Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1119/2024 24.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1984-cü il tarixdə doğulmuş bacısı X4 01 mart 2000-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Keçili kəndində yaşayır. X9 onun bacısıdır. X9 01 mart 2000-ci ildə Şəmkir rayonu Keçili kəndində vəfat etmiş və Şəmkir rayonu Keçili kənd qəbiristanlığında dəfn edilmişdir. Bacısı Leyla vəfat etdikdən sonra onlar qanunu bilmədiyi görə onun ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmişlər və ona ölüm haqqında şəhadətnamə almamışlar. Onun ailəsinə torpaq sahəsi verilərkən hamin torpaq sahəsinə dair Dövlət aktında Leylanın da adı qeyd edilmişdir. O həmin torpaq sahəsini sənədləşdirmək istəyərkən ondan bacısının ölüm sənədini tələb etmişlər. Lakin o Leylanın ölümü ilə bağlı Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etmədiyi üçün ona onun ölümü barədə tibbi şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş olsa da da bacısına ölüm haqqında tibbi şəhadətnamə almadığı üçün bacısının ölüm qeydinin bərpa edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum bacısının ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx xxxxxx 1984-cü il tarixdə doğulmuş bacısı X4 01 mart 2000-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək və ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, o, məhkəməyə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək, xx xxxxxx 1984-cü ildə Şəmkir rayonunda doğulmuş bacısı X4 xx.xx.2000-ci il tarixdə Şəmkir rayonu Keçili kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsində yanlış olaraq onun adını X9 qeyd etmiş və onun ölüm tarixini 01 mart 2000-ci il qeyd etmişdir. Lakin onun adı Hadıyeva (Alıyeva) Leyla Raquf qızıdır və, o 23 yanvar 2006-cı ildə vəfat etmişdir. Odur ki, ərizəni nəzərə alınaraq xx xxxxxx 1984-cü ildə Şəmkir rayonunda doğulmuş bacısı Hadıyeva (Alıyeva) Leyla Raquf qızının 23 yanvar 2006-cı il tarixdə Şəmkir rayonu Keçili kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X11 bildirdi ki, həmkəndlisi olmuşdur. Təxmini 22 yaşında vəfat etmişdir. Evində qaz sızması olmuşdur və o dəm qazından boğulmuşdur. Hal hazırda onun qəbri qəbiristanlıqda yerləşir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı Hadıyeva (Alıyeva) Leyla Raquf qızının 23 yanvar 2006-cı il tarixdə Şəmkir rayon, Keçili kəndində ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 3188 nömrəli X6 tərəfindən verilmiş arayışdan görünür ki, Maraqlı şəxs3 xx.xx.1984-cü ildə anadan olmuşdur. X2, anası X5 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3188 nömrəli X6 tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1990-ci ildə anadan olmuşdur. X2, anası X3 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3188 nömrəli X6 tərəfindən verilmiş arayışdan görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs3 xx.xx.2005-ci il tarixdə 03 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandan sonra ərə “Alıyev”, arvada “ Hadıyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1176 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X4 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-73/3-125/2024/53 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş arayışdan görünür ki, X8 ondan ötəri ki, o həqiqətən Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etməmiş və vəfat etməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Hadıyeva (Alıyeva) Leyla Raquf qızı ərizəçinin doğma bacısıdır. Hadıyeva (Alıyeva) Leyla Raquf qızı xx xxxxxx 1984-cü ildə anadan olmuş, valideynləri X5 və X12 olmuşdur. 23 yanvar 2006-cı il tarixdə Şəmkir rayon, Keçili kəndində dəm qazından boğularaq vəfat etmişdir. Şəmkir rayonunda dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. Hadıyeva (Alıyeva) Leyla Raqif qızının ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum ərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Hadıyeva (Alıyeva) Leyla Raquf qızının 23 yanvar 2006-cı il tarixdə Şəmkir rayonu, Keçili kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx xxxxxx 1984-cü il tarixdə Şəmkir rayonunda doğulmuş Hadıyeva (Alıyeva) Leyla Raquf qızının 23 yanvar 2006-cı il tarixdə Şəmkir rayonu Keçili kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1119/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1119/2024
24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver