Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1014/2023 31.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı MMCnin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 24 ay olmaqla 26 avqust 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 675 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 448 manat borcu qalmışdır. Bundan başqa cavabdeh X1 ilə İddiaçı MMC arasında müddəti 20 ay olmaqla 22 sentyabr 2021-ci il tarixli nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 597 manat olan məişət avadanlığı əldə etmişdir. Cavadehin müqavilə üzrə qismən edənişlər etdikdən sonra iddiaçıya 377 manat borcu qalıb. Bundan başqa, cavabdeh X1 ilə İddiaçı MMC arasında müddəti 20 ay olmaqla 08 noyabr 2021-ci il tarixli nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 597 manat olan məişət avadanlığı əldə edib. Cavadehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 433 manat borcu qalmışdır. Bundan başqa, cavabdeh X1 ilə İddiaçı MMC arasında müddəti 24 ay olmaqla 13 dekabr 2021-ci il tarixli nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 775 manat olan məişət avadanlığı əldə etmişdir. Cavadehin müqavilə üzrə qismən edənişlər etdikdən sonra iddiaçıya 640 manat borcu qalıb. Bundan başqa, cavabdeh X1 ilə İddiaçıMMC arasında müddəti 24 ay olmaqla 09 fevral 2022-ci il tarixli nisyə-alqı satqı müqaviləsi bağlıanıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1129 manat olan məişət avadanlığı əldə edib. Cavadehin müqavilə üzrə qismən edənişlər etdikdən sonra iddiaçıya 1034 manat borcu qalıb. Bundan başqa, cavabdeh X1 ilə İddiaçıMMC arasında müddəti 24 ay olmaqla 20 fevral 2022-ci il tarixli nisyə-alqı satqı müqaviləsi bağlıanıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1140 manat olan məişət avadanlığı əldə edib. Cavadehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1008 manat borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 26 avqust 2021-ci il tarixli, GNK5962235 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 448 (dörd yüz qırx səkkiz) manat əsas borc, 22 sentyabr 2021-ci il tarixli GNK5962331 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 377 (üş yüz yetmiş yeddi) manat əsas borc, 08 noyabr 2021-ci il tarixli GNK5962503 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 433 (dörd yüz otuz üç) manat əsas borc, 13 dekabr 2021ci il tarixli GNK5962643 SAYLİ nisyə alqı-satqı müqaviləsinə əsasən 640 (altı yüz qırx) manat əsas borc, 09 fevral 2022-ci il tarixli GNK5962916 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1034 (min otuz dörd) manat əsas borc, 20 fevral 2022-ci il tarixli GNK5962967 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1008 (min səkkiz) manat əsas borc və 58 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3940 (üç min doqquz yüz qırx) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 23 fevral 2023-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, Cavabdeh rəsmi qaydada məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GNK5962235 saylı borc müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 675 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 3 manatını ilkin ödəniş etmiş, qalan 672 manat məbləği borcu 24 ay müddətinə aylıq 28 manat olmaqlaİddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GNK5962331 saylı borc müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 597 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 17 manatını ilkin ödəniş etmiş, qalan 580 manat məbləği borcu 20 ay müddətinə aylıq 29 manat olmaqla İddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GNK5962503 saylı borc müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 597 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 17 manatını ilkin ödəniş etmiş, qalan 580 manat məbləği borcu 20 ay müddətinə aylıq 29 manat olmaqlaİddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GNK5962643 saylı borc müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 775 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 7 manatını ilkin ödəniş etmiş, qalan 768 manat məbləği borcu 24 ay müddətinə aylıq 32 manat olmaqlaİddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, GNK5962916 saylı borc müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1129 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 1 manatını ilkin ödəniş etmiş, qalan 1128 manat məbləği borcu 24 ay müddətinə aylıq 47 manat olmaqlaİddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, GNK5962967 saylı borc müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1140 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 6 manatını ilkin ödəniş etmiş, qalan 1134 manat məbləği borcu 18 ay müddətinə aylıq 63 manat olmaqlaİddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli, GNK596235 saylı borc müqaviləsinə əsasən 448.00 manat, xx.xx.2021-ci il tarixində bağlanmış GNK5962331 saylı borc müqaviləsinə əsasən 377.00 manat, xx.xx.2021-ci il tarixində bağlanmış GNK5962503 saylı borc müqaviləsinə əsasən 433.00 manat, xx.xx.2021-ci il tarixində bağlanmış GNK5962643 saylı borc müqaviləsinə əsasən 640.00 manat, xx.xx.2022-ci il tarixində bağlanmış GNK5962916 saylı borc müqaviləsinə əsasən 1034.00 manat, xx.xx.2022-ci il tarixində bağlanmış GNK5962967 saylı borc müqaviləsinə əsasən 1008.00 manat olmaqla ümumilikdə 3940.00 manat əsas (qalıq) borcu vardır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh мцгавиля цзря ющдялийи мцяййянляшдирилмиш вахт ярзиндя иъра етмяйи ющдясиня эютцрмясиня бахмайараг, иъра етмямиш, göstərilənlər nəticəsində cavabdehin iddiaçıya cəmi 3940 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Азярбайъан Республикасынын Мцлки Мяъяллясинин 324.1–ъи маддясиня ясасян ягд мцлки щцгуг мцнасибятинин ямяля эялмясиня, дяйишдирилмясиня вя йа хитамына йюнялдилмиш биртяряфли, икитяряфли вя йа чохтяряфли ирадя ифадясидир. Щямин Мяъяллянин 329.2–ъи маддясиня ясасян ягдляр шифащи вя йа йазылы (садя вя йа нотариат) формада баьланыр. Щямин Мяъяллянин 329.3–ъц маддясиня ясасян шифащи баьлана билян ягд о щалда баьланмыш сайылыр ки, шяхсин ягди баьламаг ирадяси онун ряфтарындан мялум олур. Щямин Мяъяллянин 567–ъи маддясиня ясасян алгы–сатгы мцгавилясиня эюря сатыъы яшйаны алыъынын мцлкиййятиня вермяйи, алыъы ися яшйаны гябул едиб явязиндя мцяййянляшдирилмиш пул мябляьини (гиймяти) юдямяйи ющдясиня эютцрцр. Щямин Мяъяллянин 600.1–ъи маддясиня ясасян алгы–сатгы мцгавилясиндя яшйанын алыъыйа верилдикдян мцяййян мцддят сонра юдянилмясинин (яшйаларын нисйя сатышынын) нязярдя тутулдуьу щалда алыъы юдяниши мцгавилядя нязярдя тутулан мцддятдя, мцгавилядя беля мцддят нязярдя тутулмадыгда ися бу Мяъяллянин 427–ъи маддясиня уйьун мцяййянляшдирилмиш мцддятдя щяйата кечирмялидир Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, GNK596235 saylı borc müqaviləsinə əsasən 448.00 manat, xx.xx.2021-ci il tarixində bağlanmış GNK5962331 saylı borc müqaviləsinə əsasən 377.00 manat, xx.xx.2021-ci il tarixində bağlanmış GNK5962503 saylı borc müqaviləsinə əsasən 433.00 manat, xx.xx.2021-ci il tarixində bağlanmış GNK5962643 saylı borc müqaviləsinə əsasən 640.00 manat, xx.xx.2022-ci il tarixində bağlanmış GNK5962916 saylı borc müqaviləsinə əsasən 1034.00 manat, xx.xx.2022-ci il tarixində bağlanmış GNK5962967 saylı borc müqaviləsinə əsasən 1008.00 manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 26 avqust 2021-ci il tarixli, GNK5962235 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 448 (dörd yüz qırx səkkiz) manat əsas borc, 22 sentyabr 2021-ci il tarixli GNK5962331 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 377 (üç yüz yetmiş yeddi) manat əsas borc, 08 noyabr 2021-ci il tarixli GNK5962503 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 433 (dörd yüz otuz üç) manat əsas borc, 13 dekabr 2021-ci il tarixli GNK5962643 SAYLİ nisyə alqı-satqı müqaviləsinə əsasən 640 (altı yüz qırx) manat əsas borc, 09 fevral 2022-ci il tarixli GNK5962916 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1034 (min otuz dörd) manat əsas borc, 20 fevral 2022-ci il tarixli GNK5962967 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1008 (min səkkiz) manat əsas borc və 58 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3940 (üç min doqquz yüz qırx) manat məbləğində pul alınıb İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 58 (əlli səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1014/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1014/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver