir. Sonradan Şəki rayonu Turan Bələdiyyəsinin X2 məhkəməyə ərizə ünvanlayaraq Şəki rayon Tural Bələdiyyəsinin cavabdehlər Cavabdeh və DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsindən imtina etdiyini bildirmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçı Şəki rayonu Turan Bələdiyyəsinin X1 əizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı Şəki rayon Tural Bələdiyyəsinin cavabdehlər Cavabdeh və DƏDRXnin Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Şəki rayon Tural Bələdiyyəsinin cavabdehlər Cavabdeh və DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-5/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-5/2022
21.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver