Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-901/2020 14.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı X1 xx xxxxxx 1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 onun oğludur. Mərhum övladı X4 xx xxx 1989-cu il tarixdə Şəki rayonu Kiş kəndində doğulmuşdur. Yalçın Yunusov anadangəlmə xəstə doğulmuş, uzun sürən xəstəlikdən sonra xx xxxxxx 1999-cu il tarixdə vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, mərhum oğluna məxsus ölüm haqqında şəhadətnamə yoxdur. Üzürlü səbəblərdən oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X7 göstərdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 xx xxxxxx 1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirdi ki, ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 göstərdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçi ilə Yunusov Sülöyman Fikrət oğlunun birgə nikahlarından xx xxx 1989-cu il tarixdə X4 doğulmuşdur. Uşaq anadangəlmə qüsurlu olmuş, 1999-cu ilin noyabr ayında vəfat etmişdir. Şəki rayonu Kiş kəndində ailə qəbiristanlığında dəfn edilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, X4 1999cu ilin noyabr ayının əvvəllərində vəfat etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir. İşdə olan Azərbaycan SSR Şəki şəhəri VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1989-cu il təvəllüdlü X1 atası Yunusov Sülöyman Fikrət oğlu, anası isə Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 05/Q-2487/70 nömrəli məktubdan görünür ki, xx xxx 1989-cu il təvəllüdlü X1 xx.xx.1995-xx.xx.2011-ci illər arası yoxlanılmış ölüm akt qeydi kitablarında ölüm faktı aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X11 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 718 nömrəli məktubdan görünür ki, xx xxx 1989-cu il təvəllüdlü X1 ölüm hadisəsi uzaq illərə aid olduğundan müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Kiş kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1395 nömrəli arayışdan görünür ki, xx xxx 1989-cu il təvəllüdlü X4 xx xxxxxx 1999-cu il tarixdə Şəki rayonu Kiş kəndində vəfat etmiş, kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 05/Q-941/13 nömrəli məlumatdan görünür ki, xx xxx 1989-cu il təvəllüdlü X1 barəsində övladlığa götürmə, soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə görə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikasının MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi oğlu xx xxx 1989-cu təvəllüdlü X4 1999-cu ilin noyabr ayında vəfat etmiş, Şəki rayonu Kiş kəndində dəfn edilmişdir. Üzürlü səbəblərdən oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi oğlu xx xxx 1989-cu il tarixdə Şəki rayonu Kiş kəndində doğulmuş X1 1999-cu ilin noyabr ayında vəfat etməsi faktı müəyyən edilməli, əsaslı olmadığından ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 (on) manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx xxx 1989-cu il tarixdə Şəki rayonu Kiş kəndində doğulmuş X1 1999-cu ilin noyabr ayında vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-901/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-901/2020
14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver