Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-556/2021 23.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh: Baş Zəyzid kənd tam orta məktəbinin direktoru X1 iştirakları ilə, İddiaçı cavabdeh Baş Zəyzid kənd tam orta məktəbinə və İİİ şəxs şəki şəhər Təhsil şöbəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Baş Zəyzid kənd orta məktəbinin xx xxxx 2017-ci il tarixli əmrinin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx.xx.1990-cu il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitunun Şəki filialının tarix və coğrafiya fakültəsinə daxil olmuşdur. xx xxxx 2012-ci il tarixdə həmin institutun Dövlət Atestasiya Komissiyasının qərarı ilə ali peşə istiqaməti üzrə ona bakalavr dərəcəsi verilmişdir. 2015-ci ilin yanvar ayının 15-dən Cavabdehndə müddətli müqavilə əsasında coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.2016-cı il tarixdən məktəblə onun arasında coğrafiya müəllimi işləməsi üçün müddətsiz müqavilə bağlanmışdır. O, xx xxxxxx 2017-ci il tarixdə 49 nömrəli əmrə əsasən 3 yaşınadək uşağa qulluğa görə güzəştli məzuniyyətə buraxılmış, 3 illik məzuniyyət dövrü xx.xx.2019-cu il tarixdə bitmişdir. Məzuniyyətdə olduğu vaxt ərzində məzuniyyət pulları ona ödənilmişdir. Lakin övladının 4 yaşı olmadığı üçün 1 il müddətinə də öz hesabına analıq məzuniyyəti götürmüşdür. Həmin məzuniyyəti isə xx.xx.2020-ci il tarixdə bitmişdir. Həmin dövrdə respublika ərazisində “Covid-19” pandemiyası ilə ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan məktəblər bağlı olmuş ona görə də məktəbə müraciət etməmişdir. Lakin xx xxxxxx 2021-ci il tarixdə dərslər başladıqdan sonra məktəbə getdikdə ona məlum olmuşdur ki, işdən azad edilmişdir. Bu barədə məktəb rəhbərliyinə xx xxxxxx 2021-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir. Şəki rayonu Orta Zəyzid kənd orta məktəbinin direktoru xx.xx.2021-ci il tarixli məktubla müraciətinə cavab olaraq bildirmişdir ki, o, xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. Bundan sonra əmək kitabçasının əsli və əmrlər ona rəsmi qaydada təqdim etmişdir. Direktordan hansı səbəbdən işdən azad edilməsini soruşduqda isə səbəbini izah edə bilməmişdir. Hesab edir ki, Şəki rayonu Baş Zəyzid kənd orta məktəbinin xx xxxx 2017-ci il tarixli əmri qanunsuzdur. Belə ki, o analıq məzuniyyəti dövründə əmək qanunvericiliyinə zidd olaraq işdən çıxarılmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Baş Zəyzid kənd orta məktəbinin direktoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçı özü məktəbin şagirdlərindən biri olmuşdur. O, 2015-ci ilin yanvar ayının 15-də Baş Zəyzid kənd orta məktəbinə coğrafiya müəllimi vəzifəsinə təyin edilmiş və 2016-cı il tarixdən müddətsiz müqavilə üzrə işə qəbul edilmişdir. İddiaçı xx xxxx 2017-ci il tarxdə işdən xaric edilmişdir. Bu anda isə iddiaçı həm analıq məzuniyyətində olmuş, həm də müddətsiz müqavilə üzrə işləmişdir. X4 Təhsil Naziri təyin edildikdən sonra Regional Təhsil İdarələri yaranmışdır. Regional Təhsil İdarəsindən onlara şifahi olaraq bildirilmişdir ki, 2012-ci ildən sonra MİQ-dan kənar müddətsiz müqavilə üzrə işə götürülmüş müəllimlərin işdən azad edilmələri, müddətli müqavilə üzrə işə qəbul edilərək MİQ-dan keçmələri üçün 1 il vaxt verilməsi tövsiyyə edilmişdir. İddiaçı MİQ üzrə imtahana girmiş və 41 bal toplamışdır. Lakin həmin il, yəni 2017-ci ildə ilk dəfə müəllimlərin imtahanda topladıqları bala görə yerdəyişmə müsahibəsi keçirilmiş və Şəki şəhərindən olan Cabbarova Vüsalə adlı müəllimə öz yerdəyişmə hüququndan istifadə edərək Samirə müəllimənin məktəbdəki vakant yerini tutmuşdur. Həmin müddət ərzində Samirə müəllimənin MİQ-daki imtahan nəticəsi açıqlanmadığından həmin müsahibədə iştirak edə bilməmiş və müddətli müavilənin müddəti bitdiyindən işdən azad olunmuşdur. Məktəbdə işlədiyi dövrdə iddiaçıdan hər hansı narazılığı olmamışdır. O, məktəbdə özünü savadlı, əzabkeş və şagirdlərin hörmətini qazanmış müəllimə kimi göstərmişdir. Əgər iddiaçı işə bərpa olunarsa onu işə götürər. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Baş Zəyzid kənd tam orta məktəbi üzrə xx xxxx 2017-ci il 85 nömrəli əmrin 2-ci paraqrafından çıxarışdan görünür ki, İddiaçı məktəbin ali təhsilli coğrafiya müəllimi onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı xx xxxx 2017-ci il tarixdə bitdiyindən xx xxxx 2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli 21 nömrəli əmrdən görünür ki, İddiaçı Baş Zəyzid kənd tam orta məktəbinə ali təhsilli coğrafiya müəllimi vəzifəsinə müvəqqəti müəllim təyin edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 140 nömrəli əmrdən görünür ki, İddiaçı Baş Zəyzid kənd tam orta məktəbinə müddətli müqavilə üzrə müəllim təyin edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 16 saylı əmrdən görünü ki, İddiaçı həmin tarixdən analıq məzuniyyətinə buraxılmışdır. əsas:753603 saylı əmək qabiliyyətli olmama barədə vərəqə. İşdə olan xx.xx.2016-ci il tarixli 177 saylı əmrdən görünü ki, İddiaçı ilə məktəb arasında xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli 49 saylı əmrdən görünür ki, İddiaçı həmin tarixdən uşağa 3 yaşınadək qulluğa görə güzəştli məzuniyyətə buraxılmışdır. İşdə olan xx xxxx 2017-ci il tarixli 85 saylı əmrdən görünü ki, İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı xx.xx.2017-ci il tarixdə bitdiyindən xx.xx.2017-ci işdən azad edilmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qızı xx xxxxxx 2015-ci il tarixdə 21 nömrəli əmrlə Baş Zəyzid kənd tam orta məktəbinə ali təhsilli coğrafiya müəllimi vəzifəsinə müvəqqəti müddətli müəllim təyin edilmiş, xx.xx.2016-cı il tarixdə isə müddətsiz müqavilə üzrə müəllim təyin edilmiş, xx xxxx 2017-ci il tarixdə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdə isə onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin tarixli əmrlə müddətli əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İşdə olan B 230621 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, Səmədova (Bəşirova) Səbinə Rafiq qızına tarix və coğrafiya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iş üzrə İddiaçı qızı xx xxxxxx 2015-ci il tarixdə 21 nömrəli əmrlə Baş Zəyzid kənd tam orta məktəbinə ali təhsilli coğrafiya müəllimi vəzifəsinə müvəqqəti müəllim təyin edilmiş, xx.xx.2016-cı il tarixdə isə müddətsiz müqavilə üzrə müəllim təyin edilmiş, xx xxxx 2017-ci il tarixdə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdə isə onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin tarixli əmrlə müddətli əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçı əsassız olaraq işdən azad edildiyini göstərərək iddianı müdafiə edir. Cavabdeh təşkilatın rəhbəri isə iddianın təmin edilməsinə etiraz etməyərək qanuni qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixdə isə müddətsiz müqavilə üzrə müəllim məktəbə müəllim təyin edilmiş, lakin həmin müddətli müqavilə xx xxxx 2017-ci il tarixdə qeyri-qanuni olaraq ləğv edilmişdir. Lakin xx.xx.2017-ci il tarixdə iddiaçı ilə yenidən müddətli əmək müqaviləsi bağlanmış və elə həmin tarixli əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçı tərəfindən hazırda mübahisələndirilən əmr xx xxxx 2017-ci il tarixli, 85 saylı müddətli əmr olduğundan məhkəmə mübahisəyə müddətli müqavilənin ləğvi konteksindən yanaşmış və qanunvericiliyin bu münasibətləri tənzimləyən müddəalarının tətbiqini zəruri hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 42-ci madəsinə əsasən; 1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən; 1. Əmək müqaviləsi yazılı formada bağlanır. 2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin əsaslar aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İşəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin göstərilən tələblərinin pozulması ilə xitam verilən əmrlər qanunauyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən;
1. müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin birinci bəndinə əsasən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi cavabdeh iddiaçının analıq məzuniyyətində olduğu vaxtda işdən azad etmişdir. Bu isə əmək qanunvericiliyinin müddəalarına ziddiyyət təşkil edir və qeyriqanunidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçını qeyri-iş günü olan xx xxxx 2017ci ildən işdən azad etmişdir. Şərh edilənlərdən görünür ki, Baş Zəyzid kənd tam orta məktəbinin direktoru İddiaçı ilə aralarındakı müqaviləni iddiaçı analıq məzuniyyətində olduğu müddətdə ləğv etmişdir. Buna görə də Baş Zəyzid kənd tam orta məktəbinin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2017-ci il tarixli, 85 saylı əmri ləğv edilməli və İddiaçı Baş Zəyzid kənd tam orta məktəbində əvvəlki müəllim işinə bərpa edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sоnrа həmin sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yоxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsində göstərilir ki, işdə iştirаk edən şəxslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yоxlаnılmаlı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Baş Zəyzid kənd tam orta məktəbinin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2017-ci il tarixli, 85 saylı əmri ləğv edilsin. İddiaçı Baş Zəyzid kənd tam orta məktəbində əvvəlki müəllim işinə bərpa edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Cahid İmanov