Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-119/2023 01.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мцяййянетди: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 19 iyun 2000-ci ildə Şəmkir şəhərində doğulmuş oğlu X3 13 oktyabr 2022-ci il tarixdə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X1 onun övladıdır. Oğlu Fərid 19 iyun 2000-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Fərid daim onların yanında yaşamış və bir müddət bərbər kimi işləmişdir. O də bərbər işləyir. O, bərbərxanada olmayanda gün ərzində Fərid onu bir neçə saat əvəz etmişdir. Oğlu Fərid psixi xəstəliklərdən əziyyət çəkdiyi üçün hərbi xidmətə getməmişdir. 13 oktyabr 2022-ci 1 tarixdə gecə saatlarında oğlu Fərid öz həyətlərində intihar etmişdir. Hadisə yerinə polis şöbəsinin və prokuroluq əməkdaşları gəlmişlər. Meyiti və hadisə yerini onun iştirakı ilə müayinə edən zaman o, qəti olaraq oğlu Fəridin daxili müayinəsinə etiraz etmişdir. Oğlu Fəridin ölüm səbəbi ona məlumdur. Oğlum Fərid keçirdiyi psixi xəstəliyi ilə bağlı intihar etmişdir. X9 şəhərində vəfat etmiş və Şəmkir rayonu Sərxanı kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt oğlunun meyitinin yarılmasına razılıq vermədiyindən onun ölümü barədə tibbi sənədlər verilmədiyindən o, mərhum oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan müvafiq sənədləri təqdim etmədiyindən mərhum övladının ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Mərhum oğlunun ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin изащатыны, işdə olan sənədləri, fotoşəkilləri və digər iş materiallarını tam və hərtərəfli арашдырыб щесаб едир ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iшдя олан doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 19 iyun 2000-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, atası Ərizəçi, anası X2r. İşdə olan X3 qəbir daşının fotoşəklindən görünür ki, X3 doğum tarixi xx.xx.2000-ci il, ölüm tarixi 2022.13.10 kimi qeyd edilmişdir. İşdə olan 22 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 252-C-22 nömrəli toplanmış material üzrə X3 intihar etməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Şəmkir rayon Qeydiyyat Şöbəsи ərizəçinin mərhum oğlunun ölüm faktının imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Гятетди: Ərizə təmin edilsin. 19 iyun 2000-ci ildə doğulmuş X3 13 oktyabr 2022-ci ildə Şəmkir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-119/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-119/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver