Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1116/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X11 xx.xx.2005-ci ildə Şəmkir rayonu Aşağı Seyfəli kəndində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X14 onun atasıdır. O, 2005-ci ildə Şəmkir rayonu Aşağı-Seyfəli kəndində vəfat etmişdir. Həmin kənddə da dəfn olunmuşdur. Hazırda mərhum atasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Belə ki, həmin vaxt onun mərhum atası tibbi sənədləri Şəmkir Rayon VVAQ-na taqdim edilməsi üçün ona verilməmişdir. Bu barədə Cavabdehnə müraciət etmiş, lakin onun mərhum atası ölümü haqqında müvafiq tibbi sənədləri ekspert rəyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin faktı müəyyən edə bilmədilər. Atasının da ölüm haqqında şəhadətnaməsi olmadığı üçün dövlətdən atana çatacaq dəfn xərclarinin ala bilməkdə çətinliklər çəkir. Çünki atasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün problemlər yaşayır, onların düzəlməsi üçün ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə olmadan başqa sənədlərin alınması mümkün deyil. Atası həmin ildə vəfat etməsinin təsdiq edən şahidləri də varıdır. Məhkəmə icralsında iştirak edən ərizəçi ərizəyə uyğun ifadə verərək, onun mərhum atası X11 xx.xx.2005-ci ildə Şəmkir rayonu Aşağı Seyfəli kəndində vəfat etməsi faktımın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, vəfat etmiş X14 ilə həmkəndli olmuşlar, belə ki, onun qonşusu olmuşdur. Uzun müddət Aşağı- Seyfəli kəndində yaşayırdı. Belə ki, hardasa 20 il bundan qabaq öz evində vəfat etmişdir. Bundan sonra o dəfn olunmuş, o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Tünzalə Fidayıl qızı yeni ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi atası X11 xx.xx.2005-ci ildə Şəmkir rayonu Aşağı Seyfəli kəndində ölməsi faktı müəyyən edilməlidir. Bələ ki, iş materrialrında olan xx.xx.2023-cü il tarixli 496 nömrəli arayışdan görünür ki, Ərizəçi 16 iyun 1988-ci ildə andan olmuşdur. X9r, anası X5r. İş materiallarına əlavə edilmiş Cavabdeh 28 fevral 2023-cü il tarixli, 3-16- 5/361 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X11 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-735/3-124/2024/52 nömrəli arayışdan görünür ki, Şəmkir rayon Aşağı Seyfəli kənd sakini xx.xx.1956-ci il təvəllüdlü Əliyev Elman oğluna ondan ötəri ki, o həqiqətən, Şəmkir rayon Mərkəzi xəstəxanasına müraciət etməməsi və etməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X14 ərizəçinin doğma atasıdır. O, xx.xx.2005-ci ildə Aşağı Seyfəli kəndində özünə məxsus evində vəfat etmişdir, Şəmkir rayonunda dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X11 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə dəfn xərclərinin alınması üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X3 11 avqust 1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1956-ci il təvəllüdlü Şəmkir rayonunda doğulmuş X11 xx.xx.2005-ci ildə Şəmkir rayonu Aşağı Seyfəli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1116/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1116/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver