Məhkəmə qərarları › İş №2(075)-73/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-73/2022

06.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-73/2022 06.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tərtib edilmiş texniki passporta əsasən, passportda “Q” qrifi ilə işarələnmiş, sahəsi 29 kv.m olan mətbəxlə, C qrifi ilə işarələnmiş, sahəsi 16 kv.m olan altıaçığı və həmin evə məxsus həyətin naturada 1/3 hissəsiini, mümkün olmadıqda 1/3 hissəyə ən yaxın bölünməsi mümkün olan hissəsinin də ayrılması ilə ayrıca onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evindən ona düşən 1/3 paydan cavabdehlərin xeyrinə imtina etməsini nəzərə alaraq, həmin evə aid torpaq sahəsinin texniki passportda “Q” qrifi və çıxarışda “yay mətbəxi” kimi işarələnmiş otağın onun istifadəsinə verilməsi və həmin otağın yerləşdiyi ərazi da daxil olmaqla, qeyd edilən evə aid torpaq sahəsinin 1/3 hissəsinin naturada ayrılması ilə onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 04 noyabr 2011-ci il tarixdə verilmiş, MA seriyalı ******* nömrəli çıxarışa və 01 noyabr 2011-ci il tarixdə tərtib edilmiş **********54- 10301 reyestr və 4739 inventar saylı texniki passporta əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi hər biri bərabər 1/3 pay olmaqla onun və doğma qardaşları olan cavabdehlərin mülkiyyətindədir. Qeyd edilən daşınmaz əmlakın naturada bölünməsi ilə bağlı cavbdehlərə və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciəti müsbət həllini tapmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.06 hektar torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qanuni və ədalətli qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(075)-1812/2021 saylı qərardadına əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 10/3942 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiq olunan ünvan 2 ünvanda fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 44.5 kv.metr olan fərdi yaşayış evindən İddiaçı aid 1/3 hissə payın naturada ayrılması İnşaat Norma və Qaydalarının və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil. 0.06 ha torpaq sahəsinin İddiaçı aid 1/3 hissəsinin ayrılması isə mümkündür. Bunun üçün həmin torpaq sahəsinin sol tərəfindən 15.4 metr uzunluğunda, 13 metr enində torpaq sahəsi ayrılaraq iddiaçının istifadəsinə verilə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 04 noyabr 2011-ci il tarixdə verilmiş, MA seriyalı ******* nömrəli çıxarışa ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 hektar torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaqdan ona düşən payın, yay mətbəxi də daxil olmaqla ayrılaraq ona verilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri müstəqil mülkiyyətçidir və hər birinin payı məlumdur, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə əsasən onlar hər biri paylı mülkiyyətçidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkiyyətlərində olan torpaq sahəsinin naturada ayrılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən və işin digər materiallarından da göründüyü kimi ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin İddiaçı aid 1/3 hissəsinin ayrılması isə mümkündür. Bunun üçün həmin torpaq sahəsinin sol tərəfindən 15.4 metr uzunluğunda, 13 metr enində torpaq sahəsi ayrılaraq iddiaçının istifadəsinə verilməlidir Lakin yaşayış evinin yerləşmə mövqeyini, fərdi yaşayış evinin tərkibində olan kommunal sahələrin yeganə olduğunu nəzərə alaraq mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə ekspert rəyinə hüquqi qiymət verərək qeyd edir ki, həmin rəy hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edilməli və rəydə göstərilən qaydada torpaq sahəsinin 1/3 hissəsi naturada ayrılaraq iddiaçıya verilməlidir. Lakin məhkəmə qeyd edir ki, həmin evə aid torpaq sahəsinin texniki passportda “Q” qrifi, çıxarışda “yay mətbəxi” kimi işarələnmiş otağın yerləşdiyi ərazi da daxil olmaqla həmin otağın da naturada ayrılaraq iddiaçıya verilməsi hissəsində tələb əsaslı deyil. Belə ki, məhkəmə hesab edir ki, qeyd olunan tikiliümumi istifadədə olduğundan digər mülkiyətçilərin də həmin yay mətbəxindən istifadə etmək hüquqları vardır. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının rəyinə uyğun torpaq sahəsinin bölgüsü cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxarmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin İddiaçı aid olan 1/3 hissəsi ekspert rəyinə uyğun formada naturada ayrılmalı (torpaq sahəsinin sol tərəfindən 15.4 metr uzunluğunda, 13 metr enində) ayrılaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin İddiaçı aid olan 1/3 hissəsi (yəni torpaq sahəsinin sol tərəfindən 15.4 metr uzunluğunda, 13 metr enində) naturada ayrılaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar