Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-503/2021 04.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlu, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1966-cı il tarixdə Şəki rayonunda anadan olmuş və xx xxxx 1986-cı il tarixdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına baxaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. X3 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 713 nömrəli arayışdan görünür ki, X2 xx.xx.1986-cı il tarixdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Göründüyü kimi X1 xx.xx.1986-cı il tarixdə ölməsi faktı məlumdur və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilər. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Maraqlı şəxs hal-hazırda fəaliyyət göstərməklə mövcuddur. Belə olduğu halda ərizəçi əvvəlcə Maraqlı şəxsnə müraciət etməli (hansı ki, artıq etmişdir), imtina məktubunu aldıqdan sonra belə bir vəzifənin onun üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Məhkəmə Ərizəçi tövsiyyə edir ki, o, “xx xxxxxx 1966-cı il tarixdə Şəki rayonunda anadan olmuş və xx xxxx 1986-cı il tarixdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş X1 ölüm faktının təsdiq edilməsi” tələbi ilə Şəki rayon məhkəməsinə yox, “ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə olan halda ərizəçi yaşayış yeri üzrə hazırkı ərizəyə baxılması ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də Ərizəçi hazırkı tələbinə Şəki rayon məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “ölüm faktının təsdiq edilməsi” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-503/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-503/2021
04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver