Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-63/2021 27.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, həmçinin cavabdeh İbrahimova (Məmmədova) Samirə Vaqif qızının nümayəndəsi Cavabdeh2 və cavabdehlərin nümayəndəsi X6 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər İbrahimova (Məmmədova) Samirə Vaqif qızı və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İbrahimova (Məmmədova) Samirə Vaqif qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (İbrahimova) Samirə Vaqif qızının adına rəsmiləşdirilmiş, daha sonra onun tərəfindən bağışlama yolu ilə özgəninkiləşdirilmiş Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş evi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin anası Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, mübahisə predmeti olan əmlak, yəni Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsi və onun üstündə inşa edilmiş ev üzərində cavabdeh Məmmədova (İbrahimova) Samirə Vaqif qızı ilə onun ümumi birgə mülkiyyət hüquqlarının tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə tələbin dəqiqləşdirilməsinə (artırılmasına) dair ərizə təqdim edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxx 2015-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etbarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2013-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması-dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh1 ilə iddiaçı olan oğlu arasında xx xxx 2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Həmin nikahdan onların iki övladları dünyaya gəlmişdir. Nikah dövründə iddiaçı öz adına Şəki Bələdiyyəsindən şəhərin 104-cü kvartalında 600 kv.metr torpaq sahəsi almışdır. İddiaçı həmin torpaq sahəsində ev inşa etmişdir. Sonradan iddiaçı, sözügedən əmlakı cavabdehin, yəni keçmiş həyat yoldaşı Samirənin adına rəsmiləşdirmişdir. 2015-ci ildə isə cavabdehə mübahisə predmeti olan əmlakı satmaq yolu ilə özgəninkiləşdirmək icazəsi vermişdir. Məqsəd isə satışdan əldə olunmuş vəsaiti ailəsinin ümumi ehtiyaclarının qarşılanmasına yönəltmək olmuşdur. İddiaçı bu barədə icazəni rəsmi qaydada vermişdir. Bu barədə notarial təsdiq olunmuş ərizə var. Cari ilin mart ayının 11-də "Elektron notariat" avtomatlaşdırılmış irformasiya sistemindən həmin ərizəyə dair çıxarış da almışdır. Həmin çıxarışın məzmunundan da aydın görünür ki, əmlakın yalnız satış yolu ilə özgəninkiləşdirilməsinə iddiaçı tərəfindən icazə verilmişdir. Əmlakı adına rəsmiləşdirdikdən və bu icazəni aldıqdan sonra cavabdehin ailədaxili davranışlarında, iddiaçıya və ona münasibətində neqativ dəyişikliklər müşahidə etməyə başlamışdır. Cavabdehin dəfələrlə iddiaçıdan xəbərsiz evdən getməsi, əri olan iddiaçının mövqeyinə məhəl qoymadan uzun müddət anasıgildə qalması və sair bu kimi davranışları aralarındaki qarşılıqlı hörmət hissinin bitdiyindən, ailə bağlarının sarsıldığından xəbər vermişdir. Məhz, bu cür vəziyyət nikahın pozulması ilə nəticələnmişdir. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra uşaqlar anasının, yəni cavabdehin himayəsində qalmışlar. İddiaçı bir müddət aliment ödəmiş, lakin, işsiz olduğundan və keçirdiyi mənəvi sarsıntıdan dolayı qazanc əldə etmək üçün hər hansı bir fəaliyyətlə məşğul ola bilmədiyindən aliment borcu yaranmışdır. İddiaçı aliment öhdəliyini icra edə bilmədiyindən məsuliyyətə cəlb olunmuşdur. İddiaçı, qarşı tərəfə mübahisə predmeti olan birgə əmlakıı satmağı və əldə olunmuş vəsaiti ½ olaraq bölməyi, iddiaçının özünə düşən hissənin hesabına aliment borcunu bağlamağı təklif etmişdir. Lakin təklif cavabsız qalmışdır. Qarşı tərəfin şübhə doğuran davranışları iddiaçını əmlakın taleyi ilə maraqlanmağa sövq etmişdir. Bu məqsədlə cari ilin mart ayında iddiaçının etibarnamə üzrə nümayəndəsi olaraq o, notarait kontoruna müraciət etmişdir. Əmlak onun adına olmadığından sorğusu əsasında marağında olduğu sənədləri əldə edə bilməmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi, iddiaçının mübahisə predmeti olan əmlak barədə cavabdehə verdiyi satış icazəsini özündə əks etdirən ərizənin reyestrdən çıxarışını almışdır. Eyni zamanda, həmin gün onlara məlum olmuşdur ki, cavabdeh iddiaçının iradəsinə zidd olaraq birgə əmlakları satış yolu ilə deyil, bağışlama yolu ilə özgəninkiləşdirmiş, yəni anası Cavabdeh2 bağışlamış və onun adına rəsmiləşdirmişdir. Böyük ehtimal ki, bu yolla cavabdeh, öz xəyalında sözügedən əmlakı birgə mülkiyyət hüququ rejimindən azad etdiyini və həmin əmlaka münasibətdə iddiaçının hüquqlarını aradan qaldırdığını düşünür. Lakin, bu məsələ ilə bağlı qanunun müəyyən etdiyi mövqe tam fərqlidir. Göründüyü kimi, cavabdeh ümumi birgə əmlak üzərində sərəncamla bağlı əldə edilən qarşılıqlı razılaşmanın hüdudlarından kənara çıxmış, iddiaçının iradəsinə zidd hərəkət etməklə mülkiyyət hüquqlarını pozmuşdur. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etbarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2013-cü il tarixli çıxarışın ləğv edilməsini, həmçinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxx 2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh, həmçinin cavabdeh İbrahimova (Məmmədova) Samirə Vaqif qızının nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh xx xxx 2008-ci il tarixdə rəsmi olaraq ailə qurmuş və onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə birgə nikahda olduqları dövrdə əldə etdikləri və iddiaçının adına rəsmləşdirilmiş torpaq sahəsini xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1 bağışlamış, Cavabdeh1 həmin torpaq sahəsini öz adına rəsmləşdirmişdir. Cavabdeh1 sonradan yəni 2015-ci il tarixdə həmin torpaq sahəsini ona bağışlamış, o da elə həmin tarixdə torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Həmin vaxt iddiaçı buna heç bir etiraz etməmiş, əksinə bunun rəsmiləşdirilməsi üçün notarial qaydada icazə də vermişdir. Həmçinin bütün bu dövrdə həmin torpaq sahəsini üzərində heç bir fərdi yaşayış evi və ya hər hansı bir tikil olmamışdır. Belə ki o, həmin torpaq sahəsi ona bağışladıqdan sonra verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində mövcud ərazinin planında heç bir tikilinin olması göstərilməmişdir. Bu da bir daha onu təsdiq edir ki, həmin ərazidə bağışlama müqaviləsi bağlanan zaman heç bir tikili mövcud olmamışdır. Əgər orada tikili mövcud olsaydı bu müqavilədə də öz əksini tapardı. Ancaq müqavilədən də görünür ki, sadəcə olaraq torpaq sahəsi bağışlanılmışdır. Lakin iddiaçı əsassız olaraq ərizəsində guya onun tərəfindən torpaq sahəsinin va evin bağışlanıldığı qeyd edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçı iddia ərizəsində istərsə də ona əlavə edilmiş sənədlərlə iddia tələbini heç bir sübutla sübuta yetirə bilməmiş və ümumiyyətlə onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ belə yoxdur. Həmçinin göstərmişdir ki, bütün bu proseslərdən sonra tərəflər arasında münasibət korlanmış və onlar xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında boşanmışlar. Yəni qeyd edilən bağışlanma müqavilələri tərəflərin nikahları pozulmamışdan əvvəl olmuşdur. Hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması alimenti ödəməməsi, buna görə inzibati və cinayət məsuliyyətə cəlb edilməsi olmuşdur. İddiaçının alimenti ödəməməsi və məsuliyyətə cəlb edilməsi onun yox məhz iddiaçının təqsiri ucbatından olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməməsi səbəbindən məsuliyyətə cəlb edilmişdir. İddiaçı bu hərəkətləri nəticəsində öz valideynlik borcunu yerinə yetirməmiş və uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtında ödəməmişdir. Hesab etmişdir ki, bu kimi hallar isə bağışlama müqaviləsinin etibarsızlığının əsası kimi çıxış edə bilməz. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi X6 oğlu digər cavabdeh həmçinin Cavabdeh1 nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan eyni məzmunlu izahat verərək onun izahatın təsdiq etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şəki rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxx 2008-ci il tarixdə bağlanmış nikah aktı xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 20 saylı iclas protokolundan çıxarış 75 nömrəli qərardan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 227/12 saylı ünvanda 1997-ci il tarixdən qeydiyyatda olan İddiaçı ərizəsi, Şəki Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Tikinti və Memarlıq şöbəsinin xx.xx.2011-ci il tarixli, 13/2117 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin xx.xx.2011-ci il tarixli, 1876 saylı razılıq məktubları nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan -104-cü kvartalından İddiaçı mülkiyyətinə 0,06 ha torpaq sahəsinin satılması, Şəki şəhər icra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsinə dair sərəncamı, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanmasına icazə verilməsi, vətəndaş tərəfindən torpaq sahəsinin dəyərinin Şəki Bələdiyyəsinin hesabına tam ödənildiyinin nəzərə alınması, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşa alqı-satqı sənədlərinin verilməsinin təmin edilməsi, qərarın icrası bələdiyyənin memarı C.M.Musayevə, bələdiyyənin böyük mühasibi Ş.R.Quliyevə və bələdiyyənin hüquqşünası Ə.İ.Bəşirova tapşırılması qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ərizədə göstərilmişdir ki, mən X4, arvadım Cavabdeh1 mülkiyyətində olan Şəki şahəri, 104-cü kvartal ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin istədiyi qiymətə istədiyi şərtfər altında satılmasına heç bir etirazım yoxdur və gələcəkdə heç bir iddiası olmayacaq. Odur ki, imzamla təsdiq edirəm. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş AZ-İ 408561 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx xxx 2008-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 103 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Xİİ-JQ 323008 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X2 atası X3, anası isə Cavabdeh2 Haqverdi qızıdır. İddiaçı qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqavilələrinin, çıxarışların qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilməsi barədə iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X9 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X9 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 2008-ci ildə ailə qurmuş və onlar arasındakı nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Tərəflər birgə nikahları dövründə Şəki şəhəri 104-cü kvartalda 0,06 ha torpaq sahəsi alaraq onu iddiaçının adına rəsmləşdirmişlər. Birgə nikahda olduqları 2013-cü ildə iddiaçı həmin torpaq sahəsini arvadı -Cavabdeh1 bağışlamış və bununla bağlı RX seriyalı, ******* saylı çıxarış alınmışdır. Həmçinin tərəflər birgə nikahda olduqları dövrdə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsini anası sahəsi Cavabdeh2 bağışlamış və buna dair RX seriyalı, ******* saylı çıxarış da alınmışdır. Bu zaman iddiaçı notariusda qeyd edilən torpaq sahəsinin satılmasına etiraz etməməsi ilə bağlı ərizə verməklə bir növ həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılığını vermişdir. Hazırda mübahisə edilən Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Hazırda iddiaçı onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etbarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixli çıxarışın ləğv edilməsini, həmçinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxx 2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə, cavabdeh isə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: - bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; -hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; -hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; -hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü 4 şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bütün yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışların etibarsızlığına əsas ola biləcək hər hansı sübut və ya dəlil məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçı tərəfindən mübahisələndirilən RX seriyalı ******* nömrəli xx xxxx 2015-ci il tarixli və **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2013-cü il tarixli çıxarışlar etibarsız hesab edilə bilməz. Bundan başqa T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Plenumun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Həmçinin qeyd etmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi iddiaçı birgə nikahları dövründə əldə etdikləri torpaq sahəsini Cavabdeh1 2013-cü ildə bağışlamış, həmçinin iddiaçının da bildirdiyinə görə 2015-ci ildə Cavabdeh1 həmin torpaq sahəsini anası Cavabdeh2 bağışlamasından xəbəri olmuşdur. Göründüyü kimi iddiaçının qeyd edilən bağışlama müqavilələrindən ən azından 5 ildir ki, xəbəri olmuş, lakin onun etibarsız olduğu gündən 1 il ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, bundan 5 il ötdükdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, xx xxxxxx 2013-cü il tarixli və xx xxxx 2015-ci il tarixli bağışlama müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və onun ləğvi üçün, həmçinin RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Bütün yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı, onunla Cavabdeh1 arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etbarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2013-cü il tarixli çıxarışın ləğv edilməsi və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxx 2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı, onunla Cavabdeh1 arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etbarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2013-cü il tarixli çıxarışın ləğv edilməsi və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxx 2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-63/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-63/2021
27.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver