Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1033/2023 27.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мüəyyənеtdi: Ərizəçi X8 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1973-cü ildə anadan olmuş X1nın xx.xx.2020-ci ildə Şəmkir rayonunda ölməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X9 ilə X2 birgə nikahlarından xx xxxxx 1992ci ildə anadan olmuşdur. X1 xx.xx.2020-ci ildə zəhərlənmə nəticəsində vəfat etmişdir. Anası vəfat edərkən ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda o anasına ölüm haqqında şəhadətnamə almaq istəsə də, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə ona ölüm haqqında şəhadətnamə ala bilmirlər. Bunun üçün Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs tərəfindən anasına ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X8 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq ölüm faktının müəyyən edilməsinin ona sosial müavinat almaq üçün lazım olduğunu bildirərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan X2 qəbir daşının fotoşəklindən görünür ki, X4 doğum tarixi xx.xx.1973-cü il, ölüm tarixi xx.xx.2023-cü il kimi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs 22 fevral 2023-cü il tarixli 3-16-5/391 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış X5 üzrə yoxlama aparılmış X2 ölümü barədə məlumat aşkar olunmamışdır. Ölüm haqqında həkimin tibbi şəhadətnaməsi və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından müraciətin təmin olunması mümkün olmamışdır. İşdə olan Şəmkir rayon prokurorluğunun 15 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, icraatda olan 125-c-20 nömrəli toplanmış material üzrə X2 yaşadığı evdə ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri, fotoşəkili və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər, sosial müavinat almaq üçün lazımdır. Maraqlı şəxs ərizəçinin mərhum anasının ölüm faktının müəyyən edilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 05 yanvar 1973-ci ildə doğulmuş X2 13 iyun 2020-ci ildə Şəmkir rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçi X6 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1033/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1033/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver