Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1168/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4 xx.xx.2018-ci ildə Şəmkir rayonu Qədimqala kəndində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X7 onun qardaşıdır. O, 2018-ci ildə Şəmkir rayonu Qədimqala kəndində vəfat etmiş və Şəmkir rayonu Qədimqala kəndində dəfn olunmuşdur. Hazırda mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi yoxdur. Belə ki, həmin vaxt onun mərhum qardaşının tibbi sənədləri Şəmkir Rayon VVAQna təqdim edilməsi üçün ona verilməmişdir. O bu barədə Maraqlı şəxsnə müraciət etdi. Lakin onun mərhum qardaşının ölümü haqqında müvafiq tibbi sənədləri ekspert rəyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin faktı müəyyən edə bilmədilər. Qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəliklə bağlı sənətləşmələrdə çətinliklər çəkir. Çünki qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün problemlər yaşayır. Onların düzəlməsi üçün ondan qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə olmadan başqa sənədlərin alınması mümkün deyil. Qardaşının həmin ildə vəfat etməsinin təsdiq edən şahidləridə vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum qardaşı X4 ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, mərhum qardaşı X7 insult xəstəsi olduğu üçün 2015-ci ildən 2018-ci ilədək onun yanında yaşamış və vəfat etdiyi zaman qeydə alınamışdır, lakin hamı Eyvazın xəstə olduğunu bilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi və mərhum X7 onun qardaşıdır. X7 3-4 dəfə infakt keçirmiş və sonra insult olmuşdur, 2015-ci ildən 2018-ci ilədək onların yanında ata yurdlarında yaşamış və xx.xx.2018-ci il tarixdə rəhmətə gedib. Qardaşının ailəsi Sumqayıtda yaşayır ona görə onun övladları məhkəməyə gələ bilmir. Yasda o, özü, qohumlar, qardaşının arvadı və uşaqları iştirak edib. Qardaşını Şəmkir rayonu Qədimqala kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, X5, Ərizəçi və mərhum X7 onun kəndçiləridir və onlarla münasibəti həmişə yaxşı olub. Onun bildiyi budur ki, Eyvaz 3-4 dəfə infakt keçirmiş və sonra insult olub, 2015-ci ildə Qabil qardaşı Eyvazın xəstə oludu üçün Moskva şəhərindən gətirib Şəmkir rayonu Qədimqala kəndində ata yurdunda yanında saxlamışdır. X7 xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Qədimqala kəndində rəhmətə gedib və kəndin qəbiristanlığında dəfn olunub. O, özü həmin yasda iştirak edib. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 241 nömrəli məktubundan görünür ki, ərizədə göstərilən məlumata əsasən ölümünün müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və şöbənin arxivində yoxlama aparılmış vətəndaş X4 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Şəmkir RİHB Qədimqala kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 96 saylı arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Qədimqala kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1952-ci il tarixdə Şəmkir rayonu Qədimqala kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Mərkəzi X3 Şəxsin məhkəməyə ünvanladığı məktubdan görünür ki, Şəmkir rayonu Qədimqala kənd sakini xx.xx.1952-ci il təvəllüdlü X4 vəfatı barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş qəbir daşının foto şəklindən görünür ki, qəbir daşı üzərinə yazılmış X4 xx.xx.1952-ci ildə doğulduğu və xx.xx.2018-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.1952-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Qədimqala kəndində ölmüş və həmin kəndin qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt mərhumun ölməsi barədə qeyd aparılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun qardaşı olan ərizəçiyə vərəsəlik işi üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X4 ölməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X4 ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X4 xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Qədimqala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1168/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1168/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver