Məhkəmə qərarları › İş №2(075)-524/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-524/2020

19.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-524/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı və Cavabdeh2 qarşı «birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Öryət kəndində yerləşən JN:194 saylı, kod 40401002 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən onun və cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 3.21 ha torpaq sahəsindən 1/5 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında izahat vermiş, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışlar ki, Şəki rayonu X4 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə ailələrinə, ailə başçısı X2 olmaqla 3.21 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı JN:194 nömrəli (kod 40401002) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırlanmış və təhvil verilmişdir. Laki cavabdehlər könüllü olaraq ona düşən payı vermək istəmirlər. Buna görə də ümumi birgə mülkiyyətdə olan əmlakdan ona düşən payın naturada ayrılması ilə əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mülkiyyət sənədi üzrə atası X2 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN:194 nömrəli (kod 40401002) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X4 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən X2, Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı, İddiaçı və Cavabdeh2 3.21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 307 saylı ekspert rəyindən görünür ki, Şəki rayonu X4 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayon sakinlərinin - X2, Cavabdeh1, X3, İddiaçı və Cavabdeh2 birgə mülkiyyətlərinə verilmiş JN-194 saylı Dövlət Aktında ümumi 3.21 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki planda (JN 194A - 26397 m2 və JN 194 - 5707.85 m2) göstərilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı üzrə istifadə səmərəliliyi nəzərə alınaraq ayrıca planda bölgü əmsalına yaxın hesab olunan JN 194 - 5707.85 m2 olan torpaq sahəsindən İddiaçı aid 1/5 hissə payın ayrılması məqsədəmüvafiq hesab edilə bilər. Tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdə olan Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, X2 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Şəki rayonu X4 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən X2, Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı, İddiaçı və Cavabdeh2 3.21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı mülkiyyətlərində olan əmlakdan öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddianı müdafiə edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa «İnsan Hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətində özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin Məcəllənin 220.3-cü maddəsinə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi Şəki rayonu X4 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş 3.21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı, İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyətlərindədir. Mübahisə predmeti olan əmlak iddiaçının istifadəsində olduğundan iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şəki rayonu X4 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki şəhər sakinlərinin - X2, Cavabdeh1, X3, İddiaçı və Cavabdeh2 birgə mülkiyyətlərinə verilmiş JN-194 saylı Dövlət Aktında ümumi 3.21 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 5707.85 m2 torpaq sahəsi ayrılaraq İddiaçı verilməlidir. Dövlət rüsumu tələb edilmədiyindən 10 (on) manat rüsumu İddiaçı özünə aid edilməlidir. Həmçinin, 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı və Cavabdeh2 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şəki rayonu X4 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki şəhər sakinlərinin - X2, Cavabdeh1, X3, İddiaçı və Cavabdeh2 birgə mülkiyyətlərinə verilmiş JN- 194 saylı Dövlət Aktında ümumi 3.21 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 5707.85 m2 torpaq sahəsi ayrılaraq İddiaçı verilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı və Cavabdeh2 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar