Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-594/2021 06.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Cavabdeh3 qarşı «çıxarışın ləğvi və vərəsələrin düzgün müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin notariusu Sərdar Nəsibov, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynov və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X4nun Şəki rayonu Baş Göynük kəndində yerləşən mirasına vərəsələrin düzgün müəyyən edilməsi və həmin mirasa dair bacısı Cavabdeh3 adına verilmiş xx xxxxxx 2020-ci il tarixli çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin notariusu Sərdar Nəsibov və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynov əsl cavabdeh olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmiş, iş üzrə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1981-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. xx xxxxxxxx 1999-cu il tarixdə Balakən rayonu Qazma kənd sakini X11 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan iki oğlu var. Hazırda həyat yoldaşı və uşaqları ilə bərabər Balakən rayonu Qazma kəndində yaşayır. Onlar bacıları - Gülyanaq və Rəziyə də daxil olmaqla ailədə üç uşaq olmuşlar. X4 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Ata evi ilə həmişə sıx əlaqəsu və qarşılıqlı getgəli olmuşdur. Atasının sağlığında sözügedən evin idarə olunmasında, təmir-tikintisində həmişə xüsusi rolu və zəhməti olmuşdur. Lakin atası vəfat etdikdən sonra onun mirasından qanun üzrə vərəsəlik yolu ilə payına düşməli olan dörddə bir hissəyə faktiki olaraq yiyələnməyinə bacısı – hazırkı iş üzrə cavabdeh - Cavabdeh3 tərəfindən həmişə maneçilik törədilmişdir. Gülyanaq biləndə ki o, artıq sonuncunun özbaşınalıqlarından bezib hüquqmühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir, xx xxxxxx 2020-ci il tarixdə qanunsuz yolla əldə etdiyi Çıxarışın şəklini WhatsApp vasitəsi ilə ona göndərmiş və bildirmişdir ki, "Gülmira əl-ayağa düşməsin, artıq gecdir, mən kupçamı almışam". Onlar üç bacı olmaqla eyni bir atanın və ananın övladlarıdırlar. Anaları Maraqlı şəxs1 hal-hazırda sağdır. O da üç övladı ilə bərabərhüquqlu vərəsədir. X4 xx xxxxxx 2020-ci il tarixdə vəfat edənə qədər öz sağlığında hər hansı vəsiyyətnamə tərtib etdirməmişdir. Deməli o, öz ailəsinin hər bir üzvünü öz mirasına bərabərhüquqlu şəxs hesab etmişdir. Onlar isə üç uşaq olaraq eyni ata və ananın övladları olduqlarına görə qanun qarşısında da bərabər hüquqludurlar. Onlar – üç bacı eyni dərəcədə ömürləri boyu əllərinə düşən pulla ata evinin təmirinə, tikintisinə və abadlaşmasına kömək etmişlər. Cavabdeh3 hansı qanunsuzluğun və ya saxtakarlığın nəticəsində hazırda ləğvini tələb etdiyi xx xxxxxx 2020-ci il tarixli Çıxarışı əldə etmişdir. Hətta mərhum atasına öz sağlığında hər hansı bir vəsiyyətnamə imzalatmışlarsa belə yenə onlar mirasdan məcburi payı almalıdırlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və qeyd etdi ki, ata mülkündə nə varsa, onlardan pay istəyir. Çünki onun atasının bir vərəsəsi kimi məcburi payı var. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, əmlakın atasının sağlığında bağışlanmasından xəbəri olmamışdır. Bacısı Cavabdeh3 evi olmadığından o və digər bacısı sonuncunun ata mülkündə qalmasına və yaşamasına etiraz etməmiş, həmişə bildirmişdir ki, “evin yoxdur, atamgillə qal, onların qayğısına qal”. Lakin hazırda cavabdeh ata mülkünü satmaq istəyir. Ona görə də əgər ev satılırsa, hər üçün bacının payı verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək göstərdi ki, atası və anasına o və həyat yoldaşı baxmışdır. 2013-cü ildə atası və anası digər bacıları ilə məsləhətləşdikdən sonra evi ona bağışlamışdır. Həmin vaxt heç kəsin etirazı olmamışdır. Mübahisəli əmlak 2013-cü ildən onun tam mülkiyyətindədir. İndiyə kimi əmlakla bağlı ailədə hər hansı mübahisə olmamışdır. Ona görə də hazırda bacısının – hazırkı iş üzrə iddiaçının niyə belə etdiyini başa düşmür. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və arayış əsasında Şəki rayonu Baş Göynük kəndində yerləşən ümumi sahəsi 95.4 m2 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.3275 ha torpaq sahəsi isə X9 və Maraqlı şəxs1 ümumi birgə mülkiyyətinə verilməsinə dair xx xxxx 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra, yəni xx xxxxx 2013-cü il tarixdə X9 və Maraqlı şəxs1 torpaq sahəsini və fərdi yaşayış evini Cavabdeh3 bağışlamışlar. Həmin müqavilə əsasında X8 adına xx xxx 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarış verilərkən texniki səhvə yol verilmiş, tam mülkiyyətçi Cavabdeh3 soyadı “Növbərova” kimi qeyd edilmişdir. Ona görə də həmin texniki səhv aradan qaldırılaraq xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh3 adına texniki pasport və çıxarış verilmişdir. Ərazi idarəsi tərəfindən sözügedən sənədlər işlənərkən qanunvericiliyin bütün tələblərinə əməl edilmiş, heç bir qanunsuzluğa yol verilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 bildirdi ki, Cavabdeh3 və onun həyat yoldaşı, yəni yeznəsi onun və mərhum əri X3 əli olmuşlar. Mübahisəli ev birotaqlı ev olmuşdur. X1 Cavabdeh3 və onun həyat yoldaşı evin hər işinə çatmışlar. Sədül Ağabalayev ağır xəstə olmuş, 5 il yataq vəziyyətində olmuşdur. Ona və mərhum ərinə qızı Cavabdeh3 baxmış, hər tələbatlarını qızı və yeznəsi ödəmişdir. Ona görə də yeznəsini öz oğulları hesab etmişlər. Digər iki qızı isə yadlar kimi gəlib-getmiş, atalarına bir gün də olsa baxmamışlar. Mərhum əri vəfat etdikdən sonra bütün yas və dəfn mərasimini qızı və yeznəsi yola vermiş, qəbir daşını da qızı qoydurmuşdur. Mahiyyəti üzrə bildirdi ki, mübahisəli evi və torpaq sahəsini ərinin sağlığında, yəni 2013-cü ildə notariusa gedib Cavabdeh3 bağışlamışlar. Digər iki qızı Zaqatalada və Balakəndə yaşamış, hər birinin öz evi olmuşdur. Cavabdeh3 isə vaqonda yaşamışdır. Ev qızına məxsusdur, ona görə də sata, bağışlaya bilər. Məhkəmədən onu bu yaşında polisə və məhkəmələrə salan iddiaçının onun övladlığından silinməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 bildirdi ki, evin bağışlanması və ya satılmasından xəbəri olmamışdır. İddiaçı və Cavabdeh3 bacılarıdır. Ona görə heç nə deyə bilmir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: JN-813F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinləri X9 və Maraqlı şəxs1 0.33 hektar pay torpaq sahəsi verilmişdir. Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, 166 nömrəli arayışdan görünür ki, X6 adına Şəki rayonu Baş Göynük kəndində 1976-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsi vardır. Daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Cavabdeh2 tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən, ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6, fərdi yaşayış evinin yerləşdiyi 0.3275 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət üzrə X9 və Maraqlı şəxs1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx xxxxx 2013-cü il tarixli, 4Ə-İ/426 reyestr nömrəli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X9 ona məxsus ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evini, X9 və Maraqlı şəxs1 onlara məxsus 0.3275 ha torpaq sahəsini qızları Cavabdeh3 bağışlamışlar. Cavabdeh2 tərəfindən xx xxx 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.3275 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş texniki pasportdan və xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********23-10301 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.3275 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxxx 2021-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxx 1981-ci il tarixdə anadan olmuşdur. xx xxxxxxxx 1999-cu il tarixdə Balakən rayonu Qazma kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X10 arasında xx xxxxxxxx 1999-cu il tarixdə bağlanmış nikah 23 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Sərkərov, arvada Sərkərova soyadı verilmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli 0.33 ha pay torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinləri X9 və Maraqlı şəxs1 mülkiyyətinə verilmişdir. Bundan sonra X9 və Maraqlı şəxs1 adlarına xx xxxx 2013-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Mülkiyyətçilər özlərinə məxsus əmlak üzərində sərəncam hüquqlarından istifadə edərək torpağı və onun üzərində yerləşən fərdi yaşayış evini xx xxxxx 2013-cü il tarixdə, notariat qaydasında qızları Cavabdeh3 bağışlamışlar. Notarial müqavilələr daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas olduğundan Cavabdeh2 tərəfindən X8 adına xx xxx 2013-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin Çıxarışda tam mülkiyyətçinin soyadı texniki olaraq səhvən “Nöbərova” əvəzinə “Növbərova” kimi göstərildiyindən Cavabdeh2 tərəfindən həmin yanlışlıq aradan qaldırılmış, tam mülkiyyətçi Cavabdeh3 adına Cavabdeh2 tərəfindən xx xxxxxx 2020-ci il tarixli texniki pasport və xx xxxxxx 2020-ci il tarixli, **********23-10301 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı X4ndan qalan miras əmlak üzərində vərəsə kimi məcburi payının olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin tam, torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi X2 həyat yoldaşı, torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi Maraqlı şəxs1 ilə birgə öz əmlakları üzərində sərəncam verərək onu bağışlamışlar. Hazırda Cavabdeh3 mübahisəli əmlakın tam mülkiyyətçisidir. İddiaçının iddia etdiyi əmlak hazırda cavabdehin mülkiyyətində olduğundan həmin əmlakla bağlı hər hansı vərəsəlik yaranmır. Məhkəmə qeyd olunan xx xxxxxx 2020-ci il tarixli çıxarışın qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsinə gəldikdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx xxxxx 2013-cü il tarixli, 4Ə-İ/426 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmiş, notarial müqavilələr daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas olduğundan Cavabdeh2 tərəfindən X8 adına xx xxx 2013-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda mübahisələndirilən çıxarış isə hər hansı əlavə nəticələr yaratmır, xx xxxxx 2013-cü il tarixli, 4Ə-İ/426 reyestr nömrəli bağışlama müqaviləsi əsasında verilmiş xx xxx 2013-cü il tarixli, RX seriyalı, ******* saylı Çıxarışdakı texniki yanlışlığı aradan qaldırır. Odur ki, həmin çıxarışın etibarlılığını şübhə altına alacaq heç bir əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Cavabdeh3 qarşı «çıxarışın ləğvi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin «vərəsələrin düzgün müəyyən edilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Cavabdeh3 qarşı «xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X4nun Şəki rayonu Baş Göynük kəndində yerləşən mirasına dair bacısı Cavabdeh3 adına verilmiş xx xxxxxx 2020-ci il tarixli çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia tələbinin «İddiaçı xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X4nun Şəki rayonu Baş Göynük kəndində yerləşən mirasına vərəsələrin düzgün müəyyən edilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı nəzərə alınsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-594/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-594/2021
06.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver