Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1156/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə anadan olmuş qızı X3 xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Hazırda həyat yoldaşı rəhmətə getmişdir. Onların birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Onlardan 07 fevral 1992-ci il anadan olmuş X5 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Onu Şəmkir rayonu Könüllü kənd qəbirsanlığında dəfn etmişlər. Yaşı tamam olmadığı üçün ona baş daşı inşa etdirməmişdir. Lakin onlar ölüm haqda şəhadətnamə almamışlar. Bununla bağlı o Maraqlı şəxsnə və Şəmkir RMX-na etmişdir. Lakin orada ona imtina məktub verilmiş və məhkəməyə müraciət etməyi bildirildi. Ona görədə məhkəməyə müraciət etməli olmuşdur. Ölüm haqqında şəhadətnamə ona mərhum həyat yoldaşının vərəsəliyinin qəbul edilməsi ilə bağlı lazımdır. Qeyd edilənlərə əsasən xx.xx.1992-ci il tarixdə anadan olmuş qızı X3 xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, qızı Fatma xx.xx.1992-ci il tarixdə anadan olmuş və xx.xx.1992-ci ildə vəfat etmişdir. Mərhum yoldaşı X6 adına olan müavinətlərin alınması üçün vərəsəlik lazımdır. Qızı Fatmanın ölüm haqqında şəhadətnaməsinin olmamından vərəsəlik alına bilməmişdir. Odur ki, ərizəni nəzərə alınaraq xx.xx.1992-ci il tarixdə anadan olmuş qızı X3 xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı Suliddinin və Fəxriyyə Məmmədovanın 1992-ci il tarixdə Fatimə adlı qızları olmuşdur. 10 günlük olarkən vəfat etmişdir. Qardaşının arvadı Fəxriyyə Məmmədova da vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki. Fəxriyyə Məmmədova onun bacısı qızıdır. Suliddin ilə Fəxriyyənin Fatma adlı qızları olmuşdur. Körpə vaxtındada rəhmətə getmişdir. Bacısı qızı Fəxriyyə Məmmədovada vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi qızı X3 xx.xx.1992-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan V-ЖГ 376410 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X9 ilə xx.xx.1990-ci il tarixdə 37 nömrəli nikah qeydi ilə nikahları bağlanmışdır. Nikahdan sonra ərə “Abdullayev”, arvada “Məmmədova” soy adı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 276 nömrəli X17 tərəfindən verilmiş arayışdan görünür ki, X10 oğlu xx.xx.1992-ci ildə Şəmkir rayonun Könüllü kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X9 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X21ları Xəsatəxanasının 429 nömrəli xəstə ambulator stasionar tibbi kartından çıxarışdan görünür ki, 1969-cu il təvəllüdlü X2 Dəmir Yol Xəstəxanasının stasionarına 07 fevral 1992-ci ildə daxil olmuş və 14 fevral 1992-ci ildə çıxmışdır. Diaqnoz diri qız uşağı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 456946 ölüm haqqında şəhadətnamədən görünür ki, X9 31.102024-cü il tarixdə Şəmkir rayonu Könüllü kəndində vəfat ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-3305 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X3 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 18-1-73/2-2/2025 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu, Könüllü kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X4 Şəmkir rayon Mərkəzi Xəstəxanasından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də haqqında tibbi arayış verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X10 ərizəçinin doğma qızıdır. X10 xx.xx.1992-ci ildə anadan olmuş, valideynləri X9 və Ərizəçi olmuşdur. xx.xx.1992-ci ildə vəfat etmişdir. Şəmkir rayonu Könüllü kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum ərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X3 18 fevral 1992-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1992-ci il tarixdə Şəmkir rayonunda doğulmuş X3 18 fevral 1992-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1156/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1156/2025
17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver