Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-679/2021 19.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” ********** saylı çıxarışla 25.72 ha torpaq sahəsindən və ********** saylı çıxarışla 1.58 ha torpaq sahəsindən 1/11 hissənin naturada bölünməsi, payının müəyyən olunaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.5814 ha torpaq sahəsi reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətlərindədir. Həmçinin, Şəki rayonu Turan qəsəbəsində yerləşən 25.7236 ha torpaq sahəsi reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətlərindədir. O, torpaq sahələrindən paylarını ayırmaqla, özünə ayrıca çıxarış almaq istəyir. Buna görə də ümumi birgə mülkiyyətdə olan əmlakdan ona düşən payın naturada ayrılması ilə əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.5814 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, İddiaçı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətlərindədir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 25.7236 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, İddiaçı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 203 saylı ekspert rəyindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olan 1.5814 ha torpaq sahəsindən İddiaçı aid 1/11 hissə payın naturada ayrılması mümkündür. Bölgü zamanı 1/11 paya uyğun 0.1437 ha torpaq sahəsi müəyyən edilir. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 qizi və Cavabdeh8 ümumi birgə mülkiyyətində olan 25.7236 ha torpaq sahəsindən İddiaçı aid 1/11 hissə payin naturada ayrılması mümkündür. Bölgü zamanı 1/11 paya uyğun 2.3385 ha torpaq sahəsi müəyyən edilir. Bölgü zamanı paylara uyğun sahələr AutoCAD proqramı vastəsiylə işlənib hazırlanmış, plan-sxemdə ətraflı göstərilmişdir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.5814 ha və 25.7236 ha torpaq sahələri reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, İddiaçı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı mülkiyyətində olan əmlaklardan öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa «İnsan Hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətində özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin Məcəllənin 220.3-cü maddəsinə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.5814 ha və 25.7236 ha torpaq sahələri reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, İddiaçı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətlərindədir. Mübahisə predmeti olan əmlaklar iddiaçının istifadəsində olduğundan iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olan 1.5814 ha torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 0.1437 ha torpaq sahəsi ayrılaraq İddiaçı verilməlidir. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olan 25.7236 ha torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 2.3385 ha torpaq sahəsi ayrılaraq İddiaçı verilməlidir. Dövlət rüsumu tələb edilmədiyindən 10 (on) manat rüsumu iddiaçı Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olan 1.5814 ha torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 0.1437 ha torpaq sahəsi ayrılaraq İddiaçı verilsin. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Süleymanova (Məhərrəmova) Lalə Fərzayıl qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd qızı, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olan 25.7236 ha torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 2.3385 ha torpaq sahəsi ayrılaraq İddiaçı verilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-679/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-679/2021
19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver