Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1071/2023 14.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasi tələbinə dair iddiasi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “AccessBank QSC” arasında bağlanmış xx.xx.2022-cil il tarixli, AN- İ№1087003 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsümunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhərinin 53 saylı xüsusi notariusu X4 tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 176.5 kv.m olan, 4 otaqlı fərdi yaşayış sahəsində alıcı X2 16000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərərflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli AN-İ№1087003 sayıə daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndində əsasən alıcı X5 ilkin olaraq 4000 (dörd min) manat məbləği satıcı AccessBank QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 12000 manat məbləği isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Azərbaycan Respubikasın Mülki Məcələsinin 432.4-cü maddəsində əsasən “Əgər borclu əsas öhdəliyini icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır”. Mülki qanunvericiliyin hazırki tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Həmin şərtlər əsasında tərəflər arasında Bakı şəhər 53 saylı notariat kontorunda razılıq əldə olunmuşdur. X1 nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəkilərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli AN-İ№1087003 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, öhdəliyi icra etmədiyi təqdirdə nisyə alqı-satqı müqviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştiakı olmadan baxılmasına xahiş etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 176.50 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə görə satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 176.5 kv.m olan, 4 otaqlı fərdi yaşayış evini alıcı X2 16000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq ilkin 4000 (dörd min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Qalan 12000 manat məbləği isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də ondan sonra heç bir ödəniş etməmişdir. İddiaçı QSC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqavilənin əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış AN- İ№ ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı QSC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə “AccessBank QSC” arasinda bağlanmış xx.xx.2022-cil il tarixli, AN- İ№1087003 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsümu cavabdehdən tutulmasi İddiaçı QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1071/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1071/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver