Məhkəmə qərarları › İş №2(076)-116/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-116/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-116/2023 01.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мцяййянетди: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 22 sentyabr 1994-cü ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində doğulmuş qızı X1 15 avqust 1998-ci il tarixdə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Yeni Həyat kəndində yaşayır. X4 ilə birgə nikahlarından 22 sentyabr 1994-cü ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində X5 adlı övladı doğulmuşdur. X9 15 avqust 1998-ci ildə Şəmkir rayonu Yeni Həyat kəndində vəfat etmiş və Şəmkir rayonu Yeni Həyat kənd qəbiristanlığında dəfn edilmişdir. Qızı vəfat edərkən onun 4 yaşı olmuşdur. Ona görə də o azyaşlı olduğundan dəfn olunarkən qəbir daşı şəkilli qoyulmamışdır. Qızı Aysel vəfat etdikdən sonra o, qanunu bilmədiyinə görə onun ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmiş və ona ölüm haqqında şəhadətnamə almamışdır. Onların ailəsinə torpaq sahəsi verilərkən həmin torpaq sahəsinə dair Dövlət aktında qızı Ayselin də adı qeyd edilmişdir. O həmin torpaq sahəsini sənədləşdirmək istəyərkən ondan qızının ölüm sənədini tələb etmişlər. Lakin, o, ölüm haqqında şəhadətnamə almadığı üçün təqdim edə bilməmişdir. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş olsa da qızına ölüm haqqında şəhadətnamə almadığı üçün tələbindən imtina edilmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum qızının ölüm qeydinin bərpa edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin изащатыны, şahid ifadəsini, işdə olan sənədləri, fotoşəkilləri və digər iş materiallarını tam və hərtərəfli арашдырыб щесаб едир ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi əridir. Onların birgə nikahında 1994-cü ildə X5 doğulmuşdur. Övladları Aysel 15 avqust 1998-ci ildə vəfat etmiş və Şəmkir rayon Yeni Həyat kənd qəbiristanlığında dəfn edilmişdir. İшдя олан doğum haqqında arayışdan görünür ki, X5 22 sentyabr 1994-cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində doğulmuş, atası Ərizəçi, anası X2r. İşdə olan Şəmkir rayon Yeni Həyat kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 X5 adlı övladı olmuş və 1998-ci ilin avqust ayında vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Şəmkir rayon Qeydiyyat Şöbəsи ərizəçinin mərhum oğlunun ölüm faktının imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Гятетди: Ərizə təmin edilsin. 22 sentyabr 1994-cü ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində doğulmuş X1 15 avqust 1998-ci ildə Şəmkir rayonu Yeni Həyat kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar